“Mançester Yunayted” İngiltərə Liqa Kubokunun qalibi olub.
Football-plus.az xəbər verir ki, “Uembli” stadionunda baş tutan turnirin final matçında “qırmızı şeytanlar” “Nyukasl”ı 2:0 hesabı ilə məğlub edib.
Qaliblərin heyətində Kazemiro (33-cü dəqiqədə) və Markus Reşford (39) fərqlənib.
Qeyd edək ki, daha öncə 1992, 2006, 2009, 2010 və 2017-ci illərdə turnirin qalibi olan “Mançester Yunayted” altıncı dəfə kuboku qazanıb. Bu göstəricidə lider “Liverpul”dur (9 qələbə), ikinci isə “Mançester Siti”dir (8). İngiltərə Liqa Kuboku 1960-cı ildən keçirilir.
Növbəti oyununu “Mançester Yunayted” İngiltərə Kubokunun beşinci turu çərçivəsində martın 1-də evdə “Vest Hem”lə keçirəcək, martın 5-də Erik ten Haqın yetirmələri Premyer Liqada səfərdə əzəli rəqibi “Liverpul”la üz-üzə gələcək. “Nyukasl” Premyer Liqada növbəti oyununu martın 4-də səfərdə “Mançester Siti” ilə keçirəcək.