Renat oynadı, komandası uduzdu

21.05.2023 22:26 251
Ölkə futbolu
İsveçrə çempionatında 34-cü turun oyunları keçirilir.

"Football-plus.az" xəbər verir ki, millimizin üzvü Renat Dadaşovun çıxış etdiyi "Qrasshopper" də növbəti matçını keçirib. Onun komandası səfərdə "Sürix"ə uduzub - 1:2.

Yığmamızın futbolçusu matça ehtiyat oyunçular skamyasında başlayıb. O, 60-cı dəqiqədə meydana daxil olub.