PSJ rəhbərliyi artıq böyük ölçüdə Lionel Messinin komandadan ayrılacağı ilə barışıb.
“Football-plus.az” xəbər verir ki, bu halda onu əvəzləyə biləcək oyunçu ilə bağlı qərar da verilib. Fransa mənbələrinin xəbərinə görə, “Tottenhem”in hücumçusu Harri Keyn növbəti mövsümdən PSJ-də çıxış edə bilər. Paris klubunun ingilis futbolçu üçün 100 milyon avro ödəməyə hazır olduğu vurğulanıb.
Qeyd edək ki, Messinin PSJ ilə müqaviləsinin müddəti yayda başa çatacaq. Onun klubdan ayrılmaq ehtimalı çoxdu.