Azərbaycan Autizm Assosiasiyası Gənclər və İdman Nazirliyinin dəstəyi ilə təşkil olunacaq 2-ci Autizm Festivalı çərçivəsində daha bir yarış keçirib.
Bu dəfə autizmli uşaqlar Veloparkda velosiped idmanı üzrə bacarıqlarını nümayiş etdiriblər. 3 yaş qrupu üzrə təşkil olunan sınağa 50-ə yaxın iştirakçı qatılıb. Mübarizənin sonunda:
6-9 yaş qrupunda
Əsgərov Məhəmməd 1-ci yer
Şirinov Amin 2-ci yer
Əlizadə Amin isə 3-cü yer.
9-13 yaş qrupunda
Məmmədli Polad 1 yer
Şirinov Murad 2 yer
Şirinov Elmir 3 yer
13 yaş üzəri
Bayramov Rza 1 yer
Rəhimov Hüseynəli 2 yer
Bədəlov Nihat 3 yer
Bundan əvvəl autizmli uşaqlar bocce və stolüstü tennis idmanı üzrə mübarizə aparıblar. Növbəti günlərdə isə atletika və futbol yarışları keçiriləcək.
Aprelin 28-i Bakıda Gənclər və İdman Nazirliyinin dəstəyi ilə 2-ci Autizm Festivalı təşkil olunacaq. Festival çərçivəsində keçirilın tədbirlərin məqsədi autizm barədə cəmiyyəti məlumatlandırmaq, autizmin xəstəlik yox, fərqlilik olduğu mesajını insanlara ötürməkdi.