"Şahdağ Qusar"da yeni anlaşma

18.06.2026 20:57 29
Ölkə futbolu
“Şahdağ Qusar” yeni mövsüm heyətini formalaşdırmaq üçün çalışmalarını davam etdirir.

"Football-plus.az" xəbər verir ki, 1-ci liqa təmsilçisi hücumçu Famil Camalovla müqavilənin müddətini artırıb.

28 yaşlı forvard mövsümün sonuna qədər komandanın uğurları üçün çalışacaq.

Famil Camalov 2024-cü ilin yanvar ayından "Şahdağ Qusar"ın heyətində çıxış edir.