• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Gülərüz və nikbin Qəhrəman Əliyev - YAZI

Yazarlar

2-03-2023, 16:0

Koronavirusa yoluxan və o vaxtdan komaya düşən Qəhrəman Əliyev fevralın 26-da, 63 yaşında dünyasını dəyişdi.

Futbolçu kimi Bakının "Avtomobilçi”, “Neftçi”, Xabarovskun OİK, Mingəçevirin "Avtomobilçi” komandalarının şərəfini qoruyan hücumçu baş məşqçi kimi “Viləş”i, “Şəmkir”i, MOİK-i və “Bakı”nı çalışdırıb. Masallı təmsilçisi onun rəhbərliyi altında 2000/01 mövsümündə yüksək liqada 4-cü yeri tutaraq tarixində ilk dəfə qitəmiqyaslı yarışda – İntertoto kubokunda iştirak etmək hüququ qazanmışdı.

Qəhrəman bəy yaddaşlarda gülərüz, səmimi insan kimi qalıb. Son vaxtlar böyük futboldan uzaq düşsə də, bu sahədən çəkilməmiş, İsgəndər Cavadov Bakı Futbol Akademiyasında idman direktoru və əlaqələndirici vəzifələrində çalışmışdı. Uzun müddət “Viləş”in kapitanı olan Elbrus Məmmədov bizimlə söhbətdə mərhumla bağlı bunları söylədi:

“Qəhrəman müəllim barədə mənə keçmiş zamanda danışmaq çox ağırdı. Sizinlə danışarkən Masallıdan, mərhumun üç mərasimindən qayıdıram. Qəhrəman müəllim nəinki mənə, rəhbərliyi altında oynamış bütün futbolçulara baş məşqçidən çox böyük qardaş olub. Ən çətin vəziyyətimizdə belə bizə dəstək verib, yanımızda olub. Çox gülərüz, nikbin insan idi. İnanmıram ki, Azərbaycanda ondan narazı qalan, onunla ulduzu barışmayan bir futbolçu olsun. Çox şən, eyni zamanda çərçivə daxilində zarafat etməyi bacaran biri idi. Bizdə bir məsəl var. Deyirlər ki, dostun kimdi? Cavabında “yola çıxmamışam” söyləyirlər. Əliyevlə dünyanın dörd bir tərəfinə getmək olardı. Yaxşı yol yoldaşı idi ki, bunu dəfələrlə səfərlədə görmüşəm. Allah o dünyasını versin. Elə bil böyük qardaşımı itirmişəm”.

Qəhrəman bəyin ölkə futboluna bəxş etdiyi isimlərdən biri də “Şəmkir”də çalışdığı dönəmdə üzə çıxardığı Rövşən Əmiraslanov olub. Veteran futbolçu da sabiq baş məşqçi ilə bağlı xatirələrini bizimlə bölüşdü:

“Mənim istər futbolçu, istərsə də bir insan kimi formalaşmağımda Qəhrəman müəllimin böyük zəhməti olub ki, bunu heç vaxt dana bilmərəm. O “Şəmkir”ə baş məşqçi təyin olunanda heyətdə adlı-sanlı futbolçular çıxış edirdi. Ancaq gənc olmağıma baxmayaraq, rəhbərliklə az qala dava edə-edə məni heyətdə oynadırdı, inkişafıma çalışırdı. Həmişə deyirdi ki, mən burdan gedəndən sonra desinlər ki, Qəhrəman Şəmkirdən yerli futbolçu üzə çıxardı. İstədiyinə nail oldu, sonradan çıxış etdiyim klublarda şəmkirli futbolçu kimi tanındım. Onunla bağlı danışmaq mənə çox çətindi. Qəhrəman müəllimin xəstə olduğunu, komaya düşdüyünü bilirdik. Ancaq ölüm xəbəri yenə də sarsıdıcı oldu. Onun barədə danışanda istər-istəməz qəhər məni boğur. Burda olmadığımdan dəfnində iştirak edə bilmədim. Ancaq yaxın günlərdə Masallıya yollanıb ailəsinə başsağlığı verməyi özümə borc bilirəm. Allah rəhmət eləsin. Gözəl insan, yaxşı məşqçi idi”.

RƏŞAD

Paylaş:
Digər xəbərlər

Ölkə futbolu

26-02-2023, 16:0

Qəhrəman Əliyev vəfat etdi

Aktual
“Osiyek” “Neftçi”ni yendi, sinəsinə döydü – “ilk dəqiqələrdən rəqibə yüksək təzyiq göstərdik”
“Sabah”ı “Park Holl”da neçə azarkeş dəstəkləyəcək?
Solveti kim əvəz edəcək? – ya Eyden Makkarti, ya da Erivaldo Almeyda
“Hesab edirəm ki, “Sabah”a ən çox təsir göstərə biləcək amil...” – narahatlıq üçün əsas var!
“Sabah” səfər oyununda da aşkar favoritdi - əmsallar açıqlandı
“Nyu Seynts” – “Sabah” matçının yayın problemi aradan qalxdı! – necə?
Son xəbərlər
  • Bu gün, 21:07
    “Osiyek” “Neftçi”ni yendi, sinəsinə döydü – “ilk dəqiqələrdən rəqibə yüksək təzyiq göstərdik”
  • Bu gün, 20:46
    "Şamaxı" portuqaliyalı ilə anlaşdı
  • Bu gün, 20:30
    "Ntu Seynts" - "Sabah": START HEYƏTLƏRİ
  • Bu gün, 20:07
    “Sabah”ı “Park Holl”da neçə azarkeş dəstəkləyəcək?
  • Bu gün, 19:47
    Solveti kim əvəz edəcək? – ya Eyden Makkarti, ya da Erivaldo Almeyda
  • Bu gün, 19:27
    Argentinalılar niyə tünd-göy formada oynamaq istəyirlər?
  • Bu gün, 18:56
    “...evdə mərhələ adlamaq gücündəyik!” – “Nyu Seynts”dən “Sabah”a meydan oxuyan paylaşım
  • Bu gün, 18:35
    "İmişli"nin rəqibləri bəlli oldu
  • Bu gün, 18:06
    “Hesab edirəm ki, “Sabah”a ən çox təsir göstərə biləcək amil...” – narahatlıq üçün əsas var!
  • Bu gün, 17:40
    MY-dən daha bir transfer
  • Bu gün, 17:02
    “Araz-Naxçıvan” hücumçu aldı
  • Bu gün, 16:37
    “Sabah” səfər oyununda da aşkar favoritdi - əmsallar açıqlandı
  • Bu gün, 16:16
    “Biz onu tam zərərsizləşdirəcəyik” - DÇ-nin İDDİASI
  • Bu gün, 15:45
    “Nyu Seynts” – “Sabah” matçının yayın problemi aradan qalxdı! – necə?
  • Bu gün, 15:14
    Ferrer avrokuboklarda debüt etməyib, Radina və Kaprali isə ortababdı
  • Bu gün, 15:00
    “Sabah”, “Zirə” və “Qarabağ” səfərdən vəsiqə ilə qayıda biləcək? - YENİLƏNİR
  • Bu gün, 14:53
    "Sabah"ın səfər matçı üçün satılan bilet sayı bilindi - yüzlərlə yer hələ boşdu
  • Bu gün, 14:22
    Hansı nəhənglər finalın astanasında büdrəyəcək? - DÇ-nin AFİŞASI
  • Bu gün, 13:51
    “Nyu Seynts” “Sabah”ın gücünə şübhə etdi! – 5:2, 4:1 və ya 3:0 hesablı qələbə arzusu...
  • Bu gün, 13:20
    "Vestri" "Qarabağ"la oyundan əvvəl darmadağın oldu
  • Bu gün, 12:25
    PFL Milli Mətbuat Gününə həsr edilmiş intellektual yarış keçirdi
  • Bu gün, 11:54
    “Sabah” cavab oyununun yayınıyla bağlı razılığa gələ bilmir! - tələb 50 min, təklif 9 min avro?
  • Bu gün, 11:23
    Millimiz İrlandiya ilə qarşılaşacaq
  • Bu gün, 10:52
    Vernidub çempion olmaq istəyir, bəs "Neftçi"? - YAZI
  • Bu gün, 10:31
    "Hesab edirəm ki, tam hazırıq" - Yuri Vernidub
  • Bu gün, 10:00
    Yusif İmanov "İmişli"də
  • Dünən, 23:54
    "Keyfiyyətli komanda olduğumuzu göstərməliyik" - Valdas Dambrauskas
  • Dünən, 23:16
    "Şamaxı" portuqaliyalı futbolçu transfer etdi
  • Dünən, 22:27
    “80 dəqiqə ərzində ilk qolu vura bilsək, oyun tam yenidən başlayacaq” - “Nyu Seynts”in baş məşqçisi
  • Dünən, 22:23
    “Turan Tovuz”un rəqiblərindən biri bilindi
  • Dünən, 21:27
    “Sumqayıt” Kandidoda nə tapdı? – hər klubda orta hesabla 8 ay çalışıb...
  • Dünən, 20:51
    Klubu ilə yenidən anlaşdı
  • Dünən, 20:20
    "Kəpəz" sabiq qapıçısını qaytardı
  • Dünən, 19:49
    ''Fənərbaxça'' Qrinvudu nə üçün açıqlamır?
  • Dünən, 19:18
    Arda Turan ''Şaxtyor''a iki psixoloq dəvət etdi
Daha çox
Oxunub: 223
Duran: düşünməmək bir ayıb, bunu dilə gətirmək iki ayıb – REPLİKA
Oxunub: 203
"Sabah"ın cavab oyunu yayınlanmaya bilər! - "Nyu Seynts"dən şok həmlə
Oxunub: 162
Zlomisliçlə Qnalinin adı “Qarabağ”ın iştirak ərizəsində niyə yoxdu? – rəsmi açıqlama
Oxunub: 157
“Qarabağ”a tərif yağdırdı, azarkeş sayını azaltdı
Oxunub: 144
“Kutaisililər 1990-cı illərdəki internet qədər yavaş idi” - “Zirə” gürcü jurnalisti dəhşətə gətirdi
Oxunub: 137
Harrisondan “Sabah”a yalan dolu hədə-qorxu – “Nyu Seynts”in baş məşqçisi bizi aldadıbmış!
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə