“Neftçi”nin rəqibi məlum oldu

18.06.2026 18:53 14
Ölkə futbolu
“Neftçi”nin qadın futbolçulardan ibarət komandasının Çempionlar Liqasının birinci təsnifat mərhələsindəki rəqibi məlum olub.

"Football-plus.az" xəbər verir ki, bu gün keçirilən püşkatmanın nəticəsinə əsasən, Bakı təmsilçisi bu mərhələnin birinci qrupunun yarımfinalında Monteneqronun “Buduçnost” klubu ilə qarşılaşacaq.

Cütün qalibi finalda PAOK (Yunanıstan) - “Hapoel” (Yerusalim, İsrail) cütünün qalibi ilə üz-üzə gələcək. Qalib komanda ikinci təsnifat mərhələsinə yüksələcək.

Birinci mərhələnin yarımfinal oyunları iyulun 22-də, final görüşü isə 25-də keçiriləcək.