• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

“Ancaq mən güclüyəm və sona qədər irqçilərin əleyhinə gedəcəm”

Dünya futbolu

26-05-2023, 20:0

“Real”ın ulduzu İspaniyada böyük problemlə üzləşib. Xəbər verdiyimiz kimi, braziliyalı vinger bazar günü keçirilən “Valensiya” ilə oyunda tribunaların təhqirinə məruz qalıb, fanatlar və rəqib oyunçular ilə söyüşüb, qırmızı vərəqə alıb.

Əlbəttə, indi Valensiyada sevimlilərinin “Real”a qarşı parlaq oyununu (1:0), qələbə topunu və Mamardaşvilinin möhtəşəm seyvlərini xatırlayan çoxdu. Gürcü qapıçı uzatma dəqiqələrində Valverde ilə Koosun çətin zərbələrini çıxardı, 102-ci dəqiqədə isə Benzemanın təkbətəkinin qarşısını aldı. Ancaq İspaniya futbol ictimaiyyətinin diqqət mərkəzinə Mamardaşvili yox, Vinisius düşdü. Daha doğrusu, onun da iştirak etdiyi qalmaqal. “Real”ın hücumlarının birində meydan sahiblərinin cərimə meydançasında 2-ci topun görünməsinin səbəbi aydın deyil. Müdafiəçi Comərt toplardan birini çıxarmaq istədi və Vinisiusun ayağında olana vurdu. Onun müdafiəçi yoldaşı isə braziliyalının ayağına zərbə endirdi. Bu qalmaqal tribunaları coşdurdu, künc zərbəsi zamanı “yarasalar”ın fanat sektorundan meydana kənar əşyalar yağmağa başladı. Azarkeşlərdən kimsə “Real”ın ulduzunu irqi zəmində təhqir etdi. Vinisius isə konkret həmin adama cavab vermək fikrinə düşdü. Militao, Rüdiger, “Valensiya”nın bir neçə oyunçusu da fanatlarla ünsiyyətə yollandı. Yəqin həmin anda Karlo Ançelotti vingerini əvəz etməliydi, ancaq baş məşqçi futbolçusuna güvəndi, oynamaq istəyib-istəmədiyini soruşdu. Braziliyalı meydanda qaldı, penalti istəməklə tribunaları qəzəbləndirdi. Künc zərbəsi yerinə yetirilərkən Rüdiger topu vermək istəməyən Musa ilə toqquşduqda Vinisius da münaqişəyə qoşuldu. Ardından boğazından tutan, az qala boğmağa çalışan Duronun üzünə zərbə vurdu. Referi Rikardo Benqoeçea bu epizodun inkişaf ardıcıllığına fikir vermədən braziliyalını meydandan qovdu.

Ançelotti oyunsonrası mətbuat konfransında çox qəzəbli idi. Əvvəlcə bildirdi ki, bütün stadion bir oyunçunu təhqir edirsə, oyun dayandırılmalıydı. Ardından dəyişiklik etməməsinə aydınlıq gətirdi: “Bu liqanın irqçiliklə bağlı problemi var. Futbolçuya “meymun” deyirlərsə və məşqçi onu dəyişməyi düşünməlidisə, deməli, bu liqada işlər yolunda deyil. İrqçiliklə bağlı məsələdə heç bir “ancaq” və “əgər” ola bilməz”.

Vinisiusun İspaniyada problem yaşadığını statistika da təsdiq edir. Braziliyalı ölkə çempionatında və kubokunda 15 sarı, 1 qırmızı vərəqə alıb, Çempionlar Liqasında isə yalnız 1 “sarı”sı var, heç bir qalmaqalla üzləşməyib. Əksinə, “Mançester Siti” ilə oyunda Uokerlə cinahda qeyri-adi mübarizədən və ingiltərəli rəqibə uduzandan sonra onunla qucaqlaşıb. Ancaq Vinisiusla arasındakı dialoqun məzmunun açan Ançelottinin çıxışına qayıdaq. Vinger həqiqətən meydanı tərk etməyə hazır olub, ancaq baş məşqçi deyib ki, bu doğru addım deyil, sən indiki halda günahkar yox, qurbansan. Dialoq qısa alınıb və braziliyalı qətiyyətlə oynamaq istədiyini deyib. Ancaq o, imtina etsəydi, vəziyyət daha da qəlizləşləşəcəkdi. Bunu isə Kurtuanın söylədiklərinə əsasən deyirik: “Vini meydandan getdiyini desəydi, mən də ona qoşulacaqdım”.

“Valensiya” rəsmi bəyanatında stadionun rəqibləri təhqir etmək üçün yer olmadığını bildirib, eləcə də sərt tədbirlər görəcəyini vəd edib. Ardından “yarasalar”ın rəsmi təmsilçisi klubun günahkarı identifikasiya etməklə məşğul olduğunu bildirib. Meydan sahiblərinin baş məşqçisi Ruben Baraxa mövzunu inkişaf etdirərək Vinisiusun jestinin (“yarasalar”ın aşağı dəstəyə düşməyə layiq olduğuna işarə edib – red.) kluba və azarkeşlərə münasibətdə təhqiramiz olduğunu deyib. Onun fikrincə, qırmızı vərəqə ədalətli idi, braziliyalı təxribatçı davranışı aradan qaldırmalıdı. Bu da “Valensiya”nın kapitanı Qayyanın fikirləri: “İkinci divizionla bağlı jest etmək düzgün hərəkət deyil. Onun qəzəbli olduğunu anlayıram, ancaq bu məsələnin o birinə dəxli yoxdu. Və mən bir neçə azarkeşin irqçi təhqirlərini də mühakimə edirəm”.

İspaniya futbolunun rəhbərliyi artıq qalmaqalı araşdırır. Və bu, Vinisiusun təhqir olunmasıyla bağlı 10-cu təhqiqatdı. Bu üzdən braziliyalının sosial şəbəkədə yazdığı sərt ifadələri anlamaq olar:

“İrqçilərin mükafatı mənim qovulmağım oldu. Bu futbol deyil, bu La Liqadı. Bu hadisə birinci, ikinci və üçüncü dəfə olmadı. Bu liqada irqçilik normadı. Vaxtilə Ronaldinyo, Ronaldo, Kriştiano və Messiyə məxsus olan liqanın bu gün irqçilərə məxsus olmasına görə təəssüflənirəm. İspaniya məni gözəl qarşıladı, bu ölkəni sevirəm, ancaq dünyada irqçi imicə malik ölkə kimi tanınır. Bütün bunları dəstəkləməyən ispanlara görə təəssüflənirəm, ancaq bu gün İspaniya Braziliyada irqçilərin ölkəsi kimi tanınır. Təəssüf ki, hər həftə yaşananlardan qoruna bilmirəm. Ancaq mən güclüyəm və sona qədər irqçilərin əleyhinə gedəcəm. Bu yol nə qədər uzun olsa da...”


Yeri gəlmişkən...

* Vinisiusun məruz qaldığı irqçiliyə görə “Mestalya” qismən qapanacaq. İspaniya Kral Futbol Federasiyasının idman yarışları üzrə komitəsi oyun vaxtı braziliyalının ünvanına təhqirlər yağdıran Mario Kempes adına tribunanın qapanmasına qərar verib. Bu qadağa 5 oyun ərzində qüvvədə olacaq. Bundan başqa, “Valensiya” 45 min avro cərimələnib. Klub 10 iş günü ərzində bu qərardan apellyasıya verə bilər.
* Vinisius “qırmızı” aldığına görə cəzalanmayacaq. Belə ki, VAR hakimi İqnasio İqlesias Vilyanuevanın onun cəzalandığı epizodu referi Rikardo Benqoeçeyaya tam göstərmədiyi məlum olub. İspaniya Kral Futbol Federasiyası Texniki Hakimlər Komitəsi ilə məsləhətləşmədən sonra Vilyanuevanın bir daha La Liqa oyunlarının idarəçiliyinə cəlb olunmamasına qərar verib. “Marca”nın yaydığı xəbərə görə, futbol qurumu uzun sürən müzakirələrdən sonra Vinisiusun cəzasını ləğv edib.

Beləliklə, braziliyalı dünən keçirilən “Rayo Valyekano” ilə oyunda meydana çıxmaq imkanı qazanıb. Ancaq Ançelotti onun zədəsini əsas gətirərək, adını iştirak ərizəsinə salmayıb.

Paylaş:
Digər xəbərlər

Dünya futbolu

24-05-2023, 20:0

“Real” yenə 2-ci yeri əldən verdi - TURUN ŞƏRHİ

Dünya futbolu

12-02-2023, 11:0

Niyə Vinisiusa nifrət edirlər? - TƏHLİL

Dünya futbolu

7-09-2022, 13:0

Vinisius “Real”ın işini yüngülləşdirdi

---

3-10-2022, 10:0

"Real" "Osasuna" ilə oyunda xal itirdi

Dünya futbolu

6-02-2023, 17:0

Vinisius 200-ə çatdı

Dünya futbolu

12-04-2023, 18:0

“Real” üçün çempionat bitib - ŞƏRH

Aktual
“İndiyə kimi hansısa mütəxəssisin komandadan maliyyə səbəbindən ayrıldığını eşitməmişəm” – direktor niyə gedib?
“Karvan-Yevlax”ın baş məşqçisi nə vaxt bəlli olacaq?
Xəyal nə vaxt qayıdacaq?
Azər Həşimov yenidən premyer-liqada çalışa bilər – özü açıqladı
"Turan Tovuz" Ankaradan qayıtdı - toplanışa fasilə verildi
"Zirə"nin toplanış yeri hara olacaq?
Son xəbərlər
  • Bu gün, 21:58
    Yeni mövsümə çempionşipdə başlayacaq
  • Bu gün, 21:28
    "Sabah" Çempionlar Liqasına hazırlaşır
  • Bu gün, 20:57
    "Şahdağ Qusar"da yeni anlaşma
  • Bu gün, 20:26
    Cüdoçularımızın rəqibləri bilindi - "Böyük Dəbilqə"
  • Bu gün, 19:55
    Rotterdamda gözlənilməz qərar
  • Bu gün, 19:24
    Paytaxt klubunu tərk edəcək
  • Bu gün, 18:53
    “Neftçi”nin rəqibi məlum oldu
  • Bu gün, 18:22
    "Sabah" futbolçusunu icarəyə verdi
  • Bu gün, 17:51
    “İndiyə kimi hansısa mütəxəssisin komandadan maliyyə səbəbindən ayrıldığını eşitməmişəm” – direktor niyə gedib?
  • Bu gün, 17:28
    Transfer dosyesi - kimlər gedib, kimlər gəlib?
  • Bu gün, 17:27
    "Şəfa"da daha üç ayrılıq
  • Bu gün, 17:13
    "Zirə"nin yay hazırlıq planı bilindi
  • Bu gün, 16:52
    “Karvan-Yevlax”ın baş məşqçisi nə vaxt bəlli olacaq?
  • Bu gün, 16:31
    "Qarabağ" "Zirə" ilə qarşılaşacaq
  • Bu gün, 16:10
    AFFA-nın baş katibi UEFA-da komitə üzvü təyin edildi
  • Bu gün, 15:59
    La Liqada yeni təyinat
  • Bu gün, 15:28
    Sekidika özünə yeni klub tapdı
  • Bu gün, 14:57
    Xəyal nə vaxt qayıdacaq?
  • Bu gün, 14:26
    Azər Həşimov yenidən premyer-liqada çalışa bilər – özü açıqladı
  • Bu gün, 13:55
    "Araz-Naxçıvan"dan ilk transfer
  • Bu gün, 13:24
    "Səbail" Adil Şükürovla yolları ayırdı
  • Bu gün, 12:53
    Medina "Qarabağ"la vidalaşdı
  • Bu gün, 12:30
    “Difai”nin yeni baş məşqçisi açıqlandı
  • Bu gün, 12:03
    48 milli komanda, 48 fakt
  • Bu gün, 11:51
    "Turan Tovuz" Ankaradan qayıtdı - toplanışa fasilə verildi
  • Bu gün, 11:24
    Milli komandada yeni müqavilə
  • Bu gün, 10:53
    “Hansısa millilər ön plana çıxarılır, onlara fərqli formada dəstək verilir” – azərbaycanlı menecerdən DÇ ilə bağlı şok açıqlama
  • Bu gün, 10:35
    Mehrac "Şahdağ Qusar"da
  • Bu gün, 10:14
    "Zirə"nin toplanış yeri hara olacaq?
  • Bu gün, 09:43
    İngiltərədən mundiala uğurlu start - VİDEO
  • Bu gün, 09:36
    "Neftçi" Orlean mərhələsində çempion oldu - Dünya Qadın Seriyası
  • Bu gün, 09:23
    "Qarabağ"ın rəqibi qələbə qazandı
  • Bu gün, 08:00
    Qana və Kolumbiya qalib gəldi - DÇ səhəri
  • Bu gün, 07:11
    Miller ilk matçda şans qazanmadı
  • Bu gün, 01:58
    İngiltərə inamlı qələbə ilə başladı - DÇ gecəsi
Daha çox
Oxunub: 281
“...azarkeşlərin reaksiyası çox sərt ola bilər” – Gəncə Arif Əsədovu necə qarşıladı?
Oxunub: 268
Elvin Cəfərquliyev yenidən parlaya bilər! - meneceri yeni klubu haqda nə dedi?
Oxunub: 267
"Qarabağ"dan Elvin Cəfərquliyev və milliyə çağrılan başqa futbolçular haqda açıqlama - "iyunun 19-da..."
Oxunub: 244
Kevin Medinanın yeni klubunun adı "Futbol+"də! - o, hara gedir?
Oxunub: 240
Elvin “Qarabağ”a öz cibindən pul ödəyib, gedə bilər? – meneceri son durumu açıqladı
Oxunub: 240
Transfer dosyesi - kimlər gedib, kimlər gəlib?
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə