Bundesliqa çərçivəsində sevimli rəqibi “Volfsburq”a növbəti – 13-cü qolunu vuran Tomas Müller üçün bu tur daha bir hadisə ilə əlamətdar oldu.
Football-plus.az xəbər verir ki, Münhen nəhənginin öz yetirməsi olan və 2008-dən bəri klubun şərəfini qoruyan təcrübəli futbolçu “rekormayster”in heyətində 427-ci bundesliqa matçını keçirdi.
Bununla da o, klub tarixində sahə oyunçuları arasında bu turnirdə ən çox oyun keçirmiş məşhur həmsoyadı Herd Müllerin rekordunu təkrarladı.
İndi Tomas bu göstəricidə yalnız əfsanəvi qapıçılardan – Mayerlə (473) Kandan (429) geri qalır.