Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyi və Milli Qurtuluş Gününün 30 illiiyi münasibətilə media qurumları arasında keçirilən futzal üzrə "Xatirə kuboku" turnirinin ikinci turunun oyunları keçirilib.
"Football-plus.az" xəbər verir ki, gün ərzində keçirilən matçlarda "Teleqraf" "Səs"i (4:2), "ARB" "Xəzər"i (2:1), "ATV" "Report"u (14:0) məğlub edib.
Günün son matçında "Futbol+" "Təzadlar"la qarşılaşıb. Oyun komandamızın 9:4 hesablı üstünlüyü ilə bitib.
Qaliblərin heyətində Əli Raufoğlu (5), Şair Abdulla (2), İsmayıl Xeyrullayev (1), və Tahir Məmmədov (1) fərqlənib.
KƏNAN BAHADIR