Şime Vrsalko karyerası ilə bağlı vacib qərar verib. O, 31 yaşında futbolçu həyatını başa vurub.
“Football-plus.az” xəbər verir ki, Xorvatiya millisinin sabiq müdafiəçisi bu addımı zədələr səbəbindən əvvəlki formasını bərpa edə bilmədiyi üçün atıb. Qeyd edək ki, milli komanda ilə gümüş medal qazandığı DÇ-2018-dən əvvəl Vrsalkonun dizində problemlər var idi. O, mundialdan sonra daha uzunmüddətli zədələr almışdı. Bundan sonra futbol agenti kimi fəaliyyət göstərmək qərarına gəlib.
Şime karyerası ərzində “Dinamo” (Zaqreb), “Lokomotiva”, “Cenoa”, “Sassuolo”, “Atletiko”, “İnter” və “Olimpiakos”da oynayıb. O, milli formada 2011-22-ci illərdə 52 oyun keçirib.