• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

“Real” üçün çempionat bitib - ŞƏRH

Dünya futbolu

12-04-2023, 18:0

İspaniyada mövsümün necə yekunlaşacağı, demək olar, bəllidi.

“Football-plus.az” xəbər verir ki, çempionatda motivasiyasız qalan “Real” artıq 2-ci yeri də əldən vermək üzrədi. “Atletiko” “ağ şimşəklər”i, “Real Sosyedad” isə “hindular”ı izləyir. Elitada qalmaq uğrunda mübarizənin də öz intriqası var. “Elçe” taleyi ilə barışıbsa, aralarında “Sevilya” və “Valensiya” da olmaqla bir neçə komanda xal ehtiyatını artırmağa çalışır.

Turun əsas oyununda “Real” “Vilyarreal”ı qəbul etdi. “Sarı sualtı qayıq” bu dəfə xarakter göstərdi. “Sarılar” kubok oyununda madridlilərin 0:2-ni qələbəyə çevirməsinə imkan vermişdisə, bu oyunun ssenarisi fərqli oldu. “Real” iki dəfə önə çıxdı, amma uduzdu. 16-cı dəqiqədə Asensionun zərbəsindən sonra Torresdən səkən top tora düşdü. “Real” hissənin ortalarından etibarən “yuxuya getdi”, bundan yararlanan Çukvueze hesabı bərabərləşdirdi. Fasilə madridliləri ayıltdı. Oyun canlanan kimi 4 rəqibi arxada qoyan Vinisius yenidən komandasını irəli çıxardı. Ancaq sonra “Real” yenə təşəbbüsü əldən verdi. Morales meydana çıxandan cəmi 3 dəqiqə sonra “status-kvo”nu bərpa etdi, 10 dəqiqə sonra isə Çukvueze dublunu rəsmiləşdirdi. Vaxt olsa da, “Real” heç-heçəni də xilas edə bilmədi. Belə görünür ki, madridlilər çoxdan çempionluqdan əlini üzüb, kubokda və ÇL-də qələbə haqda düşünür.
Paytaxtın digər təmsilçisi – “Atletiko” indi əla formadadı. “Hindular” buna qədər keçirdiyi son 4 oyunda qələbə qazanmışdı. “Rayo Valyekano” ilə oyunun ilk 20 dəqiqəsində qapılar önündə təhlükəli vəziyyət yaranmadı. Ardından qonaqlar elə ilk ciddi hücumda hesabı açdı. Molinanın qolundan 2 dəqiqə sonra isə Ermoso fərqi artırdı. Müdafiəyə çəkilən “Atletiko” bilərəkdən “2-ci nömrə” rolu ilə barışdı. Hərçənd Oblakın qapısı önündə arabir təhlükə yaşanırdı. 62-ci dəqiqədə Lejen meydan sahiblərini azlıqda qoyandan sonra “hindular”ın qələbəsinə şübhə yeri qalmadı. “Rayo” sona yaxın Franın möhtəşəm zərbəsi sayəsində təsəlli qolunu vursa da, bundan artığını bacarmadı. “Atletiko” “Real”la xal fərqini 2-yə endirməkə yanaşı, “Real Sosyedad”dan da 6 xal irəlidədi.

San-Sebastyan klubu da turu inamlı qələbə ilə başa vurdu. İlk yarının son dəqiqələrində dramatik anlar yaşandı. 44-cü dəqiqədə VAR-ın da yardımı ilə “Xetafe”nin qapısına penalti təyin olundu. Ancaq “nöqtə”yə yaxınlaşan Oyarsabal qapıçı ilə dueldə uduzdu. Sadəcə, yarımmüdaiəçi ruhdan düşmədi və uzatma dəqiqələrində günahını qolla yudu. 60-cı dəqiqədə Kubo 2-ci qolu vurdu və bununla da oyunun taleyi həll olundu. “Real Sosyedad” “ÇL zonası”ndakı yerini qorumaqdadı.

Turun ən gözlənilməz nəticələrindən biri Sevilyada qeydə alındı. “Betis” “Kadis”lə oyunun 38-ci dəqiqəsində azlıqda qalandan sonra heç-heçəni qorumağa çalışsa da, mümkün olmadı. Qonaqların 53-cü və 59-cu dəqiqədə vurduğu iki qolun ardından Rubail də meydandan qovuldu. “Betis” avrokuboklara vəsiqə uğrunda mübarizədə ağır zərbə aldı.
“Sevilya” – “Selta” oyununun nəticəsinə də qırmızı vərəqə təsir göstərdi. Sadəcə, bu dəfə əks mənada. Artıq 19-cu dəqiqədə azlıqda qalan meydan sahibləri 81-ci dəqiqədə hesabı 2:0 çatdıranda hər kəs onların qələbə qazanacağındı düşündü. Amma viqolular inanılmaz əzmkarlıq göstərdi. 89-cu dəqiqədə Rodriges fərqi azaltdı. Hakimin 2-ci hissəyə əlavə etdiyi 4 dəqiqənin üçüncüsündə Pasyensiya hesabı bərabərləşdirməklə “Selta”ya böyük sevinc yaşatdı.
Turun qalan oyunlarına gəlincə, “Osasuna” “Elçe”ni evdə, “Atletik” isə “Espanyol”u səfərdə 2:1 hesabıyla məğlub etdi. “Valyadolid” – “Malyorka” oyunu məhsuldar “sülh”lə bitdi. Baş məşqçi postunda Qattuzonu əvəz edən Ruben Baraxa da “Valensiya”nı böhrandan çıxara bilmir. Səfərdə “Almeriya”ya uduzan “yarasalar”ın elitada qalmaq perspektivi gündən-günə azalır. Turun dünən axşam keçirilən son oyununda “Jirona”nı məğlub etməklə xalını 74-ə çatdıran “Barselona” çempionluğa bir addım da yaxınlaşdı???

Turun rəqəmi

12 – “Atletiko”nun çempionatda məğlubiyyətsiz oyunlar seriyası bu həddə çatdı. Simeonenin komandası sonuncu dəfə yanvarın 8-də “Barselona”ya uduzub (0:1) və həmin vaxtdan bəri keçirdiyi oyunların 9-da qələbə qazanıb, 3-də heç-heçə edib.

Turun ulduzu

Samuel Çukvueze (Vilyarreal) – başqa namizəd axtarmağa dəyməz, Madriddə qələbə dublunun dəyəri böyükdü. Özü də nigeriyalı dəfələrlə komandasının köməyinə çatıb, halbuki cəmi 23 yaşı var. Konkret bu oyunda driblinq baxımından Vinisiusu da üstələdi.

Fakt

“Real” “Vilyarreal”a qarşı keçirdiyi son 5 oyunda qələbə qazanmaqdan daha çox uduzub. Madridlilər ölkə çempionatında 2021-ci ildən bəri bu rəqibə qalib gələ bilmir. Həmin ilin mayında qeydə alınan 2:1-dən sonra “Real” iki dəfə qalib gəlib və iki dəfə uduzub. Bütün turnirləri nəzərə alsaq, paytaxt klubu son 5 oyunun yalnız birində - bu il ölkə kubokunun 1/8 finalında qələbəyə (3:2) sevinib.

Paylaş:
Digər xəbərlər

Dünya futbolu

14-03-2023, 19:0

“Barselona” rekordlarla çempionluğa doğru gedir - REPORTAJ

Dünya futbolu

20-01-2023, 17:0

1/4 finalda Madrid derbisi

Dünya futbolu

22-08-2022, 09:0

"Barselona"dan darmadağın, "Atletiko" uduzdu

Dünya futbolu

5-04-2023, 14:0

Liderlər darmadağın etdi, “Atletiko”nun seriyası uzandı – 27-ci turun şərhi

Dünya futbolu

15-08-2022, 09:0

"Real" La Liqaya qələbə ilə start verdi

Aktual
“O arenada premyer-liqa oyunlarının keçirilməsi məqsədəuyğun sayılmır” – PFL qəti qərarını verdi
Leandro Andrade bir aya yeni dil öyrənəcək - Azərbaycanı heç yada da salmadı!
Zlomisliç Şehiçlə Beqoviçin ənənəsini davam etdirə biləcəkmi? - Qurban Qurbanov yenə bosniyalı seçdi
“Kəpəz”də baş məşqçi karuseli - azarkeşlər Azər Məmmədovu istəmir, sədr isə...
“Səbail”, “Şahdağ Qusar” və “Xankəndi” daha fəaldı -1-ci liqada “yatanlar” da var, gözləyənlər də
Vicdansız Kristiansen! – Roderik Milleri son oyuna da buraxmadı
Son xəbərlər
  • Bu gün, 09:14
    Fransa və Meksika da 1/8 finalda - DÇ səhəri
  • Bu gün, 01:54
    "Səbail" sabiq futbolçusunu qaytardı - RƏSMİ
  • Bu gün, 01:24
    Sadiq Məmmədov "gümüş" qazandı - AÇ
  • Bu gün, 00:58
    Topu özü ilə apardı
  • Bu gün, 00:27
    "Neftçi"dən rekord: 7837 məhsul satıldı!
  • Bu gün, 00:02
    “Real”ı tərk etdi
  • Dünən, 23:32
    Sentyabrın 1-də 2-ci, 3-də 1-ci liqada yeni mövsüm başlayacaq
  • Dünən, 23:15
    "Zirə" Türkiyə klubuna məğlub oldu
  • Dünən, 22:59
    Holann Norveçi 1/8 finala çıxardı - DÇ gecəsi
  • Dünən, 22:52
    “O arenada premyer-liqa oyunlarının keçirilməsi məqsədəuyğun sayılmır” – PFL qəti qərarını verdi
  • Dünən, 22:10
    Futbolçu suda boğuldu
  • Dünən, 21:43
    “Sürəti o qədər yaxşıdı ki, əyləc tutmasa, tribunaya qədər gedəcək” – “Qarabağ”ın yeni futbolçusuna bax!
  • Dünən, 21:04
    Son 72 ildə bunu bacaran olmamışdı
  • Dünən, 20:15
    DÇ matçının ən yaxşı oyunçusu oldu
  • Dünən, 19:32
    Fransa yığması başsız qaldı
  • Dünən, 18:54
    Madriddən Londona üz tutacaq
  • Dünən, 18:23
    Üç aylıq işsizliyə son qoydu
  • Dünən, 17:57
    Leandro Andrade bir aya yeni dil öyrənəcək - Azərbaycanı heç yada da salmadı!
  • Dünən, 17:48
    Noqeyra "Sabah"dan getdi
  • Dünən, 17:13
    Baş məşqçi kimi ilk təyinatını aldı
  • Dünən, 16:36
    İspaniya klubunda yeni təyinat
  • Dünən, 16:04
    Millilərdə məşqçi dəyişiklikləri oldu
  • Dünən, 15:40
    "Qəbələ" konqolu futbolçu transfer etdi
  • Dünən, 15:10
    Portuqaliyalı futbolçulardan təqdirəlayiq addım
  • Dünən, 14:49
    Kanada, Braziliya, Paraqvay, Mərakeş... – bu gün Norveçlə Fransanın da taleyi bilinəcək - DÇ günü
  • Dünən, 14:44
    Kaşkilyanın da Allahı var!
  • Dünən, 14:29
    Şirvanın iki futbol klubu birləşdi
  • Dünən, 14:09
    Asim Xudiyevə yeni mövsümün ilk təyinatı
  • Dünən, 13:56
    68 ildən sonra ən məhsuldar çıxış
  • Dünən, 13:28
    Afrika rekordu yeniləndi
  • Dünən, 12:46
    Dünya çempionatında rekordçu oldu
  • Dünən, 12:15
    "Zirə" Türkiyə klubuna qarşı
  • Dünən, 12:00
    Dünya çempionatında yeni rekord
  • Dünən, 11:32
    Vüsal İsgəndərli Kosova klubunda
  • Dünən, 11:09
    UFC Fight Night Bakıda: 72 ölkə, 11 min azarkeş və tarixi gecə
Daha çox
Oxunub: 449
Çempion komandanı atdı, “Zirə”yə gəldi – nə qəribə!
Oxunub: 316
UEFA-nın qərarı Tovuzda görülən işlərə təsir etdi – “artıq gələn mövsümə...”
Oxunub: 284
Transfer dosyesi - kimlər gedib, kimlər gəlib?
Oxunub: 243
Ramil Şeydayev “Dinamo”da! – gəldiyi yerə dönür
Oxunub: 234
Arif Əsədov “Kəpəz”də çalışmaqdan niyə imtina etdi? – detallar üzə çıxdı
Oxunub: 199
Varqas nağılı başa çatır! – belə şey olar?
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə