İsveçrə çempionatında 36-cı turunun oyunları keçirilib.
"Football-plus.az" xəbər verir ki, millimiz üzvü Renat Dadaşovun çıxış etdiyi “Qrasshopper” də növbəti matçına çıxıb. Komanda səfərdə “Bazel”in qonağı olub - 1:3.
Yığmamızın futbolçusu 56-cı dəqiqədə meydana daxil olub. Forvard 90+2-ci dəqiqədə assistlə yadda qalıb.