• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

“Real” yenə 2-ci yeri əldən verdi - TURUN ŞƏRHİ

Dünya futbolu

24-05-2023, 20:0

Qalan çempionatlarda yavaş-yavaş elitanı tərk edən, Çempionlar Liqasına və ya Avropa Liqasına vəsiqə qazanan komandalar müəyyənləşir.

Bəs La Liqada bu yöndə vəziyyət necədi? Yeni heç nə yoxdu! “Barselona” çempiondu, “Elçe”nin aşağı yuvarlanacağı bilinir. Qitənin ən nüfuzlu klub turnirinə qatılacaq 4-cü komanda hansı olacaq – “Real Sosyedad”, yoxsa “Vilyarreal”? Konfrans Liqasında oynamağa imkan verən 7-ci yeri kim tutacaq? Hansı komandalar yeni mövsümə La Liqa 2-də başlayacaq? Bütün bu suallara yalnız son turda cavab tapılacağı istisna olunmur.

“Kadis” və “Valyadolid” elitada qalmaq uğrunda amansız mübarizə aparır, şəxsi dueldə qələbə 6 xal anlamına gəlir. Bu dueldən iki cavabsız qolla qalib ayrılan “Kadis” rəqibə ağır zərbə vurdu. “Malyorka”nı darmadağın edən “Almeriya” da vəziyyətini yaxşılaşdırdı. Adalıların darmadağının memarı het-trik edən braziliyalı Lazaro oldu.

Motivasiyasız “Barselona”nın qonağı olan “Real Sosyedad”a qələbə hava və su kimi vacib idi. Axı “Vilyarreal” isti nəfəsini hiss etdirir. Qonaqlar artıq 5-ci dəqiqədə hesabı açdı. Sörlot Kundeni arxada qoyub cərimə meydançasına qaçdı və Merinoya ötürmə verdi. O da topu Ter Ştegenin ayaqlarının arasından tora göndərdi. “Barsa” dərhal hesabı bərabərləşdirmək üçün irəli atıldı. Dembele və Levandovski fərqlənməyə yaxın idi. Fasilədən sonra kataloniyalılar təzyiqi azaltdı, basklar bundan yararlanıb 2-ci qolu da vurdu. Sonda hər iki komanda fərqlənə bilərdi. Ancaq bəxt Levandovskinin üzünə güldü. Düzdü, bu qolun yalnız bombardirlər yarışı baxımından əhəmiyyəti var.

“Real” maksimum 2-ci yer uğrunda mübarizə aparırsa, “Valensiya” hələ elitada yerini təmin etməyib. Bu üzdən “Mestalya”da meydan sahiblərinin qələbəyə can atması təbii idi. Madridlilər oyuna daha fəal başlasa da, yalnız hissənin son 15 dəqiqəsində təhlükəli vəziyyət yaratdılar. Onda da Benzema qapıçı ilə dueldən məğlub ayrıldı. “Yarasalar” cavab hücumunda hesabı açdı. Hissənin sonunda Kurtua Gerranın iki təhlükəli zərbəsinin qarşısını aldı. Fasilədən sonra isə artıq onun rəqib həmkarı Mamardaşvili xarüqələr yaratdı. Ançelotti hücumu canlandırdı, ardından əsas yarımmüdafiəçilərini – Modriç, Kroos və Valverdeni də meydana buraxdı. Gürcü qapıçı bir-birinin ardınca Rodriqonun, Vinisiusun, Valverdenin, Kroosun zərbələrinin qarşısını aldı. Hakim oyuna 10 dəqiqə artırsa da, komandalar 17 dəqiqə oynadı. Meydanda dava-dalaş düşdü, VAR-a baxılandan sonra Vinisius qovuldu, azlıqda da hücumları davam etdirən qonaqlardan Benzema təkbətəki boşa verdi. “Valensiya” dözdü və elitada qalmaq yolunda önəmli addım atdı.

ÇL-ə vəsiqə uğrunda mübarizə aparan “Vilyarreal” da Jironada hədsiz önəmli qələbə qazandı. Özü də Jerar Morenonun 4-cü uzatma dəqiqəsində vurduğu qolla! Evdə “Selta”nı məğlub edən “Atletik” sona üç tur qalmış Konfrans Liqasına vəsiqə verən 7-ci pilləyə yüksəldi.

“Atletiko” “Osasuna”nı asanlıqla darmadağın edib 2-ci pilləyə qalxdı. Düzdü, bu yer qlobal mənada heç nə qazandırmır. Ancaq “Real”ın “burnunu ovmaq” “hindular” üçün həmişə xoşdu.

Xose Bordalasın “Xetafe”də işləri heç də düz getmir. Madridlilər elitadan gedəcəyi çoxdan dəqiqləşən “Elçe” ilə oyunda qələbə qazana bilmədi. “Espanyol” ardıcıl 3-cü oyunda iki qol vurdu. Kataloniya derbisində və “Sevilya” ilə oyunda bu qollar heç-heçə üçün bəs etmədisə, “Rayo Valyekano”nu məğlub etmək mümkün oldu. Turun son oyunu isə Sevilya derbisi idi. Mövsümün sonunda əzəli və əbədi rəqiblər qol vurmağa həvəs göstərmədi. Bu nəticə “Sevilya”nın avrokubok ümidlərinə zərbə vurmaqla yanaşı, “Betis”in azacıq ÇL xəyallarının da üstündən xətt çəkdi.

35-ci tur
Barselona – Real Sosyedad 1:2
Levandovski, 90 – Merino, 5. Sörlot, 72. (88049)
Barselona: Ter Ştegen, Alba, Kristensen, Kunde (Alonso, 46), Balde, De Yonq, Buskets (Qarsiya, 84), Kessye (Torres, 63), Dembele (Torre, 86), Rafinya (Fati, 63), Levandovski.
Atletiko – Osasuna 3:0
Karrasko, 44. Saul, 62. Korrea, 82. (57012)
Atletiko: Qrbiç, Saul, Ermoso, Ximenes, Vitsel, Molina, Karrasko (Regilon, 85), Koke (Barrios, 84), De Paul (Kondoqbia, 85), Qrizmann (Marten, 90+1), Morata (Korrea, 46).
Valensiya – Real 1:0
Lopes, 33. (46002)
Real: Kurtua, Mendi (Karvaxal, 86), Rüdiger, Militao, Vaskes, Kamavinqa (Rodriqo, 46), Çuameni (Valverde, 86), Sebalyos (Kroos, 65), Vinisius, Asensio (Modriç, 65), Benzema.
Kadis – Valyadolid 2:0
Bonqonda, 70; 76-p. (18938)
Jirona – Vilyarreal 1:2
Lopes, 24 - Pino, 9. J.Moreno, 90+4. (11649)
Atletik – Selta 2:1
İ.Uilyams, 5. Berenger, 54 – Strand Larsen, 50. (40759)
Xetafe – Elçe 1:1
Munir, 8 – Boye, 45+1. (13927)
Almeriya – Malyorka 3:0
Lazaro, 12; 42; 58. (12791)
Rayo Valyekano – Espanyol 1:2
De Tomas, 22-p. – Darder, 23. Melamed, 59. (12142)
Sevilya – Betis 0:0
(41392)

1. Barselona 35 27 4 4 65-15 85
2. Atletiko 35 22 6 7 63-27 72
3. Real 35 22 5 8 70-33 71
4. Real Sosyedad 35 19 8 8 47-32 65
5. Vilyarreal 35 18 6 11 54-36 60
6. Betis 35 16 8 11 43-38 56
7. Atletik 35 14 8 13 46-39 50
8. Jirona 35 13 9 13 55-50 48
9. Sevilya 35 13 9 13 44-49 48
10. Osasuna 35 13 8 14 32-39 47
11. Rayo Valyekano 35 12 10 13 42-47 46
12. Malyorka 35 12 8 15 33-40 44
13. Valensiya 35 11 7 17 39-41 40
14. Almeriya 35 11 6 18 46-61 39
15. Selta 35 10 9 16 40-50 39
16. Kadis 35 9 11 15 28-50 38
17. Xetafe 35 8 11 16 31-44 35
18. Valyadolid 35 10 5 20 30-62 35
19. Espanyol 35 8 10 17 44-61 34
20. Elçe 35 4 8 23 27-65 20
Bombardirlər: Levandovski (Barselona) – 22, Benzema (Real) – 17, Xoselu (Espanyol) - 15, Ünal (Xetafe) – 14.

Növbəti turun oyunları mayın 23-25-i aralığında keçiriləcək: Real Sosyedad – Almeriya, Selta – Jirona, Valyadolid – Barselona, Vilyarreal – Kadis, Elçe – Sevilya, Espanyol – Atletiko, Betis – Xetafe, Osasuna – Atletik, Malyorka – Valensiya, Real – Rayo Valyekano.
Turun rəqəmi

32 – “Barselona” 32 illik fasiləsən sonra evdə “Real Sosyedad”a uduzdu. Sonuncu belə məğlubiyyət 1991-ci ilin mayında qeydə alınmışdı. Ümumiyyətlə, kataloniyalılar 2016-nın aprelindən bəri bu rəqibə uduzmurdu.

Turun ulduzu

Giorgi Mamardaşvili (Valensiya) – gürcü qolkiper, sadəcə, 5 seyvlə yadda qalmadı, “ölü” topların hamısını çıxardı. Bəli, onun komanda yoldaşları “Real”ın qapısına birdən artıq top vursaydı, biz indi “Almeriya”nın vingeri Lazaronu turun ən yaxşısı seçərdik. Ancaq məhz Mamardaşvili “yarasalar”ın qapısını toxunulmaz saxlamaqla qələbəyə əvəzsiz töhfə verdi.

Turun sitatı

Vinisius, “Real”ın yarımmüdafiəçisi: “İrqçilərin bu oyunla bağlı mükafatı mənim meydandan qovulmağım oldu. Bu futbol deyil, bu La Liqadı”.

Faktlar

* “Barselona” cari mövsümdə La Liqada ilk dəfə evdə uduzdu. Kataloniyalılar “Nou Kamp”da sonuncu dəfə ötən il mayın 22-də “Vilyarreal”la oyundan (0:2) məğlub ayrılmışdı.

* Vinisius karyerasında ilk dəfə birbaşa qırmızı vərəqə gördü. “Real”ın vingeri 2-ci hissəyə artırılan vaxtda “Valensiya”nın futbolçuları ilə münasişəyə qatıldı. Münaqişə Rüdigerin topu ona vermək istəməyən Musanı itələməsi ilə başladı. Vinisius bu zaman bir an əvvəl arxadan onun boğazını sıxan Duronun üzünə zərbə vurdu. Referi VAR-a baxandan sonra braziliyalıya əvvəl göstərdiyi sarı vərəqəni ləğv etdi və birbaşa “qırmızı” çıxardı.

Paylaş:
Digər xəbərlər

Dünya futbolu

15-08-2022, 09:0

"Real" La Liqaya qələbə ilə start verdi

Dünya futbolu

25-06-2022, 21:0

“El Klasiko”lar nə vaxt keçiriləcək?

Dünya futbolu

5-04-2023, 14:0

Liderlər darmadağın etdi, “Atletiko”nun seriyası uzandı – 27-ci turun şərhi

Dünya futbolu

4-05-2023, 14:0

“Barselona”nı çempionluqdan 2 xal ayırır - TURUN ŞƏRHİ

Dünya futbolu

19-04-2023, 20:0

“Real”la xal fərqi azaldı, “Barsa” qazondan şikayətləndi – TURUN ŞƏRHİ

Dünya futbolu

12-04-2023, 18:0

“Real” üçün çempionat bitib - ŞƏRH

Aktual
Rahid Usubov: "Artıq yeni komanda formalaşdırmışıq"
“Sabah” rəsmisindən “Liv Bona Dea Arena” açıqlaması – klub ora nə vaxt köçəcək?
Azərbaycanın klub futbolu güclənib, yoxsa rəqiblər zəifdi? – “bunlar göstərici deyil”
“Zirə” Kutaisidə dəstəksiz qaldı – Gürcüstanda 269 min azərbaycanlı ola-ola!
“Cəbrayıl” hələ satılmayıb
Eldəniz Yusubov: “Rəhbərlik hazırda yeni stadion axtarışındadı” - “Araz-Naxçıvan” stadionsuz qaldı
Son xəbərlər
  • Bu gün, 16:53
    "Qarabağ"ın ÇSKA ilə oyunlarının hakimləri bilindi
  • Bu gün, 16:31
    Millimiz rekorda imza atdı
  • Bu gün, 16:00
    Millimiz Avropa çempionatının pley-offunda
  • Bu gün, 15:32
    Rahid Usubov: "Artıq yeni komanda formalaşdırmışıq"
  • Bu gün, 15:02
    Asim Xudiyev “Braqa”nın oyununa təyinat aldı
  • Bu gün, 14:35
    İngiltərədə iş yerini dəyişdi
  • Bu gün, 14:04
    “Sabah” rəsmisindən “Liv Bona Dea Arena” açıqlaması – klub ora nə vaxt köçəcək?
  • Bu gün, 13:39
    "Neftçi" iştirak ərizəsini UEFA-ya təqdim etdi
  • Bu gün, 13:20
    “Kəpəz”də baş məşqçinin köməkçiləri müəyyənləşdi
  • Bu gün, 13:01
    Final matçına dövlət başçısı da baxacaq
  • Bu gün, 12:28
    DÇ-2026-da hamını qabaqlayır
  • Bu gün, 12:00
    Əvvəlki klubuna qayıdacaq
  • Bu gün, 11:27
    Azərbaycanın klub futbolu güclənib, yoxsa rəqiblər zəifdi? – “bunlar göstərici deyil”
  • Bu gün, 11:14
    Belçikadan İngiltərəyə üz tutacaq
  • Bu gün, 10:47
    Güləşçimiz Budapeştdə "bürünc" qazandı
  • Bu gün, 10:00
    “İmişli”dən ayrıldı, "Səbail"ə keçdi
  • Dünən, 23:59
    “Zirə” Kutaisidə dəstəksiz qaldı – Gürcüstanda 269 min azərbaycanlı ola-ola!
  • Dünən, 23:30
    Zidanın təyinatı zaman məsələsidi
  • Dünən, 23:11
    Mundialı antirekordçu kimi tərk edib
  • Dünən, 22:40
    "Qarabağ" - ÇSKA matçı üçün biletlər satışa çıxır
  • Dünən, 22:17
    "Sumqayıt"dan "Şamaxı"ya keçdi
  • Dünən, 21:48
    Bir neçə ay futbolsuz qala bilər
  • Dünən, 21:18
    “Cəbrayıl” hələ satılmayıb
  • Dünən, 20:33
    MY-də yeni qapıçı
  • Dünən, 20:00
    DÇ-də 64 komandanın oynayacağı gözlənilir
  • Dünən, 19:29
    Petkoviç postunda qaldı - DÇ-nin ETİMADI
  • Dünən, 19:03
    Mane beynəlxalq karyerasını başa vurdu - DÇ-nin AYRILIĞI
  • Dünən, 18:40
    Eldəniz Yusubov: “Rəhbərlik hazırda yeni stadion axtarışındadı” - “Araz-Naxçıvan” stadionsuz qaldı
  • Dünən, 18:09
    Zidanın təyinatı zaman məsələsidi
  • Dünən, 17:38
    "Azərlotereya" şirkəti ilə ilkin danışıqlarımız olub" - Elgiz Abbasov
  • Dünən, 17:25
    “Püşkün atılması ilə yeni mübarizənin start götürdüyünü elan edə bilərik” – Sənan Abdullayev
  • Dünən, 17:00
    Azərbaycan kubokunda finalın vaxtı açıqlandı
  • Dünən, 16:35
    Hamıdan yaxşı o oldu
  • Dünən, 16:04
    Baş məşqçi kimi yığmaya qayıtdı - DÇ-nin İSTEFASI
  • Dünən, 15:34
    "Kəpəz"in Gəncəyə qayıdışı təsdiqləndi, "Şamaxı" problemlə üzləşdi
Daha çox
Oxunub: 236
“Vestri” – “Qarabağ” matçını “CBC Sport” göstərməyəcək? – son durum açıqlandı
Oxunub: 235
Duran: düşünməmək bir ayıb, bunu dilə gətirmək iki ayıb – REPLİKA
Oxunub: 225
“Toral məndən “abi, bu, yoxlama oyunu deyilmi?” deyə soruşdu” – Bayramovu təəccübləndirən hadisə
Oxunub: 207
"Sabah"ın cavab oyunu yayınlanmaya bilər! - "Nyu Seynts"dən şok həmlə
Oxunub: 160
“Qarabağ”a tərif yağdırdı, azarkeş sayını azaltdı
Oxunub: 155
“Nyu Seynts” – “Sabah” matçının yayın problemi aradan qalxdı! – necə?
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə