• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Atsu zəlzələdən əvvəl Türkiyəni tərk etməliymiş!

Aktual

18-02-2023, 11:0

Dəhşətli zəlzələdən sonra superliqadan çəkilmək qərarına gələn “Hatayspor”un baş meneceri Fatih İlək dağıntılar altında qaldığı güman edilən və hələ də haqqında heç bir məlumat olmayan məşhur qanalı futbolçu Kristian Atsu barədə “Radyospor”a diqqətçəkən açıqlamalar verib.

Atsu ilə yanaşı, klubun idman direktoru Tanər Savut da hələ də dağıntılar altındadı. Fatih İləki dinləyək: “Bizim qaldığımız otel də tamə dağıldı. Amma biz ordan sağ-salamat çıxdıq. 3 nəfər idik. Dağıntılar altından çıxandan sonra bazaya getdik. Volkan Dəmirəl futbolçuları sakitləşdirməyə çalışırdı. Sonra o, idman direktoru Tanər Savuta zəng vurdu. Sanki bir ara səsini eşitdik və sonra əlaqə kəsildi. Bu, bizə az da olsa, ümid vermişdi. O anları qorxulu bir yuxu kimi xatırlayıram. Digər yönətici Mehmet Güzəl dağılan binada xilasetmə işlərinin tez başlaması üçün əlindən gələni etdi. Amma işlər yalnız çərşənbə günü başladı.

Başqanımız Lütfü Savaşın da qohumları arasında dünyasını dəyişənlər çoxdu. Buna baxmayaraq, insanlar onun barəsində ağır və aşağılayıcı sözlər yazırlar. Başqanın burda heç bir günahı yoxdu. Tanər Savut hər kəs tərəfindən sevilən bir insan idi. Çox xahiş edirəm, Savutla Atsunun ailəsini üzəcək paylaşımlar edilməsin. Zəlzələdən bir həftə əvvəl “Qaziantep”lə səfərdə qarşılaşdıq.

Bütün oyunu ehtiyatda keçirən Atsu o matçdan öncə Volkan Dəmirələ yaxınlaşaraq daha çox oynamaq istədiyini demişdi. Ona görə də özünə uyğun klub tapacağı təqdirdə ayrılacağını söyləmişdi. Məşqçimiz onun istəyini anlayışla qarşılayaraq etiraz etməmişdi. “Kasımpaşa” ilə ev oyununda Dəmirəl ona start heyətində şans verdi. Atsunun oyundan sonra bileti var idi və Türkiyəni tərk etməliydi. Son qarşılaşmada əla performans sərgilədi və son saniyələrdə qələbə qolumuzu vurdu. Həmin qələbədən sonra paltardəyişmə otağında çox gözəl ab-hava var idi. Volkan Dəmirəl hamının içində Atsunu qucaqlayaraq onu xüsusi təbrik etdi. Bu anlar gözümün önündən getmir və onları həmişə xatırlayacam. Çünki Atsunun taleyini həll edən məqam məhz o zaman yaşandı.

Təsəvvür edin ki, təyyarə bileti əlində olsa da, yaxşı oynadığı və qol vurduğu üçün son anda ayrılmaqdan vaz keçdi! Yaşadığı böyük coşqudan sonra “ayrılmaq istəmirəm, burda qalacam” dedi. Bəlkə də həyatının ən xoşbəxt anlarından birində zəlzələyə yaxalandı. Onun təyyarəsi bazar günü saat 23.00-da uçmalıydı. Əvvəlcə İstanbula, ordan da Fransaya gedəcəkdi. Çox böyük və sözlə ifadə edilməyəcək bir faciədi”.
Atsunun yaxınları – qardaşı və meneceri isə hələ də Türkiyədədi. Onlar hər gün səhər arxası üstə aşmış “Renessans Rezidens”in qarşısına gələrək möcüzə yaşanması üçün dua edirlər. Həmin binada artıq 4-cü gündü axtarış əməliyyatları davam etdirilir. Atsunun qaldığı və ona yaxın olan evlər ələk-vələk edilsə də, heç bir xəbər yoxdu.

Yaxınları xəstəxanalara Atsunun şəkillərini göndərmək istəyir. Qardaşı Tvasam inanır ki, Atsu xilas edilib və hansısa xəstəxanada koma vəziyyətindədi.

Paylaş:
Digər xəbərlər

Aktual

18-02-2023, 11:0

Atsunun cəsədi tapıldı

Dünya futbolu

10-02-2023, 11:0

“Hatayspor”un futbolçusu zəlzələdə həlak olub

Maraqlı

7-02-2023, 13:0

''Hatayspor''un üzvü tapılsa da, ''Yeni Malatyaspor''un qapıçısı…

Dünya futbolu

12-02-2023, 21:0

TFF-dən mövsümün bərpası ilə bağlı yeni qərar - TƏHLİL

Dünya futbolu

10-02-2023, 12:0

Zəlzələnin futbola təsiri - TƏHLİL

Aktual

10-02-2023, 13:0

Futbolumuzun türkləri Azərbaycana təşəkkür etdi

Aktual
DÇ-2026-ya yollanacaq futbolçu "Qarabağ"da!
“Yeni baş məşqçimiz yaxın günlərdə açıqlanacaq” - “Şəfa”dan cavab
Ramil Şeydayevin növbəti dayanacağı hara olacaq?
AFFA “Turan Tovuz”a məsləhət verdi – “CAS-a şikayət edin”
"Turan Tovuz" məhkəmədən qalib ayrılacaq" - "Ultras Turan"ın rəhbəri günahkarlara səsləndi
“Bu səbəbdən mən yollarımızı ayırmağa qərar verdim” – qarşılıqlı razılıq olmayıb?
Son xəbərlər
  • Bu gün, 18:47
    DÇ-2026-ya yollanacaq futbolçu "Qarabağ"da!
  • Bu gün, 18:20
    Tellur daha iki il "Sabah"da
  • Bu gün, 17:50
    "Karvan-Yevlax" Mateusla vidalaşdı
  • Bu gün, 17:29
    Messi ilə birgə oynayacaq
  • Bu gün, 16:58
    Mövsümün ən yaxşı futbolçusu seçildi
  • Bu gün, 16:27
    "Qəbələ" Murad Musayevlə vidalaşdı
  • Bu gün, 15:56
    “Şəfa” Avropa Futbol Klubları təşkilatına üzv oldu
  • Bu gün, 15:26
    "Sabah" Amin Seydiyevlə yollarını ayırdı
  • Bu gün, 14:55
    ''Beşiktaş'' italiyalı məşqçi ilə anlaşa bilər
  • Bu gün, 14:24
    ''Trabzonspor'' Onananın daha bir il qalmasını istəyir
  • Bu gün, 13:53
    Karrikin aqibəti müəyyənləşdi
  • Bu gün, 13:22
    Sterlinq nəyə görə saxlanılıb?
  • Bu gün, 12:51
    "Karvan-Yevlax"dan ayrıldı, İsrail klubuna keçdi
  • Bu gün, 12:20
    Montella bu sistemin Türkiyə üçün ən optimal variant olduğunu düşünür - ''Bunun ən gözəl örnəyi PSJ-di''
  • Bu gün, 11:59
    Belə bölgə futbolu kimə lazımdı?
  • Bu gün, 11:41
    "Şamaxı" da növbəti ayrılıq - Enrike də getdi
  • Bu gün, 11:20
    “Yeni baş məşqçimiz yaxın günlərdə açıqlanacaq” - “Şəfa”dan cavab
  • Bu gün, 10:59
    Millimiz final oyununa çıxır - AÇ
  • Bu gün, 10:28
    ''Qalatasaray''ın Türkiyə yığmasının üzvü üçün təklif etdiyi məbləğ bəlli oldu
  • Bu gün, 09:57
    Addai "Qarabağ"la vidalaşdı
  • Dünən, 23:58
    Keyn ilə Olise Münheni tərk edəcəklər?
  • Dünən, 23:26
    A seriyasında istefa
  • Dünən, 22:56
    "Qarabağ"ın U-14 komandası beynəlxalq turnirdə iştirak edəcək
  • Dünən, 22:35
    "Şahdağ Qusar"ın idman direktoru müəyyənləşdi
  • Dünən, 22:14
    Paytaxt klubunu tərk edəcək
  • Dünən, 21:43
    Ramil Şeydayevin növbəti dayanacağı hara olacaq?
  • Dünən, 21:12
    Yunanıstan karyerası 7 ay çəkdi
  • Dünən, 20:41
    AFFA-dan "Turan Tovuz"la bağlı növbəti açıqlama
  • Dünən, 20:10
    Madridi tərk edəcək
  • Dünən, 19:40
    Romadan Berqamoya üz tutacaq
  • Dünən, 19:09
    İspaniya klubunda istefa
  • Dünən, 18:31
    UEFA "Turan Tovuz"la bağlı qərarı təsdiqlədi - detallar
  • Dünən, 18:00
    Milli komandada yeni müqavilə
  • Dünən, 17:30
    AFFA “Turan Tovuz”a məsləhət verdi – “CAS-a şikayət edin”
  • Dünən, 16:44
    Premyer-liqada hamını arxada qoydu
Daha çox
Oxunub: 408
Qurban Qurbanov Addainin əl-qolunu bağlamasaydı...
Oxunub: 211
“Sxadadzenin müqaviləsinə xitam verilməsi gözlənilmir” – Səbuhi Səfiyarlı
Oxunub: 202
Nəsimi Paşayev: "Yazılanların hamısı dezinformasiyadı" - "Turan Tovuz" avrokuboklara buraxılacaq?
Oxunub: 191
“Baş məşqçi vətənindədi, nə vaxt qayıdacağını bilmirəm” – “Neftçi” nə edir?
Oxunub: 169
“Əlbəttə, bu qərar bizi məyus etdi” – Tovuzdan reaksiya
Oxunub: 164
"Araz-Naxçıvan"ın yeni baş məşqçisi Cavid Hüseynovdu? - özü danışdı!
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə