Pepe Reyna “Vilyarreal”la müqavilə imzalayıb.
"Football-plus.az" xəbər verir ki, İspaniya millisinin sabiq qapıçısı ilə müqavilənin müddəti 2023-cü ilin yayına kimi nəzərdə tutulub. O, 2002-05-ci illərdə çıxış etdiyi komandaya qayıdıb. Qeyd edək ki, Reyna 2020-ci ildən “Latsio”da çıxış edirdi. 39 yaşlı futbolçu daha əvvəl “Liverpul”, “Napoli”, “Bavariya” və “Milan”da da çıxış edib.