İrlandiya yığmasının yarımmüdafiəçisi Ceyms Makklinə autizm diaqnozu qoyulub.
"Football-plus.az" xəbər verir ki, 33 yaşlı oyunçu bu haqda özünün sosial şəbəkə hesabında məlumat verib.
Futbolçunun qızı Uillou-Ayvi də autizm xəstəsidi. Ceymsin sözlərinə görə, bu baxımdan uşağa bənzədiyini hiss etməyə başlayandan sonra müayinədən keçmək qərarına gəlib. Makklin 2021-ci ilin yayından “Uiqan”da oynayır. O, əvvəllər “Stok Siti”, “Vest Bromviç” və “Sanderlend”də çıxış edib. Ceyms İrlandiya millisində keçirdiyi 96 oyunda 11 qol vurub.