32 yaşında butslarını mismardan asdı

24.03.2023 21:33 238
Dünya futbolu
Boyan Krkiç futbolçu karyerasını başa vurub.

“Football-plus.az” xəbər verir ki, hücumçu 32 yaşında futbolla vidalaşmaq qərarına gəlib. Krkiç “Barselona”nın yetirməsidi. O, bu klubun əsas komandasında 2007-11 və 2013-14-cü illərdə çıxış edib. Kataloniyalıların heyətində meydana çıxdığı 163 matçda 41 qol vurub və 19 məhsuldar ötürmə edib.

Boyan karyerası ərzində “Roma”, “Milan”, “Ayaks”, “Stok Siti”, “Maynts-05”, “Alaves” və “Monreal İmpekt”də də çıxış edib. Onun sonuncu klubu “Vissel Kobe” olub. Krkiçin İspaniya yığmasında 2008-ci ildə 1 oyun keçirdiyini də xatırladaq.