PSJ daha bir futbolçusu ilə yollarını ayırmağı planlaşdırır.
Football-plus.az xəbər verir ki, parislilər müdafiəçi Serxio Ramosla əməkdaşlığa son verməyi düşünür. Klub onunla müqaviləni yeniləmək niyyətində deyil.
İspaniyalı ilə Fransa təmsilçisi arasındakı sözləşmə 2023-cü ilin yayına kimi nəzərdə tutulub. Futbolçu özü komandada qalmaq istəyir.