17 ildən sonra “Vilyarreal”a qayıtdı

14.07.2022 13:26 373
Dünya futbolu
Pepe Reyna yenidən sabiq komandasında çıxış edəcək.

"Football-plus.az" xəbər verir ki, o, “Vilyarreal”la müqavilə imzalayıb.

İspaniya millisinin sabiq qapıçısı ilə müqavilənin müddəti 2023-cü ilin yayına kimi nəzərdə tutulub. O, 2002-05-ci illərdə çıxış etdiyi komandaya qayıdıb.

Qeyd edək ki, Reyna 2020-ci ildən “Latsio”da oynayırdı. İtaliya klubu ilə müqaviləsi yenilənməyən 39 yaşlı futbolçu daha əvvəl “Liverpul”, “Napoli”, “Bavariya” və “Milan”da da çıxış edib.