• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Volkan Dəmirəl almanlara müsahibə verdi

Dünya futbolu

15-05-2023, 18:0

Zəlzələdən sonra Türkiyə çempionatından çəkilən “Hatayspor”un baş məşqçisi Volkan Dəmirəl Almaniyanın “Sport 1” kanalına müsahibə verib.

"Football-plus.az" xəbər verir ki, “Fənərbaxça”nın və Türkiyə yığmasının sabiq qapıçısı dəhşətli zəlzələdən əvvəl və sonra yaşadıqları, dünyasını dəyişən Kristian Atsu, eləcə də başqa məqamlar haqda danışıb.

* Allaha şükür, hər yerdən yardım edirlər. Xüsusilə də Almaniyadan. Bizə ən çox kömək edən, ləvazimat göndərən ölkələrdən biri Almaniyadı. Almaniya polisi tərəfindən 480 min yataq torbası göndərilib. Mən də fürsətdən istifadə edərək almanlara təşəkkürümü bildirmək istəyirəm.
* Zəlzələdən sonrakı günlərdə Hatayda bir stəkan su da tapmaq çətin məsələ idi. Yerli əhalinin heç nəyi qalmamışdı. Bütün dünyadan yardımlar göndərilsə də, hələ də yardıma ehtiyac var. Çadırlar su buraxır. Kiçik kontenyerlər də var. Amma orda maksimum bir nəfər yata bilir.
* “Fənərbaxça”nın sabiq qapıçısı olduğum üçün populyarlığımdan istifadə edərək Dortmund “Borussiya”sı, “Bavariya”, “Şalke-04”, “Fortuna”, “Maynts-05”, “Köln” kimi Almaniya klublarının rəsmiləri ilə görüşüb bəzi xeyriyyə matçları təşkil etmək istədim. Məsələn, “Maynts-05” bizi ilk gündən dəstəklədi. “Borussiya” və “Maynts-05” rəsmiləri ilə də çox pozitiv görüşümüz oldu. Mən bura pul göndərilməsini istəmirəm. Burdakı uşaqların problemlərinin qabardılmasını istəyirəm. Bunu da özüm üçün etmirəm. “Bavariya” rəsmiləri ilə də bir dəfə görüşdüm. Bu işdə Xəlil Altıntopla Nuri Şahinin böyük dəstəyi oldu. Çempionatda çıxışımızı dayandırmışıq. Yeni heyət və komanda formalaşdırmaq məcburiyyətindəyik. Artıq Hatayda oynamağımız mümkün deyil. Ona görə də ev oyunlarını Mersində keçirəcəyik.
* Zəlzələni bütün ailəm hiss etdi. Həmin gün çempionatda “Kasımpaşa” ilə ev oyunumuz var idi. Ailəm mənimlə birlikdə Hatayda idi. O matçın keçirildiyi gün həyatda xoşbəxt olduğum son gündü. Ertəsi gün hamı hər şeyini itirdi. Tanıdığım çox insan dünyasını dəyişdi. Uşaqlarımı da itirə bilərdim. Sırf təsadüf və bəxt nəticəsində həyatda qaldıq. Klubun bəzi üzvləri bir neçə saat dağıntılar altında qaldı. Böyük qızım hələ də gördüklərinin psixoloji təsirindən qurtula bilməyib.
* Atsunun son dəqiqə qolu ilə qalib gəldiyimiz gün həmişə həyatımın ən xoşbəxt günü kimi qalacaq. Ertəsi gün yaşadıqlarımızdan sonra keşmişdəki o əhval-ruhiyyəmin bir də nə vaxtsa qayıdacağını düşünmürəm. Atsu mükəmməl insan idi. Bir gün əlində zərflərlə məşqə gəlmişdi. Ona “xeyr ola, deyəsən, evlənməyə hazırlaşırsan” dedim. Yeni il olduğundan klubun bütün işçilərinə hədiyyə vermək istədiyini dedi. Para onun üçün heç vaxt ön planda deyildi. Yeganə istəyi meydana çıxıb oynamaq idi. Fiziki cəhətdən problemi olmadığı müddətdə zatən həmişə də oynayırdı. Son matçda qolunu vurdu və təəssüf ki, aramızdan ayrıldı. Hamımız onu çox sevirdik. Belə gözəl insanın itkisi ilə barışmaq asan məsələ deyil. Kristian və idman direktorumuz həmişə qəlbimizdə yaşayacaq.
* Futbol oynadığım dönəmdə bir çox səhvə yol vermişəm. Amma hər səhvimdən bəzi şeylər öyrənməyə çalışmışam. Bir qapıçı kimi, əbəttə, rəqiblərin sevdiyi oyunçulardan deyildim. Bəziləri ilə yola getmirdim. Amma heç vaxt kimisə cırnatmağa, acıq verməyə çalışmamışam. Etdiyim hərəkətlərin böyük hissəsi qələbə hirsimdən, istəyimdən irəli gəlirdi. Yenə də biriləri tərəfindən yanlış anlaşılmışamsa, üzr istəyirəm. Amma məni bu gün olduğum insana çevirən məhz belə şeylər olub.
* Mənə ən birinci güvənən Kristof Daum olub. Məhz onun vaxtında əsas qapıçıya çevrildim. Gənc yaşımda formanı mənə verməkdən çəkinmədi. Ona şəfalar diləyirəm. Psixoloji cəhətdən çox güclü insandı və xərçəng xəstəliyinə qalib gələcəyinə şübhə etmirəm. Başçılığı altında oynadığım bütün məqşçilərin mənim üçün öz yeri var. Amma onların arasından bir nəfəri seçməli olsam, Dauma üstünlük verərdim. Ona çox şey borcluyam.
* Bir ara “Bavariya” mənimlə maraqlanmışdı. Menecerimlə əlaqə saxlamışdılar. Təbii ki, belə böyük klubda oynamaq istərdim. Manuel Noyeri hələ “Şalke-04”də oynadığı dönəmdən gözəl tanıyıram. Zədəsini sağaldıb yenidən “Bavariya”nın əsas qapıçısı olacağına əminəm. Elə qapıçılar var ki, klub üçün qapıçıdan daha çox məna kəsb edir. Noyer də belələrindəndi. O, sağlamdısa və heyətdədisə, mütləq oynamalıdı. Eynilə Buffon kimi…
* Məsut Özilin istedadını sizə anlatmağıma ehtiyac yoxdu. Amma bir futbolçu karyerasının sonuna yaxınlaşdıqda əvvəlki bəzi özəlliklərini itirməyə başlayır. Məsut “Fənərbaxça”ya çox böyük ümidlərlə gəlmişdi. Təəssüf ki, gözlənilən performansı sərgiləyə bilmədi. Və ya “Fənərbaxça” ondan istədiyi kimi yararlana bilmədi. Bir az özünə qapalı insandı. Amma nəticə etibarilə hər kəs həyatında başverənlərə görə özü cavabdehdi. Zədələr də ondan əl çəkmədi. Ən böyük problemi o idi ki, “Fənər”də heç vaxt oyunlara fiziki cəhətdən 100 faiz hazır durumda çıxmadı. Məsutu çox sevirəm və bundan sonrakı həyatında uğurlar arzulayıram.

Paylaş:
Digər xəbərlər

Aktual

18-02-2023, 11:0

Atsu zəlzələdən əvvəl Türkiyəni tərk etməliymiş!

Dünya futbolu

1-05-2023, 22:0

Volkan Dəmirəl “Hatayspor”un planlarını açıqladı

Maraqlı

7-02-2023, 13:0

''Hatayspor''un üzvü tapılsa da, ''Yeni Malatyaspor''un qapıçısı…

Dünya futbolu

27-05-2022, 15:0

Volkan Dəmirəl istefa verdi

Dünya futbolu

16-03-2023, 21:0

“Hatay bundan sonra hər birimizin şəxsi məsələsi oldu”

Dünya futbolu

21-09-2022, 16:0

Volkan Demirel "Hatayspor"da

Aktual
“İstəyərdik ki, Kaşkilya qalsın” – “Küdrü Qartalları” “İmişli”nin qərarı barədə nə dedi?
“Sabah”da daha iki yeni futbolçu – Dambrauskas onları da Tirola aparıb
“Kayzerslautern” məşqə başladı, amma Mahir yoxdu
5 klub mövsümə xaricdə hazırlaşır. Bəs başqaları?
“O arenada premyer-liqa oyunlarının keçirilməsi məqsədəuyğun sayılmır” – PFL qəti qərarını verdi
Leandro Andrade bir aya yeni dil öyrənəcək - Azərbaycanı heç yada da salmadı!
Son xəbərlər
  • Bu gün, 16:37
    “İstəyərdik ki, Kaşkilya qalsın” – “Küdrü Qartalları” “İmişli”nin qərarı barədə nə dedi?
  • Bu gün, 16:06
    Milli komandada ciddi itki
  • Bu gün, 15:42
    "Qarabağ"la "Zirə"nin bilet satışı niyə başlamır? - rəqib azarkeşlərin sayı da bilinmir
  • Bu gün, 15:28
    “Sabah”da daha iki yeni futbolçu – Dambrauskas onları da Tirola aparıb
  • Bu gün, 14:57
    Neymar venesuelalılara yardım etdi
  • Bu gün, 14:26
    “Kayzerslautern” məşqə başladı, amma Mahir yoxdu
  • Bu gün, 14:00
    “Partizani”dən “Malişevo”ya keçdi: irəli, yoxsa geri addım?
  • Bu gün, 13:56
    5 klub mövsümə xaricdə hazırlaşır. Bəs başqaları?
  • Bu gün, 13:25
    İlk oyunda moldovalı, ikincidə çex
  • Bu gün, 13:01
    Altı legioner gəlib, yeddinci yoldadı!
  • Bu gün, 12:58
    "Qarabağ" bu gün Avstriyada iki oyun keçirəcək
  • Bu gün, 12:29
    Emin Cəfərov Konfrans Liqasının oyununa təyinat aldı
  • Bu gün, 12:08
    Bakıda İBA Çempionlar Gecəsi keçiriləcək
  • Bu gün, 11:56
    "Zirə" üçüncü yoxlama oyununa çıxır
  • Bu gün, 11:35
    PSJ-də yeni qapıçı
  • Bu gün, 11:14
    Zaur Ramazanov bu dəfə “bu həftə” dedi…
  • Bu gün, 10:50
    “Mançester Siti”dən ayrıla bilər
  • Bu gün, 10:19
    Gözlənilən aqibətlə üzləşdi
  • Bu gün, 09:14
    Fransa və Meksika da 1/8 finalda - DÇ səhəri
  • Bu gün, 01:54
    "Səbail" sabiq futbolçusunu qaytardı - RƏSMİ
  • Bu gün, 01:24
    Sadiq Məmmədov "gümüş" qazandı - AÇ
  • Bu gün, 00:58
    Topu özü ilə apardı
  • Bu gün, 00:27
    "Neftçi"dən rekord: 7837 məhsul satıldı!
  • Bu gün, 00:02
    “Real”ı tərk etdi
  • Dünən, 23:32
    Sentyabrın 1-də 2-ci, 3-də 1-ci liqada yeni mövsüm başlayacaq
  • Dünən, 23:15
    "Zirə" Türkiyə klubuna məğlub oldu
  • Dünən, 22:59
    Holann Norveçi 1/8 finala çıxardı - DÇ gecəsi
  • Dünən, 22:52
    “O arenada premyer-liqa oyunlarının keçirilməsi məqsədəuyğun sayılmır” – PFL qəti qərarını verdi
  • Dünən, 22:10
    Futbolçu suda boğuldu
  • Dünən, 21:43
    “Sürəti o qədər yaxşıdı ki, əyləc tutmasa, tribunaya qədər gedəcək” – “Qarabağ”ın yeni futbolçusuna bax!
  • Dünən, 21:04
    Son 72 ildə bunu bacaran olmamışdı
  • Dünən, 20:15
    DÇ matçının ən yaxşı oyunçusu oldu
  • Dünən, 19:32
    Fransa yığması başsız qaldı
  • Dünən, 18:54
    Madriddən Londona üz tutacaq
  • Dünən, 18:23
    Üç aylıq işsizliyə son qoydu
Daha çox
Oxunub: 449
Çempion komandanı atdı, “Zirə”yə gəldi – nə qəribə!
Oxunub: 316
UEFA-nın qərarı Tovuzda görülən işlərə təsir etdi – “artıq gələn mövsümə...”
Oxunub: 284
Transfer dosyesi - kimlər gedib, kimlər gəlib?
Oxunub: 243
Ramil Şeydayev “Dinamo”da! – gəldiyi yerə dönür
Oxunub: 234
Arif Əsədov “Kəpəz”də çalışmaqdan niyə imtina etdi? – detallar üzə çıxdı
Oxunub: 199
Varqas nağılı başa çatır! – belə şey olar?
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə