Göygol Avropa Kuboku turniri davam edir

7.05.2023 12:55 283
İdman
Göygöldə keçirilən Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş yeniyetmələr arasında Avropa Kuboku turnirinin ikinci günün görüşləri keçirilir.

"Football-plus.az" xəbər verir ki, yarışın ikinci günü qızların mübarizəsində -57 kq., -63 kq., -70 kq. və +70 kq. çəki dərəcələrində, oğlanların mübarizəsində isə -73 kq., -81 kq., -90 kq. və +90 kq. çəki dərəcələrində qaliblər müəyyənləşəcək.