"Sabah" Çempionlar Liqasına hazırlaşır

18.06.2026 21:28 30
Ölkə futbolu
“Sabah” yeni mövsümə hazırlığı Avstriyanın Tirol bölgəsində davam etdirir.

"Football-plus.az" xəbər verir ki, klubun mətbuat xidməti hazırlıqdan fotolar paylaşıb.

Hazırlıq çərçivəsində son çempionun 3 yoxlama oyunu keçirməsi nəzərdə tutulub. Masazır təmsilçisinin qarşılaşacağı klublardan biri Rumıniyanın “Universitatya Krayova”sıdı.

Xatırladaq ki, Çempionlar Liqasının birinci təsnifat mərhələsində “Sabah” Uelsin “Nyu Seynts” klubu ilə rastlaşacaq. İlk oyun 7-8 iyul-da Bakıda olacaq.