İspaniya La Liqasında 7-ci turun oyunları davam edir.
"Footbal-plus.az" xəbər verir ki, 3-cü oyun günündə 4 matç oynanılıb.
"Real" - "Osasuna" görüşündə qonaqlar azlıqda qalsalar da, Madrid təmsilçisi bundan yararlana bilməyib. Nəticədə "Real" bu mövsümdə ilk xal itkisi ilə üzləşib.Tərəflər 1:1 hesablı heç-heçəyə razılaşıblar.
Qeyd edək ki, turnir cədvəlinə 19 xalla "Barselona" liderlik edir. Eyni xalı olan "Real" 2-ci pilədədi, "Atletik" isə 16 xalla 3-cüdü.
İspaniya La Liqası, 7-ci tur
2 oktyabr
"Espanyol" - "Valensiya" - 2:2
Qollar: Xoselu, 56, Darder, 83 - Paulista, 53, Comert, 90+6
Qırmızı vərəqə: M.Bretveyt, 90+2 - M.De Souza, 85
"Selta" - "Betis" - 1:0
Qol: Veyqa, 9
Qırmızı vərəqə: L.Felipe, 20 ("Betis")
"Jirona" - "Real Sosyedad" - 3:5
Qollar: Rikelme, 23, Martines, 27, Kastelyanos, 48 - Sörlot, 8, 42, Mendez, 66, Zubimendi, 71, Kubo, 85
"Real" - "Osasuna" - 1:1
Qollar: Vinisius, 42 - K.Qarsiya, 50
Qırmızı vərəqə: Qarsiya, 78 ("Osasuna")