“Qarabağ” “qum saatı”nı qurdu - yenə nə olub?

15.05.2026 23:07 157
Aktual
“Qarabağ” ötən gün sosial şəbəkə hesablarındakı maraqlı paylaşımla hər kəsi təəccübləndirdi. Belə ki, “qum saatı” işə düşüb, yanında da “tezliklə…” mesajı var.

Görəsən, klub ətrafında hansı maraqlı hadisə yaşanacaq, yenə nə olub?

Bir neçə variant var. Jali Muaddib “Omoniya”dan transfer oluna bilər. Qurban Qurbanov iki həftə əvvəl Juninyo gəlmək istəsə, qapılarını açacağını demişdi. Mahir Emreli də ola bilər. Niyə də yox?! Hələ ki konktet məlumat yoxdu. Amma hər şey ola bilər.

“Qarabağ” növbəti mövsüm “Sabah” və “Neftçi” kimi komandalarla çempionluq yarışında olacaq. Heyət başdan-ayağa dəyişməlidi. Ağdam klubu da yəqin bunun fərqindədi.

MÜZƏFFƏR QULUZADƏ

Ən son xəbərlər və gündəm
birbaşa sənə gəlsin

Saytımız Xəbər gündəmin ən vacib xəbərlərini operativ şəkildə təqdim edir. Yenilikləri qaçırma.

WhatsApp kanalımıza qoşul

Son xəbərləri, video və foto materialları ilk sən gör.

Kanala qoşul