• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

“Messi ilə Ronaldonun rəqabətini izləyənlər şanslıdı”

Dünya futbolu

26-05-2023, 20:0

Bir qədər stajlı futbolsevərlər, yəqin ki, Markos Sennanı gözəl xatırlayır.

“Football-plus.az” xəbər verir ki, braziliyaəsilli ispaniyalı yarımmüdafiəçi daha çox “Villyarreal”dakı çıxışı ilə hafizələrdə iz buraxmışdı. Bu klubda 11 il (2002-13) top qovan Senna eyni zamanda İspaniya yığmasının heyətində AÇ-2008-in qalibi olub. Hazırda 46 yaşı olan və “Vilyarreal”ın səfiri kimi çalışan Senna bugünlərdə Türkiyə mətbuatına müsahibə verib. O, Türkiyə yığması və sabiq komanda yoldaşı Nihat Kahveci ilə bağlı xatirələrindən, La Liqada karyerasını uğurlu şəkildə davam etdirən Enes Ünaldan və başqa məqamlardan danışıb.

- Enes Ünal İspaniya kimi çətin çempionatda adından söz etdirməyi bacarır. Özü də vaxtilə “Vilyarreal”da da çıxış edib. Onun haqda nə düşünürsüz?
- Bəli, Enesi xüsusilə “Vilyarreal”a transfer olunduğu dönəmdən etibarən çox diqqətlə izləyirəm. Potensialı yüksək olan və çox səviyyəli futbolçudu. “Vilyarreal”a gələrkən gənc idi. Əslində elə indi də gənc sayılır. Amma La Liqada artıq yetərincə tanınır. Bu turnirdə özünü sübut etməyi bacarıb. Bu, bizim üçün də qürur mənbəyidi. Çünki onu İspaniyaya biz gətirmişik. Yəni hekayəsi “Vilyarreal”da başlayıb. Bəlkə də bir gün geri dönəcək. Onu burda hər kəs çox sevirdi.

- Braziliyalı olsaz da, İspaniya yığmasını seçməyiniz nə ilə bağlıdı?

- Braziliyada böyümüşəm və 26 yaşıma kimi orda top qovmuşam. Açığı, həmin illərdə Braziliyadan başqa bir yığmanın şərəfini qoruyacağımı heç təsəvvürümə də gətirmirdim. Hər şey ani baş verdi. “Vilyarreal”la 2006-da ÇL-in yarımfinalına qədər irəlilədik. İspaniya yığmasının o dönəmdəki baş məşqçisi Luis Araqones birbaşa özümə zəng vuraraq oyunumu bəyəndiyini və məni İspaniya yığmasında görmək istədiyini dedi. Braziliya yığmasında oynamamışdım və artıq 30 yaşıma qədəm qoymaq üzrə idim. Düşündüm ki, bu, mənim üçün heç də pis variant deyil. Ardıcıl iki nəhəng turnirdə oynamaq fürsətim oldu. AÇ-2008-dən öncə komanda ilə bağlı şox şübhələr var idi. Baxmayaraq ki, heyətimiz Torres, Vilya, Puyol, Ramos, Kapdevilya, Marçena kimi ulduzlarla dolu idi. Amma biz özümüzə güvənirdik. Əvvəldən sona qədər əla futbol sərgiləyərək çempion olduq. Mən də turnirin rəmzi “11-liy”inə seçildim. Karyeramın unudulmaz anlarından biri oldu.

- O dönəmdə “Fənərbaxça”nın sizi transfer etmək istəyi ilə bağlı çox şayiə çıxmışdı...

- Araqones AÇ-2008-dən sonra “Fənərbaxça”nın başına keçdi və məni də özü ilə birlikdə Türkiyəyə aparmaq istəyirdi. Bəli, etiraf etməliyəm ki, “Fənərbaxça” bu transferin baş tutması üçün çox çarpışdı. Amma məhz həmin il “Vilyarreal”la müqaviləmi yeniləmişdim. Belə durumlarda transfer çox çətinləşir. Müqaviləmin sonuncu ilinə qədəm qoysaydım, bəlkə də nəsə alınardı. Araqonesi çox sevirdim. “Fənərbaxça” o illərdə mükəmməl səviyyədə idi. ÇL-də əla çıxış edirdilər. Yəni bu təklifin üzərində ciddi düşünmüşdüm. Amma az öncə dediyim səbəbdən keçid baş tutmadı. Buna baxmayaraq, “Fənər”lə bağlı yalnız xoş xatirələrim qaldı. Türkiyədən mənə yeganə rəsmi təklif məhz həmin il gəlmişdi. Həmin yay “Fənərbaxça” mənim yerimə “Vilyarreal”dan Xosikonu transfer etdi. Onunla birlikdə 3 il top qovmuşdum.

- Yeri gəlmişkən, “Vilyarreal”da Nihat Kahveci ilə də 3 il çiyin-çiyinə oynamısız. Onunla bağlı hansı xatirələriniz var?

- Bəli, Nihatla birlikdə həm oynamışıq, həm də çox yaxşı dost idik. Artıq uşaqları var və televiziyada şərhçilik etdiyini bilirəm. İstanbula gələndə hər dəfə birinci ona xəbər verirəm. O dönəmdə Türkiyə yığmasının ən böyük ulduzu idi. Bu, “Vilyarreal” üçün də önəmli idi. Komanda yoldaşının öz yığmasında ulduz və lider olduğunu bilmək adamı sevindirir. Nihatın da İspaniyanı çox sevdiyini bilirəm. Burda populyar simalardandı və xeyli dostlu var. Onunla bağlı xatırladığım ilk şey, təbii ki, vurduğu bir-birindən gözəl qollardı. Məhsuldarlığı yüksək idi. Bir məzəli anı da gözəl xatırlayıram. Onun cərimə zərbələrini yaxşı yerinə yetirdiyini hər birimiz bilirdik. Həmin dönəmdə Xuan Roman Rikelme də “Vilyarreal”da idi. O da cəriməz zərbələrini əla vururdu. Hansı oyun olduğunu xatırlamıram. Bir dəfə cərimə zərbəsi qazandıq və Rikelme Nihata “hazırlaş, sən vuracaqsan, planını qur” dedi. Biz də hamımız düşündük ki, Rikelme zərbəni vurmaq hüququnu Nihata verdi. Nihat topu qoydu və bir neçə addım geri çəkilərək zərbəni vurmağa hazırlaşdı. Fit səslənən kimi Rikelme geridən gələrək topa zərbə endirdi. Hamımız çaşıb qaldıq. O anda Nihatın sifət cizgilərini görməyə dəyərdi. Matçdan sonra da bu epizodu yada salıb çox gülmüşdük.

- DÇ-2010-un seçmə mərhələsində İspaniyanın heyətində Türkiyəyə qarşı hər iki matçda iştirak etmişdiz. O oyunları xatırlayırsızmı?

- Ümumiyyətlə, Türkiyə həmişə çətin rəqiblərdən sayılır. DÇ-2002-də Braziliyaya qarşı yarımfinalı gözəl xatırlayıram. Braziliyaya çətin anlar yaşatmışdılar. Elə qeyd etdiyiniz hər iki oyun da yadımdadı. İspaniyada 1:0, Türkiyədə son dəqiqə qolu ilə 2:1 qazanmışdıq. Xüsusilə Türkiyədəki oyunda ciddi müqavimətlə üzləşmişdik. Türkiyənin rəqabətcil və çətin rəqib olduğunu deyə bilərəm.

- İspaniya dünya çempionu olandan sonra mundiallarda yaxşı nəticələr qazanmır. Qətərdə də 1/8 finaldan o yana gedə bilmədilər...

- Nəsil dəyişikliyi hər komandada özünü göstərir. İspaniya yığmasında tarixiboyu güclü oyunçular olub. Amma bəzi şeylərin yerinə oturması üçün mütləq zaman lazımdı. Artıq yeni bir məşqçi və yeni bir oyun sistemi var. İspanlar yenə də səbirli olmalıdılar. Amma bir məqam dəqiqdi ki, İspaniya yenə də hər turnirdən öncə favoritlər siyahısında olacaq.

- İspaniyadakı karyeranızın son illəri Kriştiano Ronaldo ilə Lionel Messinin rəqabətinin ən gözəl dönəminə təsadüf etmişdi.
- Bəli. Fikrimcə, bu rəqabət futbol tarixinə qızıl hərflərlə yazılmış ən gözəl dönəmlərdən biridi. Bu dönəmi izləyə bilənlər həqiqətən də şanslıdı. Çünki belə rəqabət bir də ələ düşməyəcək. Amma futbol və həyat bir yerdə dayanmır. Yeni istedadlar üzə çıxır. Mbappe gənc yaşına rəğmən, indidən az qala əfsanə oyunçuya çevrilib. Mənim üçün o, hazırda dünyanın ən yaxşı futbolçusudu. Vinisius, Rodriqo, Pedri və Qavi də özəl oyunçulardı. Onları da böyük gələcək gözləyir.

ƏLİ RAUFOĞLU

Paylaş:
Digər xəbərlər

Dünya futbolu

4-05-2023, 22:0

Enes Ünal bu göstəricidə Nihat Kahvecinı geridə qoydu

Dünya futbolu

25-10-2022, 21:0

Nihat Kahvecidən sonra bunu Enes Ünal bacardı

Dünya futbolu

20-05-2023, 14:0

Enes Ünal kimə qismət olacaq?

Dünya futbolu

9-07-2022, 18:0

17 ildən sonra “Vilyarreal”a qayıtdı

Dünya futbolu

14-07-2022, 13:0

17 ildən sonra “Vilyarreal”a qayıtdı

Dünya futbolu

5-03-2023, 11:0

Enes Ünal ''Xetafe''də tarix yazır

Aktual
“İndiyə kimi hansısa mütəxəssisin komandadan maliyyə səbəbindən ayrıldığını eşitməmişəm” – direktor niyə gedib?
“Karvan-Yevlax”ın baş məşqçisi nə vaxt bəlli olacaq?
Xəyal nə vaxt qayıdacaq?
Azər Həşimov yenidən premyer-liqada çalışa bilər – özü açıqladı
"Turan Tovuz" Ankaradan qayıtdı - toplanışa fasilə verildi
"Zirə"nin toplanış yeri hara olacaq?
Son xəbərlər
  • Bu gün, 21:28
    "Sabah" Çempionlar Liqasına hazırlaşır
  • Bu gün, 20:57
    "Şahdağ Qusar"da yeni anlaşma
  • Bu gün, 20:26
    Cüdoçularımızın rəqibləri bilindi - "Böyük Dəbilqə"
  • Bu gün, 19:55
    Rotterdamda gözlənilməz qərar
  • Bu gün, 19:24
    Paytaxt klubunu tərk edəcək
  • Bu gün, 18:53
    “Neftçi”nin rəqibi məlum oldu
  • Bu gün, 18:22
    "Sabah" futbolçusunu icarəyə verdi
  • Bu gün, 17:51
    “İndiyə kimi hansısa mütəxəssisin komandadan maliyyə səbəbindən ayrıldığını eşitməmişəm” – direktor niyə gedib?
  • Bu gün, 17:28
    Transfer dosyesi - kimlər gedib, kimlər gəlib?
  • Bu gün, 17:27
    "Şəfa"da daha üç ayrılıq
  • Bu gün, 17:13
    "Zirə"nin yay hazırlıq planı bilindi
  • Bu gün, 16:52
    “Karvan-Yevlax”ın baş məşqçisi nə vaxt bəlli olacaq?
  • Bu gün, 16:31
    "Qarabağ" "Zirə" ilə qarşılaşacaq
  • Bu gün, 16:10
    AFFA-nın baş katibi UEFA-da komitə üzvü təyin edildi
  • Bu gün, 15:59
    La Liqada yeni təyinat
  • Bu gün, 15:28
    Sekidika özünə yeni klub tapdı
  • Bu gün, 14:57
    Xəyal nə vaxt qayıdacaq?
  • Bu gün, 14:26
    Azər Həşimov yenidən premyer-liqada çalışa bilər – özü açıqladı
  • Bu gün, 13:55
    "Araz-Naxçıvan"dan ilk transfer
  • Bu gün, 13:24
    "Səbail" Adil Şükürovla yolları ayırdı
  • Bu gün, 12:53
    Medina "Qarabağ"la vidalaşdı
  • Bu gün, 12:30
    “Difai”nin yeni baş məşqçisi açıqlandı
  • Bu gün, 12:03
    48 milli komanda, 48 fakt
  • Bu gün, 11:51
    "Turan Tovuz" Ankaradan qayıtdı - toplanışa fasilə verildi
  • Bu gün, 11:24
    Milli komandada yeni müqavilə
  • Bu gün, 10:53
    “Hansısa millilər ön plana çıxarılır, onlara fərqli formada dəstək verilir” – azərbaycanlı menecerdən DÇ ilə bağlı şok açıqlama
  • Bu gün, 10:35
    Mehrac "Şahdağ Qusar"da
  • Bu gün, 10:14
    "Zirə"nin toplanış yeri hara olacaq?
  • Bu gün, 09:43
    İngiltərədən mundiala uğurlu start - VİDEO
  • Bu gün, 09:36
    "Neftçi" Orlean mərhələsində çempion oldu - Dünya Qadın Seriyası
  • Bu gün, 09:23
    "Qarabağ"ın rəqibi qələbə qazandı
  • Bu gün, 08:00
    Qana və Kolumbiya qalib gəldi - DÇ səhəri
  • Bu gün, 07:11
    Miller ilk matçda şans qazanmadı
  • Bu gün, 01:58
    İngiltərə inamlı qələbə ilə başladı - DÇ gecəsi
  • Dünən, 23:32
    "Səbail"in yeni rəhbəri bəlli oldu
Daha çox
Oxunub: 281
“...azarkeşlərin reaksiyası çox sərt ola bilər” – Gəncə Arif Əsədovu necə qarşıladı?
Oxunub: 268
Elvin Cəfərquliyev yenidən parlaya bilər! - meneceri yeni klubu haqda nə dedi?
Oxunub: 267
"Qarabağ"dan Elvin Cəfərquliyev və milliyə çağrılan başqa futbolçular haqda açıqlama - "iyunun 19-da..."
Oxunub: 244
Kevin Medinanın yeni klubunun adı "Futbol+"də! - o, hara gedir?
Oxunub: 240
Elvin “Qarabağ”a öz cibindən pul ödəyib, gedə bilər? – meneceri son durumu açıqladı
Oxunub: 239
Transfer dosyesi - kimlər gedib, kimlər gəlib?
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə