Lovren milli forma ilə vidalaşdı

26.02.2023 18:30 227
Dünya futbolu
Deyan Lovren beynəlxalq karyerası ilə bağlı vacib qərar verib. “Lion”un müdafiəçisi Xorvatiya yığması ilə vidalaşıb.

Football-plus.az xəbər verir ki, bu barədə Xorvatiya Futbol İttifaqı məlumat yayıb. 33 yaşlı futbolçu qərarını qurumun saytına vida məktubunda bildirib. Lovren Xorvatiya millisində 2009-cu ildən çıxış edirdi. O, milli komandada 78 oyun keçirib və 5 qol vurub. DÇ-2018-də gümüş, DÇ-2022-də isə bürünc mükafat qazanıb.