Renat fərqlənsə də ...

2.02.2023 10:00 227
Dünya futbolu
Azərbaycanlı futbolçu Renat Dadaşovun formasını geyindiyi "Qrasshopper" İsveçrə Kubokunda növbəti matçına çıxıb.

Football-plus.az xəbər verir ki, Sürix təmsilçisi 1/8 finalda "Bazel"lə qarşılaşıb. Görüş "Qrasshopper"in məğlubiyyəti ilə başa çatıb - 3:5.

Renat da bu görüşün iştirakçısı olub. İlk "11-lik"də oyuna başlayan forvard 90 dəqiqə meydanda qalıb.

Dadaşov 52-ci dəqiqədə penaltidən fərqlənərək, komandasının 2-ci qolunu vurub. Hücumçu 61-ci dəqiqədə isə sarı vərəqə ilə cəzalanıb.