“Fatih Karagümrük” baş məşqçisi Volkan Dəmirəllə yollarını ayırıb.
"Football-plus.az" xəbər verir ki, bu barədə 40 yaşlı mütəxəssis özü açıqlama yayıb. O, klub rəhbərliyi ilə görüşərək, 2024-cü ilədək olan müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verdiklərini bildirib.
Qeyd edək ki, “Fatih Karagümrük” 2021/22 mövsümündə Super Liqanı 57 xalla 8-ci pillədə başa vurub.