Volkan Demirel "Hatayspor"da

21.09.2022 16:33 471
Dünya futbolu
"Hatayspor" baş məşqçi postuna Volkan Demireli gətirib.

"Footbal-plus.az" xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Sabiq qolkiperlə 1+1 illik müqavilə imzalanıb.

Volkan bu vəzifədə bir müddət əvvəl istefa verən Sərkan Özbaltanı əvəzləyib.

"Hatayspor" Super Liqada sonuncu - 19-cu sıradadı.