"Zirə"nin yay hazırlıq planı bilindi

18.06.2026 17:13 15
Ölkə futbolu
Bakıda hazırlıq keçən “Zirə” iyunun 25-dək çalışmalarını paytaxda davam etdirəcək.

"Football-plus.az" xəbər verir ki, bu müddətdə 1 yoxlama oyunu keçirəcək Rəşad Sadıqovun komandası iyunun 20-də saat 18.00-da “Azərsun Arena”da “Qarabağ”la qarşılaşacaq.

"Zirə" 25 iyun - 2 iyul tarixlərində Türkiyənin Bolu şəhərində hazırılığın növbəti mərhələsini keçirəcək. Komanda burada iki yoxlama oyununda qüvvəsini sınayacaq. Qarşılaşmalar 27 iyun və 1 iyul tarixlərində keçiriləcək. Rəqiblərin kimliyi və oyun saatları haqqında məlumat veriləcəyi bildirilib.

"Zirə" bu mövsüm ölkəmizi Konfrans Liqasında təmsil edəcək.