İsveçrə super liqasında 8-ci turun oyunları keçirilir.
Millimizin hücumçusu Renat Dadaşovun komandası "Qrasshopper" səfərdə "Bazel"in qonağı olub. Matç meydan sahiblərinin 5:1 hesablı qələbəsi ilə başa çatıb.
Yığmamızın futbolçusu Dadaşov oyuna start heyətdə başlayıb və 64-cü dəqiqədə əvəzlənib. Forvard 57-ci dəqiqədə sarı vərəqə ilə cəzalandırılıb.
Qeyd edək ki, "Qrasshopper" 12 xalla turnir cədvəlinin 5-ci pilləsində qərarlaşır.