İsveçrə superliqasında növbəti tura start verilib.
Football-plus.az xəbər verir ki, 4-cü tur yığmamızın hücumçusu Renat Dadaşov üçün əlamətdar olub. Onun şərəfini qoruduğu "Qrasshopper" "Sankt-Qallen"i məğlub edib - 3:2.
Dadaşov meydana əsas heyətdə çıxıb və 45+2-ci dəqiqədə komandasının 2-ci qolunun ötürməsini verib.
Qeyd edək ki, "Qrasshopper" 3-cü pillədə qərarlaşır. Bir oyun az keçirən komandanın aktivində 7 xal var.