• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Diksi Dini və onun 63 qollu mövsümünü xatırlayaq - YAZI

Dünya futbolu / Yazarlar

8-05-2023, 21:0

Erlinq Holannın cəmi 22 yaşı olsa da, adı yavaş-yavaş ''rekord'' sözünün sinoniminə çevrilir.

İngiltərə çempionatı kimi çətin turnirdə ilk mövsümdəcə ağlasığmaz məhsuldarlıq sərgiləyən “Mançester Siti”nin “9 nömrə”si ən son ''Vest Hem''lə görüşdə fərqlənərək premyer-liqada 35-ci qolunu vurdu. Turnir premyer-liqa adı ilə keçirildiyi 1992-dən bəri heç kim bir mövsümə 35 qol vurmamışdı! Ümumilikdə o, ''Siti''nin heyətində 45-ci rəsmi oyunda 51-ci qolunu vurdu. Bu qollardan 35-i premyer-liqaya, 12-si ÇL-ə, 3-ü ölkə və 1-i Liqa kubokuna təsadüf edib. XIX əsrin sonlarından bu yana bütün İngiltərə futbolunu ələk-vələk etsək, görərik ki, bir mövsümə elitada oynayan bir futbolçunun bütün turnirlərdə 51 qoldan çox vurması faktına yalnız bir dəfə rast gəlinib! Bunu uzaq 1927/28-də ''Everton''un heyətində 60-ı çempionat çərçivəsində olmaqla 63 qol vuran Diksi Din bacarıb. İngiltərə futbolunun ilk superulduzunun həyatı və onun həmin mövsümdəki performansı ilə yaxından tanış olmaq üçün bundan münasib vaxt ola bilməz...

21 yaşda komandasını az qala təkbaşına çempion etdi
Bəribaşdan deyək ki, Diksi Dinin 1927-ci ildə 21 yaşı var idi və o, Holanndan da cavan idi. Onların hər ikisinin ''uçduqları'' mövsümdəki performanslarında bənzərlik diqqət çəkir. Məsələn, ilk 9 turda Din 17, Holann 15 qol vurdu. Hər ikisi “Yunayted”in başına oyun açdı (Din penta-trik, Holann het-trik etdi). Və nəhayət, hər ikisi 10-cu turda ''Liverpul''un qapısına yol tapa bilmədi. ''Skay Sports''un hesablamasına görə Holann ilk 10 turdakı tempini davam etdirsəydi, mövsümü 67-72 qolla tamamlayardı. Bəlkə də o, nəticə əldə olunduqdan sonra Qvardiola tərəfindən əvəzlənməsəydi (2 oyunda hətta fasilədə əvəzlənib) bu qədər qol həddinə çata bilərdi. Amma Diksi Dinin də öz çətinliyi var idi. O dönəmdə yığma fasiləsi anlayışı yox idi. Yığmalar oynaya-oynaya çempionatlar davam edirdi! Din o mövsümdə İngiltərənin düşərgəsində olduğundan çempionatdakı 42 oyundan 3-nü buraxmalı olmuşdu. Özü də həmin 3 oyundan birində ''Everton'' ''Vest Hem''i 7:0 hesabıyla darmadağın etmişdi. Indi gör, Din heyətdə olsaydı, nə qədər qol vurardı...

Amma onun meydanda olduğu 39 qarşılaşma da mersisaydlıları çempionluğa daşımaq üçün kifayət etdi. Din komandasının həmin mövsüm çempionatda vurduğu 102 qoldan 60-nın, yəni təkbaşına 59 faizinin müəllifi oldu! Özü də biz hələ onun məhsuldar ötürmələrinin sayını bilmirik. Çünki həmin vaxt belə statistika aparılmırdı. Amma deyilənə görə, onun həlledici ötürməni vermək bacarığı da var idi. Cari mövsümlə daha bir maraqlı paralel ondan ibarətdi ki, ''Everton'' da ''Siti'' kimi demək olar ki, bütün “futbol ili”ni ikinci pillədə keçirmişdi. 1927/28-də builki ''Arsenal''ın rolunda ''Haddersfild'' çıxış edirdi. Bu klub sonda təzyiqin öhdəsindən gələ bilmədi və ''Everton'' 2 xal fərqi ilə çempion oldu. Diksinin qolları ''xüsusi amansızlıqla'', yəni ''torba-torba'' vurmaq üçün daha bir mühüm motivasiyası var idi. Bir il öncə 2-ci divizionda Corc Kemsell ''Midlsbro''nun heyətində 59 qol vurmuşdu. Din, təbii ki, bu göstəricini geridə qoymaq və İngiltərə futbol tarixinin ən yaxşı bombardiri olmaq istəyirdi. Sona 3 tur qalmış onu yeni rekorddan 9 qol ayırırdı və İngiltərə futbol ictimaiyyəti məhz bunu müzakirə edirdi. ''Aston Villa''ya 2, ''Bernli''yə 4 qol vuran Diksini son turda rekorddan 3 qol ayırırdı. Özü də ''Everton'' artıq çempionluğu təmin etmişdi. Ona görə də ''Arsenal'' ilə oyun ərəfəsində hamını yalnız bir şey, yeni rekord maraqlandırırdı. İlk 10 dəqiqədə o, əvvəlcə başla fərqləndi, sonra da özü qazandığı penaltini qola çevirərək dublunu rəsmiləşdirdi. Rəsmi mənbələrə inansaq, bu, Diksinin həmin mövsümdə vurduğu ilk və yeganə penalti oldu! Fanatlarını uzun müddət intizarda saxlayan forvard sona 8 dəqiqə qalmış het-trikini rəsmiləşdirərək mövsümdə 60-cı qolunu vurdu!

O illərdə futbolda qüvvələr nisbətinin bir qədər fərqli olduğunu da xatırladaq. Məsələn, ''Arsenal'' mövsümü 10-cu, ''Liverpul'' 16-cı, ''Yunayted'' 18-ci bitirmişdisə, ''Tottenhem'' elitanı tərk etmişdi. ''Siti'' ilə ''Çelsi'' isə ikinci divizionda idi. Bu üzdən Diksinin ''Arsenal'' ilə ''Liverpul''a 3, ''Yunayted''ə 4 qol vurması təəccüb doğurmamalıdı. Maraq üçün bildirək ki, 1927/28-də bombardirlər yarışında Dinin ən yaxın rəqibi ondan 25 qol az vurmuşdu. Qəhrəmanımız həmin mövsüm daha 3 qolu ölkə kubokunda vuraraq indiyə qədər də qırılmayan 63 qolluq bir rekord müəyyənləşdirdi.

İngiltərə çempionatının ən məhsuldar 3-cü oyunçusu
Bu tarixi performansdan sonra Din İngiltərənin əsas ulduzuna çevrildi. Amma həmin illərdə futbolda o qədər qeyri-sabitlik hökm sürürdü ki, cəmi 2 il sonra ''Everton'' sonuncu pilləni tutaraq “aşağı” yuvarlandı! Çoxsaylı təkliflərə baxmayaraq, Din heç yerə getmədi. Aşağı liqada 39 qolla bombardir olaraq ilk cəhddən ''Everton''u elitaya qaytardı. Hələ bu harasıdı?! Mersisaydlılar qayıdandan dərhal sonra, yəni 1931/32-də yenə çempion oldular. Diksi isə daha bir kosmik səviyyədə mövsüm keçirərək çempionatda 44 qol vurdu! Bu, indiyə qədər də İngiltərənin elitasında ən yaxşı 3-cü nəticə sayılır. Yəni bu göstəricidə 1-ci və 3-cü pillədə Din qərarlaşıb. 2-ci pillə isə 1930/31-də ''Aston Villa''nın heyətində 49 qol vuran Tom Uorinqə məxsusdu.''Liverpul'' tarixinə adını qızıl hərflərlə yazdırmış Bill Şenkli Dini digər futbolçularla müqayisə etməkdən imtina edərək onu futbol 'çərçivə'sindən də kənara çıxarırdı: ''Diksi əfsanəvi mərkəz hücumçusudu. Onun məhsuldarlıq rekordu bu həyatda gördüyüm ən inanılmaz şeylərdən biridi. Mənim üçün Din Bethoven, Şekspir və Rembrandtla eyni səviyyədədi''.

İngiltərə çempionatı tarixinin ən məhsuldar 5 oyunçusu
1 2 3 4
1. Cimmi Qrivz (1957-72) 357 516 0,69
2. Stiv Blumer (1892-1914) 314 535 0,59
3. Diksi Din (1924-38) 310 362 0,86
4. Qordon Hocson (1925-40) 288 455 0,63
5. Alan Şirer (1988-2006) 283 559 0,51
1 – futboçu (oynadığı illər), 2 – qol, 3 – oyun, 4 – orta hesabla hər oyuna vurduğu qol.

Din həqiqətən də bütün dövrlərin ən yaxşı hücumçularından biridi. O, İngiltərə çempionatında ümumilikdə 362 oyuna 310 qol vurub. Siyahıdan da göründüyü kimi, bu göstəricidə yalnız iki futbolçudan geri qalır. Onu 2-ci pillədəki Stiv Blumerdən cəmi 4, 1-ci pillədəki Cimmi Qrivzdən 47 qol ayırır. Amma orta hesabla hər oyuna vurulan qol sayına görə Din Blumerdən də, Qrivzdən də çox öndədi. Düzdü, fərqli dönəmlərdə oynamış futbolçuların göstəricilərini müqayisə etmək həmişə çətin və mübahisəli məsələdi. Sadəcə, maraq üçün deyək ki, bu siyahıda bizim dövrün ulduzlarınndan Ueyn Runi (208 qol, hər oyuna 0,42 qol) 22-ci, Harri Keyn (207, 0,66) 23-cü, Serxio Aquero (184, 0,67) 40-cı, Tyerri Anri (175, 0,68) 46-cı pillədə qərarlaşıb! İngiltərənin elitasında het-trik baxımından da rekord Dinə məxsusdu. Qəhrəmanımız bu turnirdə 30, karyerası ərzində isə 37 het-trik edib.

“9 nömrə”nin banisi
İngiltərə yığmasında da Diksinin əla göstəriciləri var: 16 oyuna 18 qol. Özü də o, ilk 5 oyuna 12 qol sığdırmışdı və həmin vaxt cəmi 20 yaşı var idi. Amma Dinin yığma karyerası faktiki 22 yaşında başa çatdı. Birincisi, Britaniya yığmalarının FİFA ilə yaşadığı problem və qurumun tərkibindən çıxması üzündən ingilislər elə də çox oyun keçirmirdilər. Yalnız Britaniya komandaları arasındakı turnirlər və ara-sıra keçirilən yoldaşlıq oyunları qalırdı. İkincisi, forvard artıq yığmaya dəvət almırdı. Bunun səbəbi indiyə qədər də dəqiq bəlli deyil. Ya Dinin bəzi açıqlamaları yerli assosiasiyanın xoşuna gəlməmişdi, ya da gülməli səslənən səbəb var idi. Məsələn, Din karyerasını bitirdikdən sonra verdiyi müsahibədə etiraf etmişdi ki, bir dəfə komanda ilə birlikdə sulu yemək yeməkdən imtina etdiyi üçün onun adı Parisdə Fransaya qarşı keçirilən yoldaşlıq oyununda heyətə salınmayıb. O, yığmada son oyununu 25 yaşında keçirdi. Amma klub futbolunda Diksiyə heç kim və heç nə mane ola bilmirdi. Məhz onun performansından sonra ''9 nömrə'' dünyada qolları sıralayan mərkəz hücumçusu ilə yanaşı hallanmağa başladı. Məlum səbəblər üzündən qəhrəmanımızın qollarının videosu yoxdu və ya günümüzə qədər gəlib çıxmayıb. Amma məsələn, 1933-də İngiltərə kubokunun finalında ''Everton''un ''Siti''ni 3:0 hesabı ilə darmadağın etdiyi qarşılaşmada Dinin başla vurduğu ikinci qolun videosunu ''yutub''da tapmaq mümkündü. Həmin oyunda kubokun tarixində ilk dəfə futbolçular meydana üzərlərində nömrə olan forma ilə çıxmışdılar. 9 nömrə məhz Dində idi. ''Dumanlı albion''da futbolu faktiki yeni səviyyəyə qaldırdığına görə sonrakı illərdə İngiltərədə perspektivli gənclərə və ya bahalı qiymətə alınan hər forvarda ''Diksinin davamçısı'' və ya ''yeni Diksi'' gözü ilə baxılırdı.

Həyatı erkən bitə bilərdi
Ümumiyyətlə, Dinin həyatı sanki inanılmaz ssenarili bir filmdi. Onun əsl adı Diksi yox, Uilyam idi. ''Diksi'' ləqəbi deyilənə görə, ona saç tərzi və dərisinin rənginin qaramtıl olması üzündən verilib. ''Diksi'' ABŞ-ın cənubundakı ştatların ümumiləşdirlmiş adıdı. Qəhrəmanımız bu adı bəyənməsə də, tarixdə məhz bu adla qaldı. Din karyerasını doğulduğu Berkenhed qəsəbəsinin komandası olan ''Tranmer Rovers''də başlayıb. 1924-də dubl etdiyi ''Oltringem''lə oyundan sonra rəqib müdafiəçilərdən biri - Devi Parks Dinə yaxınlaşaraq onun həssas bölgəsinə ayağı ilə zərbə endirmişdi. Gənc oyunçu əməliyyat olunaraq xayasının birini itirmiş və az qala karyerasını bitirmək məcburiyyətində qalmışdı. 17 ildən sonra Din bir məkanda həmin şəxsi tanıyaraq qisas almaq üçün onun sifətinə güclü zərbə endirdi. Amma hadisəni araşdıran tarixçilərin iddiasına görə, Din tam başqa şəxsə hücum edibmiş!

18 yaşında ''Tranmer Rovers''də 30 oyuna 27 qol vurduqdan sonra bir sıra klublar ona maraq göstərsə də, əslən mersisaydlı olan Din yalnız ''Everton'' keçmək arzusunda idi. Atası da onu 8 yaşından başlayaraq bir neçə dəfə “Everton”un ev oyunlarına aparmışdı. 1925-də bu keçid 3 min funt sterlinqə baş tutdu. Bu, İngiltərə futbolunda həm 3-cü divizion oyunçusuna, həm də 18 yaşlı futbolçuya görə ödənilmiş ən yüksək məbləğ idi. Diksi o qədər sevincli idi ki, müqavilə imzalamaq üçün otelə qədər olan 5 km məsafəni qaçaraq qət etmişdi.
1926-nın aprelində onun həyatı faciəvi şəkildə bitə bilərdi. Din öz sevgilisini motosikl ilə evinə yola salarkən yolda qəzaya uğradı. Beyin sümüyündən ciddi xəsarət alan futbolçu 36 saat komada qaldı. Düşünmək olardı ki, futbol bir müddət arxa plana keçəcək. Amma həkimləri və yaxınlarını təəccübləndirən Din artıq oktyabrda yaşıl meydanlara qayıtdı. Həmin mövsümü o, 27 oyun 21 qol göstəriciləri ilə tamamladı. ''Everton'' isə 20-ci pilləni tutaraq mövsümü düşmə zonasından cəmi cəmi 4 xal öndə bitirdi. O vaxt heç kim ağlına da gətirməzdi ki, həm klub, həm də Din üçün tarixi mövsüm çox yaxındı. Məhz həmin dönəmdə belə şayiələr yayılmışdı ki, forvarda onun kəllə sümüyünə taxılan plastik metal yardım edir. Çünki Din başla həqiqətən də fenomenal oynayırdı. Bu şayiə az qala bütün ölkədə yayıldı. Halbuki plastik metal Din meydana qayıtmamış çıxarılmışdı.

Doğma “Qudison Park”da bitən ömür
12 illik ''Everton'' macərasından sonra o, qısa müddət ''Notts Kaunti'' və İrlandiya təmsilçisi ''Slayqo Rovers''də top qovdu. Burda 1 çempionat matçında 5 qol vurmağa macal tapdı ki, bu, indiyə qədər də klubun rekordudu. İrlandiya kubokunun finalına qədər irəliləsə də, məğlubiyyətlə barışmalı oldu. Qazandığı gümüş medalı isə həmin gecə qaldığı oteldə oğurladılar. Maraqlıdı ki, 39 ildən sonra ''Slayqo Rovers'' kubokun finalına yüksələrkən Din də fəxri qonaq qismində dəvət olunmuşdu. Həmin vaxt klub rəsmiləri ona sürpriz edərək itirilmiş medalı tapıb qaytardılar. O dönəmin indikindən nə dərəcədə fərqləndiyini çox gözəl göstərən daha bir məqam var. Diksi Din populyarlığının zirvə nöqtəsində ''Wix'' adlı siqareti reklam edirdi. Reklamda Din ingiltərəli gənc oyunçulara özlərini gümrah hiss etmələri üçün bu siqareti çəkməyi məsləhət görürdü. Hətta ''bu siqaretlər mənə qolları sıralamağa mane olmur və dadı çox gözəldi'' deyərək özünü misal gətirirdi.
O illərdə futbolçular üçün karyeralarını bitirdikdən sonra iş tapmaq, normal həyat qurmaq çətin idi. Hətta Din kimi superulduz üçün də. Futbolla vidalaşdıqdan sonra o, Çesterdə kiçik bir restoran işlətdi və bir müddət bukmeker kontorunda çalışdı. Dinin həyatının son illəri çox çətin keçdi. Çünki səhhəti ilə bağlı problemləri var idi. 1976-da sağ ayağı amputasiya olunduqdan sonra o, demək olar ictimaiyyət içinə çıxmırdı. 4 ildən sonra fəxri qonaq qismində Mersisayd derbisinə dəvət olundu. Oyundan öncə Din yaxın dostu, ''Liverpul''un baş məşqçisi Bill Şenkli ilə görüşərək yemək yedi. Oyunun gedişində isə ürəktutmasından dünyasını dəyişdi. Tanrının işinə bax ki, ''Everton'' tarixinin ən yaxşı oyunçusu həyatla məhz elə ''Qudison Park''da vidalaşdı. Stadionun qarşısında indiyə qədər də Dinin abidəsi yer alır. Yazını Dinin öz sitatı ilə tamamlayırıq:

“İnsanlar məndən tez-tez rekordumun nə vaxtsa qırılıb-qırılmayacağını soruşurlar. Bunu yalnız bir nəfər edə biləcək. Amma həmin şəxs suyun üzərində gəzməyi də bacaracaq”.


ƏLİ RAUFOĞLU

Paylaş:
Digər xəbərlər

Dünya futbolu

9-04-2023, 19:0

Holann və De Bruynedən yeni rekord

Dünya futbolu

27-02-2023, 11:0

“Mançester Yunayted” İngiltərə Liqa Kubokunun qalibi oldu

Dünya futbolu

16-04-2023, 13:0

Holann ''Çelsi''dən daha çox qol vurub!

Dünya futbolu

3-04-2022, 15:0

İlkay Gündoğan Məsut Özili geridə qoydu

Dünya futbolu

31-07-2022, 11:0

Acunun komandası mövsümə necə başladı?

Aktual
"Burda əsl ailə ab-havası hökm sürür" - Emil Balayev
DÇ-2026-ya yollanacaq futbolçu "Qarabağ"da!
“Yeni baş məşqçimiz yaxın günlərdə açıqlanacaq” - “Şəfa”dan cavab
Ramil Şeydayevin növbəti dayanacağı hara olacaq?
AFFA “Turan Tovuz”a məsləhət verdi – “CAS-a şikayət edin”
"Turan Tovuz" məhkəmədən qalib ayrılacaq" - "Ultras Turan"ın rəhbəri günahkarlara səsləndi
Son xəbərlər
  • Dünən, 23:58
    Minifutbol millimiz ikinci dəfə Avropa çempionu oldu!
  • Dünən, 23:30
    "Rəqibin harda boşluqlar verdiyini bilirik" - Siyasət Əsgərov
  • Dünən, 22:58
    Azarkeşlərin tənqidinə məruz qaldı
  • Dünən, 22:28
    "Burda əsl ailə ab-havası hökm sürür" - Emil Balayev
  • Dünən, 21:57
    Onun yolu Madridədi?
  • Dünən, 21:26
    "Hər iki görüşdə qələbə qazanmaq niyyətindəyik" - Ayxan Abbasov
  • Dünən, 20:55
    Milli komandada yeni təyinat
  • Dünən, 20:24
    Yeni kapitan oldu
  • Dünən, 19:53
    Romadan Milana üz tuta bilər
  • Dünən, 19:22
    “Ayın qolu” layihəsində qaliblər açıqlandı
  • Dünən, 18:47
    DÇ-2026-ya yollanacaq futbolçu "Qarabağ"da!
  • Dünən, 18:20
    Tellur daha iki il "Sabah"da
  • Dünən, 17:50
    "Karvan-Yevlax" Mateusla vidalaşdı
  • Dünən, 17:29
    Messi ilə birgə oynayacaq
  • Dünən, 16:58
    Mövsümün ən yaxşı futbolçusu seçildi
  • Dünən, 16:27
    "Qəbələ" Murad Musayevlə vidalaşdı
  • Dünən, 15:56
    “Şəfa” Avropa Futbol Klubları təşkilatına üzv oldu
  • Dünən, 15:26
    "Sabah" Amin Seydiyevlə yollarını ayırdı
  • Dünən, 14:55
    ''Beşiktaş'' italiyalı məşqçi ilə anlaşa bilər
  • Dünən, 14:24
    ''Trabzonspor'' Onananın daha bir il qalmasını istəyir
  • Dünən, 13:53
    Karrikin aqibəti müəyyənləşdi
  • Dünən, 13:22
    Sterlinq nəyə görə saxlanılıb?
  • Dünən, 12:51
    "Karvan-Yevlax"dan ayrıldı, İsrail klubuna keçdi
  • Dünən, 12:20
    Montella bu sistemin Türkiyə üçün ən optimal variant olduğunu düşünür - ''Bunun ən gözəl örnəyi PSJ-di''
  • Dünən, 11:59
    Belə bölgə futbolu kimə lazımdı?
  • Dünən, 11:41
    "Şamaxı" da növbəti ayrılıq - Enrike də getdi
  • Dünən, 11:20
    “Yeni baş məşqçimiz yaxın günlərdə açıqlanacaq” - “Şəfa”dan cavab
  • Dünən, 10:59
    Millimiz final oyununa çıxır - AÇ
  • Dünən, 10:28
    ''Qalatasaray''ın Türkiyə yığmasının üzvü üçün təklif etdiyi məbləğ bəlli oldu
  • Dünən, 09:57
    Addai "Qarabağ"la vidalaşdı
  • 3-06-2026, 23:0
    Keyn ilə Olise Münheni tərk edəcəklər?
  • 3-06-2026, 23:0
    A seriyasında istefa
  • 3-06-2026, 22:0
    "Qarabağ"ın U-14 komandası beynəlxalq turnirdə iştirak edəcək
  • 3-06-2026, 22:0
    "Şahdağ Qusar"ın idman direktoru müəyyənləşdi
  • 3-06-2026, 22:0
    Paytaxt klubunu tərk edəcək
Daha çox
Oxunub: 409
Qurban Qurbanov Addainin əl-qolunu bağlamasaydı...
Oxunub: 213
Nəsimi Paşayev: "Yazılanların hamısı dezinformasiyadı" - "Turan Tovuz" avrokuboklara buraxılacaq?
Oxunub: 211
“Sxadadzenin müqaviləsinə xitam verilməsi gözlənilmir” – Səbuhi Səfiyarlı
Oxunub: 199
“Baş məşqçi vətənindədi, nə vaxt qayıdacağını bilmirəm” – “Neftçi” nə edir?
Oxunub: 169
“Əlbəttə, bu qərar bizi məyus etdi” – Tovuzdan reaksiya
Oxunub: 164
"Araz-Naxçıvan"ın yeni baş məşqçisi Cavid Hüseynovdu? - özü danışdı!
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə