Dadaşovun komandası heç-heçə etdi

2.10.2022 11:20 434
Ölkə futbolu
İsveçrə Superliqasında 9-cu turun oyunları keçirilir.

Millimizin hücumçusu Renat Dadaşovun komandası "Qrasshopper" növbəti matçına çıxıb. Komanda "Sürix"i qəbul edib. Qarşılaşma 1:1 hesablı bərabərliklə yekunlaşıb.

Yığmamızın üzvü Dadaşov görüşə start heyətdə başlayıb. O, 84-cü dəqiqədə əvəzlənib. Renat 56-cı dəqiqədə sarı vərəqə alıb.