• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Volkan Dəmirəl “Hatayspor”un planlarını açıqladı

Dünya futbolu

1-05-2023, 22:0

Qardaş ölkədəki dəhşətli zəlzələ zamanı həm fəallığı, həm yardımları, həm də ilk gündə canlı yayına qoşularaq göz yaşları axıtması ilə yaddaşlarda iz buraxan “Hatayspor”un baş məşqçisi Volkan Dəmirəl Türkiyə mətbuatına ürəyini açıb.

Xatırladaq ki, zəlzələdən sonra “Hatayspor” və “Qaziantep” bu mövsümlük çıxışını dayandırıb. Sözü verək Volkana:

“Geridə qalan 2,5 ay ərzində məni ən çox çətinə salan şey ”necəsən” sualıdı. Çünki insanlara necə cavab verməli olduğumu bilmirəm. “Yaxşıyam” deyə bilmirəm. “Pisəm” deməkdən isə utanıram. Əslində mətbuatdan mümkün qədər uzaq durmağa çalışıram. Çox danışmaq, göz önündə olmaq istəmirəm. İnsanların hansı acılar çəkdiyini, nələr hiss etdiyini bilirəm. Mən də onlarla birlikdə bu acıları çəkdim və çəkməyə də davam edirəm. Nə qədər çətin olsa da, həmin bölgələrdə həyat davam edir. Mən də həyatın davam etməsinə yardım göstərmək üçün tez-tez həmin bölgələrə gedirəm. Həftədə ən azı iki dəfə Hataya yollanıram. Yerli əhalinin ehtiyaclarının ödənməsinə dəstək verirəm. Burdakı insanlar sanki bizi gördükdə simaları dəyişir. Xoşbəxt olurlar. Onlar üçün kiçik bir ümid mənbəyi olmağa çalışıram və hamı ilə birlikdə əlimdən gələni edirəm. Qızlarım Hataya gəlməyimi istəmir. Amma hər dəfə bura gələndə onlara başqa yerə getdiyimi deyərək evdən çıxıram. Yeni mövsümün planlarını indidən qurmağa başlamışıq. Ev oyunlarımızı iki şəhərdən birində - ya Mersində, ya da Akhisarda keçirəcəyik. Meydan məsələsini həll edə bilsək, “Hatayspor”u yavaş-yavaş ayağa qaldıracağıq. İlk gündən bəri idman nazirimiz, federasiya prezidenti bizə dəstəyini nümayiş etdirdi. Eləcə də “Akhisarspor”un prezidentinə və Mersinin bələdiyyə sədrinə təşəkkür edirəm. Onların dəstəyi məni çox sevindirdi. Biz daha çox Mersində oynamaqda maraqlıyıq. Çünki zəlzələdən sonra 400 minə yaxın hataylı Mersinə köçdü. Həm orda hataylıların çoxluğu, həm də Mersinlə Hatay arasında cəmi 2,5 saatlıq məsafənin olması üzündən o şəhərdə oynamaq istəyirik. Amma “Akhisarspor” rəhbərliyi də sağ olsun, bizə stadionlarının qapısını açıblar. Heç kim narahat olmasın. Bu qədər sevgi və dəstəyin qarşılığında “Hatayspor”un ayağa qalxmaması mümkün deyil. Bu klub mütləq yaşayacaq və fanatlarını sevindirməkdə davam edəcək. Təkliflər aldımmı? Əlbəttə. Bu dönəmdə bir çox yerdən zəng vuranlar, maraqlananlar oldu. Amma “Hatayspor”u buraxmaq istəmədim. Özümə qarşı belə sevginin olduğu bir yeri yarımçıq qoyub ayrılmaq istəmədim. Ümid edirəm ki, heç olmasa, bu zəlzələdən sonra hamımız bu bayrağın altında birləşəcəyik. Hamımız birik. Bir-birimizi üzmədən, incitmədən, yanbayan əyləşərək oyunları izləməyi bacarmalıyıq. İnsanlar məhz bu mənzərəni görmək istəyir. Futbol ictimaiyyətindən yeganə tələbim məhz budu”.

Paylaş:
Digər xəbərlər

Dünya futbolu

21-09-2022, 16:0

Volkan Demirel "Hatayspor"da

Dünya futbolu

14-12-2022, 15:0

Volkan Dəmirəlin ən böyük arzusu yığmanı çalışdırmaqdı

Dünya futbolu

16-03-2023, 21:0

“Hatay bundan sonra hər birimizin şəxsi məsələsi oldu”

Dünya futbolu

8-06-2022, 20:0

“Kayserispor”un yeni məşqçisi bəlli oldu

Dünya futbolu

24-02-2023, 17:0

Çıxışını dayandıran klubların sayı 10-a çatdı!

Dünya futbolu

27-05-2022, 15:0

Volkan Dəmirəl istefa verdi

Aktual
Sərfəli təklif aldılar, klubu elitada saxlayan futbolçunu satdılar
Mümkünsüz arzularla alovların arasından üzmək... – Dambrauskas şeir dedi
“Çempionat bitəndən sonra rəhbərliklə aramızda fikir ayrılığı yarandı” - Rahid Əmirquliyev
“Payde” Sumqayıtda yalqız qalacaq!
"Qarabağ"ın oyununda bizi narahat edə biləcək çox məqam var"- ÇSKA-nın baş məşqçisi
“Bu səbəbdən ona oyunlarda şans vermirəm” – Abbas Hüseynovun taleyi bəlli oldu
Son xəbərlər
  • Bu gün, 19:24
    Klubu ilə yenidən anlaşdı
  • Bu gün, 18:53
    Sərfəli təklif aldılar, klubu elitada saxlayan futbolçunu satdılar
  • Bu gün, 18:22
    Almaniyalı əfsanə Musialaya xəbərdarlıq etdi
  • Bu gün, 17:51
    ÇSKA-da taktiki sxem və heyət dəyişikliyi – fərqli oyun, yoxsa tələ?
  • Bu gün, 17:20
    “Araz-Naxçıvan” azarkeşlərdən bir qədər də uzaqlaşdı – klub problemi necə həll edəcək?
  • Bu gün, 16:59
    Mümkünsüz arzularla alovların arasından üzmək... – Dambrauskas şeir dedi
  • Bu gün, 16:28
    “Çempionat bitəndən sonra rəhbərliklə aramızda fikir ayrılığı yarandı” - Rahid Əmirquliyev
  • Bu gün, 15:57
    “Artıq milli komandanın baş məşqçi vəzifəsinə namizəd deyiləm” - Pirlonun “skuadra adzurra”ya təyinatı niyə rəsmiləşmədi?
  • Bu gün, 15:36
    “Bəzi suallara istədiyim cavabı verə bilməyəcəm” – Rəşad Sadıqov
  • Bu gün, 15:15
    “Payde” Sumqayıtda yalqız qalacaq!
  • Bu gün, 14:54
    “Karvan-Yevlax”dan növbəti transfer
  • Bu gün, 14:23
    "Qarabağ"ın oyununda bizi narahat edə biləcək çox məqam var"- ÇSKA-nın baş məşqçisi
  • Bu gün, 13:52
    “Bu səbəbdən ona oyunlarda şans vermirəm” – Abbas Hüseynovun taleyi bəlli oldu
  • Bu gün, 13:31
    ''Qalatasaray'' istəyir, ''Ayntraxt'' buraxmır
  • Bu gün, 13:00
    “İmarət Avropa” "Qarabağ"ı tək qoymayacaq
  • Bu gün, 12:39
    “İtaliyada insanları nəticədən başqa heç nə maraqlandırmır” - Fonseka “Milan”da işlədiyi dönəm haqda nələr dedi?
  • Bu gün, 12:18
    "Hər şey yaxşıdı, amma davam etmək lazımdı" - Aleksey İsayev
  • Bu gün, 11:57
    Azərbaycan klubu ilə anlaşdı, Bolqarıstana qaçdı
  • Bu gün, 11:36
    ''Qalatasaray''ın sabiq üzvündən şok sözlər - ''Bunları çox az insan görmək istəyər''
  • Bu gün, 11:15
    "Kəpəz" Qətər klubuna qarşı
  • Bu gün, 10:54
    Millimiz Çexiya ilə üz-üzə gələcək
  • Bu gün, 10:33
    “Sabahın Ulduzları” turnirinin püşkü atıldı
  • Bu gün, 10:13
    Qurban Qurbanovdan Sofiya səfəri ilə bağlı gözlənilməz qərar – o, qələbənin açarını tapıb?
  • Bu gün, 09:52
    İki güləşçimiz dünya çempionatının finalında
  • Bu gün, 09:31
    "Çox keyfiyyətli və yaxşı məşqçi tərəfindən hazırlanan komandaya uduzduq" - KuPS-un baş məşqçisi
  • Bu gün, 09:00
    Türkiyə klubu 900 minə aldığı oyunçunu 15 milyona satdı!
  • Dünən, 23:27
    İngiltərədə klubunu dəyişəcək
  • Dünən, 23:00
    “Sabah” və Mikels 10-a çatdı
  • Dünən, 22:06
    “Milan”ı tərk etməyəcək
  • Dünən, 21:55
    "Belə nəticə əldə etməyimizlə qürur duyuram" - Valdas Dambrauskas
  • Dünən, 21:24
    ÇSKA-nın stadionunda 72 saatda üç oyun keçiriləcək – ot örtüyü “Qarabağ”a problem yarada bilər!
  • Dünən, 21:10
    "İmişli" yoxlama oyunu keçirdi
  • Dünən, 20:52
    "Sabah" tarixində ilk dəfə avrokubokların liqa mərhələsində! - YENİLƏNİB
  • Dünən, 20:10
    İngiltərə klubunu tərk etdi
  • Dünən, 19:42
    “Sabah” Maludanı 3 milyon avroya satdı!
Daha çox
Oxunub: 224
Qurban Qurbanovdan Sofiya səfəri ilə bağlı gözlənilməz qərar – o, qələbənin açarını tapıb?
Oxunub: 212
“İmişli”nin taleyi bəlli oldu – Arazın bu tayından Kürün o tayına
Oxunub: 163
Mahir Polşada bəxtsizlikdə üzləşdi - ilk tur matçında nə baş verdi?
Oxunub: 150
ÇSKA-nın stadionunda 72 saatda üç oyun keçiriləcək – ot örtüyü “Qarabağ”a problem yarada bilər!
Oxunub: 142
“Bu səbəbdən ona oyunlarda şans vermirəm” – Abbas Hüseynovun taleyi bəlli oldu
Oxunub: 123
“Neftçi” bazar deyil, “Neftçi” xalqdı” - fanklub rəhbərindən sərt açıqlama
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə