Pley-off sürprizlərlə başladı

15.05.2026 14:54 81
Dünya futbolu
Mayın 9-10-u aralığında Argentina çempionatının Apertura (açılış) mərhələsində 1/8 final oyunları keçirildi. Pley-offun inanılmaz sürprizlərlə başladığını xüsusi vurğulamalıyıq. Artıq yarımfinalçılar da müəyyənləşib.

Xatırldaq ki, A və B qrupunun hər birində 15 komanda birdövrəli sistemlə mübarizə aparmışdı. A qrupunda ilk 8 yeri tutan La Plata “Estudiantes”i, “Boka Xuniors”, “Veles Sarsfild”, “Talyeres de Kordoba”, “Lanus”, “San Lorenso”, “İndependyente” və “Union” 1/8 finala çıxmışdılar. B qrupunda azarkeşlərini sevindirənlər isə “İndependyente Rivadaviya”, “River Pleyt”, “Arxentinos Xuniors”, “Rosario Sentral”, “Belqrano”, “Ximnasiya” (La Plata), “Atletiko Urakan” və “Rasinq” idi. Qeyd edək ki, 1/8 finalın cütləri komandaların qruplardakı mövqeyinə əsasən müəyyənəşib. Məsələn, A qrupunda 1-ci yeri tutan B qrupunda 8-ci, A qrupunun 2-ci komandası digər qrupun 7-cisi ilə qarşılaşdı. Bu qayda ilə 1/8 final oyunlarında cütlər püşk atılmadan formalaşıb.

Bu mərhələdə favoritlərin yarıdan çoxunun 1/4 finaldan kənarda qalması diqqətdən yayına bilməzdi. A qrupunu uyğun olaraq 1-4-cü yerlərdə başa vuran “Estudiantes”, “Boka Xuniors”, “Veles Sarsfild” və “Talyeres de Kordoba”nın digər qrupda 5-8-ci yerləri tutan komandalara, B qrupunun lideri “İndependyente Rivadaviya”nın isə A qrupunun 8-ci komandası olan “Union”a öz meydanında uduzması 1/8 finalı sürprizlər mərhələsinə çevirdi!

Mayın 12-13-də keçirilən 1/4 final oyunlarından sonra “Belqrano”, “Arxentinos Xuniors”, “Rosario Sentral” və “River Pleyt” növbəti mərhələyə çıxdılar. Mayın 17-nə təyin olunan yarımfinalda “Belqrano” “Arxentinos Xuniors”, “Rosario Sentral” isə “River Pleyt” ilə qarşılaşacaq.

1/8 final
Talyeres de Kordoba – Belqrano 0:1

Metilyi, 48.

Boka Xuniors - Atletiko Urakan 2:3, əlavə vaxtda
M.Ximenes, 87. A.Romero, 116 – Xil, 5. O.Romero, 94-p.; 103-p.

İndependyente Rivadaviya – Union 1:2
Sartori, 70 – Kuelyo, 34. Tarraqona, 49.

Estudiantes LP – Rasinq 0:1
S.Sosa, 89.

Arxentinos Xuniors – Lanus 2:0
F.Alvares, 28. Leskano, 90+6.

Rosario Sentral – İndependyente 3:1
Di Mariya, 45+2. Kantisano, 84. Veron, 90+2 – Avalos, 36.

River Pleyt - San Lorenso 2:2, p. – 4:3
Akuna, 55. Kintero, 120+1 – Ausmendi, 37. F.Lopes, 94.

Veles Sarsfild - Ximnasiya LP 0:1
M.Torres, 13-p.

1/4 final
Belqrano - Union 2:0

A.Sançes, 65. R.Ernandes, 90+6.
Arxentinos Xuniors - Atletiko Urakan 1:0, ə.v.
Molina, 95.

Arxentinos Xuniors - Atletiko Urakan 1:0, ə.v.
Molina, 95.

Rosario Sentral – Rasinq 2:1, ə.v.
Avila, 65. Kopetti, 106 – Saraço, 41.

River Pleyt - Ximnasiya LP 2:0
Driussi, 27. Martines Kuarta, 65.

Ən son xəbərlər və gündəm
birbaşa sənə gəlsin

Saytımız Xəbər gündəmin ən vacib xəbərlərini operativ şəkildə təqdim edir. Yenilikləri qaçırma.

WhatsApp kanalımıza qoşul

Son xəbərləri, video və foto materialları ilk sən gör.

Kanala qoşul