Premyer-liqanın 31-ci turu çərçivəsində ''Mançester Siti'' səfərdə ''Bernli''ni 2:0 hesabı ilə yenərək liderliyini davam etdirdi.
Bu görüşdə bir sıra maraqlı göstəricilər qeydə alındı. Hesabı açan İlkay Gündoğan premyer-liqada ümumilikdə 34-cü qolunu vurdu. Bununla da İlkay Məsut Özili (33 qol) geridə qoyaraq premyer-liqa tarixində ən çox qol vuran almaniyalı futbolçuya çevrildi. Bu siyahıda 3-cü pillədə ''Tottenhem''də iki mövsümə 29 qol vurmuş Yürgen Klinsmann qərarlaşıb. ''Siti'' bu mövsüm premyer-liqada hesabda öndə olduğu 23-cü qarşılaşmadan da xal itirmədən ayrıldı. Qeyd edək ki, bu turnirdə indiyə qədər bir mövsümdə hesabda öndə olduğu matçların hamısından qələbəylə ayrılan kollektiv olmayıb. Bundan başqa Aymerik Laport premyer-liqada yubiley - 100-cü oyununu keçirərək xal baxımından rekord qırdı. Belə ki, ispaniyalı müdafiəçi ''şəhərlilər''in heyətində bu 100 oyundan 82 qələbə, 8 bərabərlik, 10 məğlubiyyətlə ayrılaraq 254 xal toplayıb. Premyer-liqada ilk 100 oyunda komandasıbundan daha çox xal toplayan oyunçu olmayıb. Əvvəlki rekord Laportun komanda yoldaşı Ederson və ''Çelsi''li Didye Droqbaya (hər ikisi 246) məxsus idi.
İlkay Gündoğan Məsut Özili geridə qoydu
Dünya futbolu

