Qəhrəman Əliyev vəfat etdi

26.02.2023 16:12 295
Ölkə futbolu
Azərbaycan futbolunda ağır itki baş verib.

Football-plus.az xəbər verir ki, məşqçi Qəhrəman Əliyev vəfat edib. O, uzun müddət xəstəlikdən əziyyət çəkdikdən sonra 63 yaşında dünyasını dəyişib.

Əliyev məşqçi kimi "Şəmkir", "Masallı", MOİK, "Olimpik", "Bakı" və U-19 millimizdə çalışıb. O, 2002-03 mövsümündə "Şəmkir"lə Azərbaycan çempionu olub. Futbolçu olarağsa, "Neftçi", "Avtomobilçi(Bakı), OİK(Xabarovsk), Gənclik (Bakı) və "Avtomobilçi"nin (Mingəçevir) şərəfini qoruyub.