• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Xavinin qeyri-adi macəraları - YAZI

Dünya futbolu / Yazarlar

13-01-2023, 18:0

Xavinin mətbuat konfransları get-gedə maraqlı xarakter alır.

Elə “Futbol+” səhifələrində İspaniya çempionatının icmalını izləyənlər onun “qızıla bərabər 3 xal...” ifadəsindən xəbərdardı. Nazim Süleymanov “futbolun meyvəsi qoldu” deməyi xoşladığı kimi, Xavi də yerli-yesiz “qızıla bərabər 3 xal” ifadəsini işlədir. Kataloniyalı mütəxəssis son günlərdə daha iki mətbuat konfrasında “hoqqa verib”. Birində rəqibə münasibətdə nəzakətsiz davranıbsa, o birində özü həmkarımızdan inciyib.

“Seuta”nı necə incitdi?
İspaniya kubokunun 1/8 final mərhələsinin püşkü atılandan sonra “Barselona”nın baş məşqçisi qarşılıqlı hörmət prinsipindən çəkildi – kataloniyalıların bəxtinə düşən 3-cü divizion klubu “Seuta” haqda laqeydcəsinə danışdı: “İlk dəfə püşkatmada bəxtimiz gətirdi. “Barsa”ya aşağı səviyyəli rəqib düşdü. Onu da unutmaq olmaz ki, bir neçə gün əvvəl “İntersiti” ilə oyunda fiaskonun astanasındaydıq”.

Maraqlıdı ki, Xavi əvvəllər, adətən, püşkatmadan gileylənirdi. Məsələn, Avropa Liqasında “Mançester Yunayted” “Barsa”ya rəqib olanda belə demişdi: “Yenə də mümkün püşklərdən ən pisidi. “Barsa”nın bəxti gətirmir. Bu ən çətin rəqibdi”.

Xavinin yuxarıda xatırlatdığımız ifadələri “Seuta”nın çalışdırıcısı Xose Xuan Romeronun xoşuna gəlmədi: “Bu şərhi uğursuz sayıram. O, bu fikri fərqli şəkildə ifadə edə bilərdi. Fikirləri nə mənim xoşuma gəldi, nə də komandanın. Rəqibdən futbolka istəməyəcəyik. Oyun bitəndən sonra kimin bəxtinin çox, kimin bəxtinin az gətirdiyini görəcəyik. Bəlkə də o bizim kimi komandaların bu nöqtəyə çatmaq üçün nə qədər güc sərf etdiyini bilmir, çünki məşqçi karyerasında daha asan yolla irəliləyib. Mən ikiüzlü deyiləm, həmişə rəqibə böyük hörmətlə yanaşmağa çalışıram. Və həmişə də aşağı divizion komandalarına hörmət edirəm, axı özüm də ordanam. Bu açıqlama xoşuma gəlmədi. Xaviyə heyranam, fikrimcə, İspaniyanın ən möhtəşəm futbolçularından biridi. Amma son açıqlaması təəccübləndirdi”.

Divizonlara görə mühakimə yürütsək, “Barselona”nın bəxtinə həqiqətən də ən zəif rəqib düşüb – “Seuta” mübarizəni davam etdirən 16 komanda arasında yeganə 3-cü dəstə təmsilçisidi. Qalan komandalar ya La Liqada, ya da La Liqa 2-də yarışır. Üstəlik 16 turdan sonra cəmi 7 xal toplayan “Seuta” Sequnda B-də də aşkar autsayderdi, sonuncu yerdədi. “Seuta” ilə səfər oyununun coğrafi özəlliyi də var – oyun İspaniyanın Afrikanın şimal sahilində yerləşən iki yarımeksklavından birində, yəni Seutada (digəri Melilyadı) keçiriləcək. Kataloniyalılar artıq bir dəfə bu komandanın qonağı olub. 2010-cu ildə keçirilən kubok oyunu üçün yerli stadionun tutumu 2600-ə çatdırılmışdı. Onda ən baha biletlərin qiyməti 150 avro idi, ancaq mövsümlük abonoment sahibləri üçün endirimlər də var idi. Gözlənildiyi kimi, “Seuta” uduzdu (0:2), sadəcə, meydan sahiblərinin rəhbərliyini nəticə yox, “Barsa”nın heyəti məyus etdi. Yerli azarkeşlər qonaqların əsas ulduzlarını görəcəyinə ümid edirdi, ancaq nə Messi, nə Xavi, nə də İnyesta Seutaya yollanmışdı.

Xavi jurnalistin hansı sualına təəccüblənib?
Xavinin daha bir əcaib sitatı “İntersiti” ilə oyundan sonraya aiddi. “La Sexta” və “Antena 3”ü təmsil edən həmkarımız ona sual verərkən vurğulayıb ki, “Barsa” az qala daha zəif rəqibə uduzacaqdı. Bu sualı eşidən baş məşqçi gülərək deyib: “Demək olar ki, uduzurduq, eləmi? Möhtəşəmdi. Siz bunu istəyirdiz? Siz bunu istəyirdiz?”

“Seuta” kimi Sequnda B-də, ancaq başqa qrupda çıxış edən “İntersiti” ilə oyunda “Barsa” həqiqətən əziyyət çəkdi və yalnız əlavə vaxtda qələbə topunu vurdu – 4:3. Xəbər verdiyimiz kimi, “İntersiti” üç dəfə hesabı bərabərləşdirə bildi və rəqibin bütün qollarını “Barsa” akademiyasının yetirməsi Oriol Soldevila vurdu. Ən çox təəccüb doğuran məqam isə budu ki, “Barsa” faktiki əsas heyətlə oynadı. İlk qolun müəllifi Ronald Arauxo oyundan sonra belə dedi: “Kubokun cazibə qüvvəsi də bundadı. Biz artıq bunu bilirik. Bir neçə il əvvəl kuboku qazananda hər oyun əlavə vaxta qədər uzanırdı”.
Xavi isə iddia etdi ki, “Barsa” dəfələrlə güclü idi, sadəcə, öz həyatını çətinləşdirdi. Artıq yanvarın 18-də “Seuta”ya rəqib olmaqla “Barsa”nın nə dərəcədə bəxtinin gətirdiyini biləcəyik. Kubokun 1/8 final oyunu məhz həmin gün keçiriləcək.

Paylaş:
Digər xəbərlər

Dünya futbolu

8-08-2022, 14:0

Xavi bu futbolçulara güvənmir

Aktual
"Burda əsl ailə ab-havası hökm sürür" - Emil Balayev
DÇ-2026-ya yollanacaq futbolçu "Qarabağ"da!
“Yeni baş məşqçimiz yaxın günlərdə açıqlanacaq” - “Şəfa”dan cavab
Ramil Şeydayevin növbəti dayanacağı hara olacaq?
AFFA “Turan Tovuz”a məsləhət verdi – “CAS-a şikayət edin”
"Turan Tovuz" məhkəmədən qalib ayrılacaq" - "Ultras Turan"ın rəhbəri günahkarlara səsləndi
Son xəbərlər
  • Dünən, 23:58
    Minifutbol millimiz ikinci dəfə Avropa çempionu oldu!
  • Dünən, 23:30
    "Rəqibin harda boşluqlar verdiyini bilirik" - Siyasət Əsgərov
  • Dünən, 22:58
    Azarkeşlərin tənqidinə məruz qaldı
  • Dünən, 22:28
    "Burda əsl ailə ab-havası hökm sürür" - Emil Balayev
  • Dünən, 21:57
    Onun yolu Madridədi?
  • Dünən, 21:26
    "Hər iki görüşdə qələbə qazanmaq niyyətindəyik" - Ayxan Abbasov
  • Dünən, 20:55
    Milli komandada yeni təyinat
  • Dünən, 20:24
    Yeni kapitan oldu
  • Dünən, 19:53
    Romadan Milana üz tuta bilər
  • Dünən, 19:22
    “Ayın qolu” layihəsində qaliblər açıqlandı
  • Dünən, 18:47
    DÇ-2026-ya yollanacaq futbolçu "Qarabağ"da!
  • Dünən, 18:20
    Tellur daha iki il "Sabah"da
  • Dünən, 17:50
    "Karvan-Yevlax" Mateusla vidalaşdı
  • Dünən, 17:29
    Messi ilə birgə oynayacaq
  • Dünən, 16:58
    Mövsümün ən yaxşı futbolçusu seçildi
  • Dünən, 16:27
    "Qəbələ" Murad Musayevlə vidalaşdı
  • Dünən, 15:56
    “Şəfa” Avropa Futbol Klubları təşkilatına üzv oldu
  • Dünən, 15:26
    "Sabah" Amin Seydiyevlə yollarını ayırdı
  • Dünən, 14:55
    ''Beşiktaş'' italiyalı məşqçi ilə anlaşa bilər
  • Dünən, 14:24
    ''Trabzonspor'' Onananın daha bir il qalmasını istəyir
  • Dünən, 13:53
    Karrikin aqibəti müəyyənləşdi
  • Dünən, 13:22
    Sterlinq nəyə görə saxlanılıb?
  • Dünən, 12:51
    "Karvan-Yevlax"dan ayrıldı, İsrail klubuna keçdi
  • Dünən, 12:20
    Montella bu sistemin Türkiyə üçün ən optimal variant olduğunu düşünür - ''Bunun ən gözəl örnəyi PSJ-di''
  • Dünən, 11:59
    Belə bölgə futbolu kimə lazımdı?
  • Dünən, 11:41
    "Şamaxı" da növbəti ayrılıq - Enrike də getdi
  • Dünən, 11:20
    “Yeni baş məşqçimiz yaxın günlərdə açıqlanacaq” - “Şəfa”dan cavab
  • Dünən, 10:59
    Millimiz final oyununa çıxır - AÇ
  • Dünən, 10:28
    ''Qalatasaray''ın Türkiyə yığmasının üzvü üçün təklif etdiyi məbləğ bəlli oldu
  • Dünən, 09:57
    Addai "Qarabağ"la vidalaşdı
  • 3-06-2026, 23:0
    Keyn ilə Olise Münheni tərk edəcəklər?
  • 3-06-2026, 23:0
    A seriyasında istefa
  • 3-06-2026, 22:0
    "Qarabağ"ın U-14 komandası beynəlxalq turnirdə iştirak edəcək
  • 3-06-2026, 22:0
    "Şahdağ Qusar"ın idman direktoru müəyyənləşdi
  • 3-06-2026, 22:0
    Paytaxt klubunu tərk edəcək
Daha çox
Oxunub: 409
Qurban Qurbanov Addainin əl-qolunu bağlamasaydı...
Oxunub: 215
Nəsimi Paşayev: "Yazılanların hamısı dezinformasiyadı" - "Turan Tovuz" avrokuboklara buraxılacaq?
Oxunub: 211
“Sxadadzenin müqaviləsinə xitam verilməsi gözlənilmir” – Səbuhi Səfiyarlı
Oxunub: 201
“Baş məşqçi vətənindədi, nə vaxt qayıdacağını bilmirəm” – “Neftçi” nə edir?
Oxunub: 169
“Əlbəttə, bu qərar bizi məyus etdi” – Tovuzdan reaksiya
Oxunub: 164
"Araz-Naxçıvan"ın yeni baş məşqçisi Cavid Hüseynovdu? - özü danışdı!
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə