• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Əl əli yuyar, əl də üzü! - KÖŞƏ

Yazarlar

3-02-2023, 11:0

AFFA-nın nəzdində fəaliyyət göstərən bir qurum var, adı Məşqçilər Komitəsidi (MK), 2014-ün noyabrında ideya şəklində ortaya atıldı, dekabrın 3-də isə tərkibi və vəzifələri müəyyənləşdi. Vaqif Sadıqovun rəhbərlik etdiyi, Ağasəlim Mircavadov, Böyükağa Hacıyev və Şahin Diniyevin üzv kimi fəaliyyət göstərdiyi qurumun vəzifələri sırasına bütün yaş qrupu üzrə yığmalara, klubların işinə nəzarət, onlara yardım etmək, ölkə futbolunun perspektivi baxımından cəlbedici ideyalar irəli sürmək daxil idi. İnsafən, AFFA ötən müddətdə komitənin faydalı fəaliyyəti üçün hər cür şərait yaradıb, qurumun işini maliyyələşdirib, sədrin və üzvlərin başqa ölkələrə səfərlərinin sayı-hesabı yoxdu.

Bəs Məşqçilər Komitəsi gözlənilən effekti verdimi?

Mən bir qədər sonra bu məqamın üzərinə qayıdacam. Amma əvvəlcə AFFA prezidenti Rövnəq Abdullayevin 2014-cü il dekabrın 3-də keçirilən mətbuat konfransında səsləndirdiyi bir fikri xatırlatmaq istəyirəm: “Məşqçilər Komitəsinin üzvlərindən kimsə hansısa kluba baş məşqçi təyi edilsə, bu halda komitədəki vəzifəsindən azad olunacaq”. Bəli, eynən belə demişdi, amma deməmişdi ki, komitədəki vəzifəsindən azad olunan şəxsin dəfələrlə bura dönmək imkanı olacaq və ya Vaqif Sadıqov MK-nı konkret bir neçə şəxsdən ibarət qapalı dairəyə çevirəcək. Xatırladım ki, yuxarıda adı çəkilən “üçlüy”ə az sonra Şakir Qəribov da qoşuldu, 2015-in iyununda Diniyev “Kəpəz”ə yollandı və onun yerini Əsgər Abdullayev tutdu. Əsgər bəy ayrı-ayrı klublarda “gözünün qurdunu öldürəndən” sonra işsiz qaldı və dərhal MK yada düşdü. Vaqif bəyin xeyir-duası ilə Abdullayev də komitəyə qaytarıldı. İndi də yeni variantlar var. Məsələn, Yaşar Vahabzadə “Kəpəz”dən istefa verəndən sonra sakitcə bir kənara çəkilir və Sadıqovdan işarə gözləyir ki, Diniyev “Səbail”ə yollanan kimi sənin MK-da yerin hazırdı. Öz aramızdı, belədə Vahabzadə niyə Gəncədə özünü oda-közə vurmalıdı ki? Onsuz da bilir ki, “Kəpəz”dən göndərilsə, MK-da asanlıqla iş tapacaq. Və ya bu zənciri başqa cür davam etdirək: sabah Diniyev uğursuzluğa düçar olanda (bunu arzulamıram, amma real variantdı) AFFA-ya yaxın klub kimi “Səbail”in rəhbərliyi Sadıqova müraciət edəcək ki, baş məşqçi vəzifəsinə namizəd göstər. Vaqif bəy də deyəcək ki, buyurun, Vahabzadə sizin qulluğunuzdadı, Diniyevi də bizə qaytarın. Əvvəldə xatırlatmışdım, vaxtilə Diniyev də “Kəpəz”in baş məşqçi vəzifəsinə yollananda MK-dakı fəaliyyətini dondurmuşdu, Gəncədən ayrılandan sonra yenidən işinə bərpa olundu. Bax, mən bu mənzərəni göz önünə sərmək istəyirdim. Gördüyünüz tablodan məmnunsuzmu?

Futbol ictimaiyyətində istər-istəməz belə sual yaranır ki, nədən MK-da yalnız konkret bir neçə nəfər çalışa bilər, daha doğrusu, burda çalışmaq üçün mütləq Vaqif Sadıqova yaxın olmaq lazımdı? Zatən indiki tərkib fərqli düşünmək üçün əlyeri qormur. Sadıqov vaxtilə Mircavadovun rəhbərliyi altında çalışıb, Diniyev, Vahabzadə, bir müddət komitədə çalışan, sağlıq durumu ilə bağlı problemlər üzündən ayrı düşən Qəribov və Abdullayev də sədrlə komanda yoldaşı olub.

Beləliklə, yalnız rəhbərə (oxu: Vaqif Sadıova) yaxınlıq, sədaqət prinsipi əsasında formalaşan komitənin ölkə futbolu naminə faydalı fəaliyyət göstərəcəyinə, hansısa inqilabi ideyalarla çıxış edəcəyinə inanmağa dəyməz. Sadəcə, arabir yığışırlar, danışırlar və dağılışırlar. AFFA rəhbərliyi sağ olsun, üzvlərinə yaxşı maaş verən bir qurum yaradıb, onlar da fəaliyyət adına fəaliyyətsizlik göstərirlər. Elə bu sətirləri bilgisayarda yığanda, bilirsiz, qəfil ağlıma hansısa variant gəldi? Deyirəm ki, kaş ölkə klublarından hansısa Vaqif Sadıqovu baş məşqçi vəzifəsini qəbul etməyə razı salaydı. Görəsən, klubda çalışandan və hansısa səbəbdən ordan ayrılandan sonra Vaqif bəy MK-da sədr vəzifəsinə qayıda bilərdimi? Yəni qapalı dairələrdə sədr yeri də vakant saxlanılırmı? Baxma da, üzv başqadı, sədr başqa... İndi Məşqçilər Komitəsi ilə bağlı mənim üçün yaşayan yeganə intriqa məhz budu. Üzvlər baxımından onsuz da problem yoxdu. Necə deyərlər, əl əli yuyar, əl də üzü!

...Bəlkə də Böyükağa Hacıyev vaxtında bu dünyanı tərk etdi, MK ilə bağlı köhnə-yeni hoqqaları çox görmədi!

HUŞƏNG

Paylaş:
Digər xəbərlər

Ölkə futbolu

21-10-2022, 14:0

AFFA rəhbərliyi Ağasəlim Mircavadovu təbrik etdi

Aktual
Elvin start heyətinə qayıtsın! – bu qədər umu-küsü bəs deyil?
“Emrelidə hələ də o keyfiyyət var” – Mahir qol vurdu, azarkeşlərin sevimlisinə çevrildi
“Bakı çox gözəldi, lakin burda inanılmaz tıxac var” – bolqar müdafiəçi başqa nədən narazı qaldı?
“Qarabağ həddən artıq güclü rəqibdi” – ÇSKA-nın yarımmüdafiəçisi
Bolqarıstanda “Qarabağ”a görə həyəcan başladı! – bizimkiləri A sektoruna yerləşdirmək, bufer zona açmaq...
Dvorkoviç sanksiya altına düşdü – Mahir Məmmədov prezident olacaq?
Son xəbərlər
  • Dünən, 23:50
    Salahın başıbəlalı transferi ''Beşiktaş''da qalmaqala və istefaya səbəb oldu!
  • Dünən, 23:19
    Elvin start heyətinə qayıtsın! – bu qədər umu-küsü bəs deyil?
  • Dünən, 23:00
    "Çempionatın startına qədər çatışmazlıqları yoluna qoymağa çalışacağıq" - Cavid Hüseynov
  • Dünən, 22:40
    "Araz-Naxçıvan" "İmişli" ilə heç-heçə etdi
  • Dünən, 22:15
    İngiltərədə klubunu dəyişdi
  • Dünən, 21:40
    “Mançester Siti”dən ayrıla bilər
  • Dünən, 21:00
    Yaşıl meydanı tərk etdi
  • Dünən, 20:40
    "Şahdağ Qusar"dan növbəti transfer
  • Dünən, 20:19
    Ceyhun Nuriyev "Araz-Naxçıvan"da
  • Dünən, 19:59
    "Dinamo" - "Neftçi" matçının hakimləri açıqlandı
  • Dünən, 19:28
    Kariusdan illər sonra gələn etiraf - ''Həmin günlərdə futbola olan sevgimi itirdim''
  • Dünən, 18:57
    ''Salah Türkiyə futbolu tarixinin ən böyük transferi olacaq''
  • Dünən, 18:26
    "Azərbaycan futbolunu daha uğurlu və peşəkar səviyyəyə qaldıracağıq” - Elxan Səmədov
  • Dünən, 17:55
    “Emrelidə hələ də o keyfiyyət var” – Mahir qol vurdu, azarkeşlərin sevimlisinə çevrildi
  • Dünən, 17:27
    İtalyanonun ''Beşiktaş''da debütü uğurlu alındı
  • Dünən, 16:55
    “Bakı çox gözəldi, lakin burda inanılmaz tıxac var” – bolqar müdafiəçi başqa nədən narazı qaldı?
  • Dünən, 16:24
    "İmişli"nin sabiq futbolçusu "Xankəndi"də
  • Dünən, 15:25
    “Qarabağ həddən artıq güclü rəqibdi” – ÇSKA-nın yarımmüdafiəçisi
  • Dünən, 14:54
    Almaniya klubu ilə danışıq aparır
  • Dünən, 14:24
    Leroy Mikelsin yeni klubu açıqlandı
  • Dünən, 13:54
    Bolqarıstanda “Qarabağ”a görə həyəcan başladı! – bizimkiləri A sektoruna yerləşdirmək, bufer zona açmaq...
  • Dünən, 13:35
    Elxan Səmədov növbəti dəfə PFL-in prezidenti seçildi
  • Dünən, 12:25
    Dvorkoviç sanksiya altına düşdü – Mahir Məmmədov prezident olacaq?
  • Dünən, 11:54
    "Zirə"nin potensial rəqiblərinin oyununda 4 qol
  • Dünən, 11:23
    MS-ni tərk edə bilər
  • Dünən, 10:52
    “Neftçi”nin səhvlərini yalnız yeniyetmələrdən ibarət komandalar edə bilər” - belaruslular da şoka düşüb
  • Dünən, 10:31
    Vüsal oynadı, komandası Konfrans Liqasında qalib gəldi
  • Dünən, 10:00
    "Qarabağ"ın potensial rəqiblərinin matçında 5 cavabsız qol
  • 23-07-2026, 23:0
    "Təəssüf ki, qol vəziyyətlərindən istifadə edə bilmədik" - Rəşad Sadıqov
  • 23-07-2026, 23:0
    "Biz lap böyük komanda deyilik ki, uduzsaq, sürpriz olsun" - Qurban Qurbanov
  • 23-07-2026, 22:0
    "Bərabərlik bizim üçün yaxşıdı" - ÇSKA-nın baş məşqçisi
  • 23-07-2026, 22:0
    Mahir Emreli “Rakuv”da qol hesabını açdı!
  • 23-07-2026, 22:0
    "Zirə" uduzdu, "Qarabağ" heç-heçə etdi - YENİLƏNİB
  • 23-07-2026, 21:0
    "Xankəndi"də məşqçi təyinatı
  • 23-07-2026, 20:0
    Almaniyada klubunu dəyişdi
Daha çox
Oxunub: 199
“İmişli”nin taleyi bəlli oldu – Arazın bu tayından Kürün o tayına
Oxunub: 194
“Sabah” rəsmisindən “Liv Bona Dea Arena” açıqlaması – klub ora nə vaxt köçəcək?
Oxunub: 164
Varqas “Neftçi”yə nə vaxt qoşulacaq?
Oxunub: 138
Gəncə stadionu və onminlərlə azarkeş Azər Məmmədovu çəkindirmir!
Oxunub: 132
Maluda Duranla komanda yoldaşı olacaq? – “Sabah”dan iddialara reaksiya
Oxunub: 119
“Neftçi” bazar deyil, “Neftçi” xalqdı” - fanklub rəhbərindən sərt açıqlama
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə