“Atletiko”dan ayrılan Şime Vrsalko karyerasını Yunanıstanda davam etdirəcək.
Xorvatiyalı futbolçu “Olimpiakos”a keçib. Pirey klubunun rəsmi saytı 30 yaşlı müdafiəçi ilə 3 illik müqavilə imzalandığını xəbər verib. Şime yeni komandasına azad agent kimi keçib.
Qeyd edək ki, Xorvatiya millisinin üzvü daha əvvəl “Dinamo” (Zaqreb), “Cenoa”, “Sassuolo” və “İnter” klublarında da çıxış edib.
Madriddən Pireyə yollandı
Dünya futbolu
