• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Daniel Alveşin törətdiyi şok əməlin təfərrüatı - YAZI

Yazarlar

2-02-2023, 14:0

39 yaşı olmasına baxmayaraq, son mundialda Braziliya yığmasının heyətində yer alan Daniel Alveşin başına gələnlərdən, daha doğrusu, törətdiyi əməldən, yəqin ki, xəbərdarsız. Peşəkar karyerasında 43 kuboku başı üzərinə qaldıran və futbol tarixinin ən titullu oyunçusu statsunda olan Alveş artıq bir həftədən çoxdu həbsxanadadı. Bu məsələni ən incə detallarına qədər aydınlatmağın və ünlü müdafiəçinin “dəmir barmaqlıqlar” arasındakı həyatının necə keçdiyinə nəzər salmağın tam zamanıdı.

Football-plus.az hadisə ilə bağlı araşdırmanı təqdim edir:

Harda və necə baş verib?

Alveşə qarşı ittihamlar mətbuatda ilk dəfə dekabrın 31-də peyda oldu. Onun yaydan bəri şərəfini qoruduğu Meksika təmsilçisi “Pumas” mundialdan sonra bu futbolçuya tətil vermişdi. Alveş tətilinin bir hissəsini Tenerifedə keçirdikdən sonra dekabrın 30-da Barselonaya yollandı. Hadisə də həmin gün bu şəhərdə yerləşən “Satton” adlı gecə klubunda baş verdi.

İddialara görə zərərçəkmiş xanım Alveşin ona sataşdığını və əlini onun ətəyinin altına saldığını deyibmiş. “Barsa”nın sabiq üzvü əvvəlcə hər şeyi inkar etdi və güünahsız olduğunu dedi. Yanvarın 2-də Alveş Barselonanı tərk etdi və elə həmin gündən etibarən polislər məsələni araşdırmağa, sübutlar və şahidlərin ifadələri ilə tanış olmağa başladılar. Təxminən ikihəftəlik sakitlikdən sonra – yanvarın 19-da “Anten” kanalı futbolçunun həbs olunacağını iddia etdi. Ertəsi gün belə də oldu. İfadəsi alındıqdan sonra Alveş məhkəməyə göndərildi və dərhal azadlıqdan məhrum edildi. Hətta onun girov qoymasına da icazə verilmədi. Həbsdən bir gün sonra “Pumas” “sambaçı” ilə müqaviləni ləğv etdi.

Adı açqılanmayan zərərçəkmiş xanımın 23 yaşı var. “El Periodico” nəşri onun ifadələrini olduğu kimi ictimaiyyətə açıqlayıb. Xanım həmin gün gecə saat 2 radələrində iki rəfiqəsi ilə birlikdə diskotekaya yollanıb. Onlar əvvəlcə VİP zonada meksikalılardan ibarət bir qrupla rəqs etdikdən sonra ofisiant hər üç xanıma yaxınlaşaraq bir müştərinin onları öz masasına dəvət etdiyini deyib. Xanımlar əvvəlcə imtina etsələr də, ofisiant müştərinin həm vacib adam olduğunu, həm də onun dostu olduğunu bildirdikdən sonra razılaşıblar və VİP zonadakı masaya yaxınlaşıblar. Onların gəlişi ilə həmin masada əyləşən 2 xanım ordan uzaqlaşdı. Alveş dostu ilə birlikdə idi. Alveş özünü petank oyunçusu kimi təqdim etsə də, meksikalılar onu dərhal tanıyıblar və xanımlara bu barədə məlumat veriblər.

Zərərçəkmişin sözlərinə görə, Alveş dərhal bahalı bir şampan sifariş verərək onlara “girişməyə” və hətta əlini toxundurmağa (və ətəyin altına salmağa) başlayıb. Ayağa qalxan futbolçu zərərçəkmişin əlini öz cinsi orqanına yaxınlaşdırıb və xanımın etirazına baxmayaraq, bunu ikinci dəfə də edib. Sonra isə əli ilə qarşıdakı qapını göstərərək xanımın onun arxasınca gəlməsini istəyib. Burda incə məqam odu ki, xanım bütün bu olanlardan sonra Alveşlə təklikdə tualetə getməyə niyə razılıq verib? Hər halda, azacıq düşüncəsi olan adam başa düşməliydi ki, onu ora yaxşı iş üçün dəvət etmirlər...

Heç nə olmayıbmış kimi məkandan uzaqlaşdı

Zərərçəkmişin sonrakı sözlərinə görə, o, tualetdən çıxmaq istəsə də, Alveş dərhal qapını bağlayıb və unitaza oturub. Sonra xanımın ətəyini qaldıraraq onu qucağına götürməyə çalışıb və “sən mənim balaca ...” sözünü deməyə vadar edib. Nəhayət, Alveş xanımı yerə yıxaraq onu qeyri-təbii yolla cinsi əlaqədə olmağa məcbur edib. Xanım müqavimət göstərməyə çalışdıqda isə Dani onu yerdən ayağa qaldıraraq zorlayıb! Xanım ordan çıxdıqdan sonra klubda iki rəfiqəsindən yalnız biri qalmışdı. Çölə çıxaraq göz yaşı axıdan xanımı ətrafdakılar və klubun işçiləri sakitləşdirməyə çalışıb. Onlar polis, eləcə də tibbi yardım maşını çağırıblar və xanım xəstəxanaya çatdırılıb. 2 gündən sonra zərərçəkmiş polis məntəqəsinə yollanaraq şikayət ərizəsi yazıb. Eləcə də məhkəməyə tibbi ekspertizanın rəyini və həmin gün əynində olan geyimi təqim edib. Onunla birlikdə olan və hər şeyi öz gözləri ilə görən rəfiqəsinin də ifadəsi eynilə zərərçəkmişin sözləri ilə üst-üstə düşüb. “El Periodico” hadisədən sonra Alveşin də nələr etdiyini yazıb. Nəşrin iddiasına görə, məşhur futbolçu tualetdən çıxandan sonra bardan içki sifariş verib. O, klubu tərk edərkən həmin xanımı ağlayan vəziyyətdə görsə də, heç nə olmayıbmış kimi ordan uzaqlaşıb!

Bir-birinə zidd ifadələr

Məhkəmədə Alveş ilk vaxtlar özündən çox razı görünürdü və düşünürdü ki, ona heç kim heç nə edə bilməyəcək. O, həmin gün gecə klubunda olduğunu etiraf etsə də, ora qısa müddətə baş çəkdiyini deyib və zorlamanı inkar edib. Amma polisin topladıqları sübutlar bunun tam əksini deməyə imkan verirdi. “TV3”ün xəbərinə görə braziliyalı futbolçu 3 dəfə bir-birinə zidd ifadə verib.

1. Əvvəlcə onu günahlandıran xanımı tanımadığını deyib.
2. Sonra onu gördüyünü və aralarında heç nə olmadığını deyib.
3. Sonda bildirib ki, guya tualetə getdikdən sonra bu xanım özü onun üstünə atılıb və qeyri-təbii yolla cinsi əlaqədə olmaq istəyib.

Özü də bunlar futbolçunun son yalanları deyildi. “El Pais”in iddiasına görə Alveş məhkəmədə “Pumas”da aylıq gəlirinin 30 min avro olduğunu deyibmiş. Amma hakimin əlində müqavilənin nüsxəsi var imiş. Orda isə qeyd olunmuşdu ki, braziliyalının aylıq qazancı 300 min avrodu! O qədər də zəngin olmayan “Pumas” bu məbləği sponsorların dəstəyi sayəsində ödəyirdi. “Cadena Ser”in versiyasına görə isə Alveş məhkəmədən yenidən ondan ifadə almağı tələb etdi və bu dəfə də bir sözü digəri ilə üst-üstə düşmədi. Zərərçəkmiş xanım hətta futbolçunun qarnının sağ tərəfində yarımçıq ay şəklində döymənin olduğunu deyib. Hakim bunu soruşduqda Dani yenidən çaş-baş qalaraq bir-birinə zidd iki ifadə verib. Onun son versiyası isə belə olub ki, aralarında cinsi əlaqə olsa da, bu, qarşılıqlı razılıq əsasında baş verib. Bir neçə gündən sonra Aıveşin yeni vəkili, daha öncə müxtəlif məsələlərdə Messi və Puyol kimi futbol dünyasından olan simaların haqlarını qoruyan Kristobal Martell iddia edib ki, Dani ifadəsini həyat yoldaşına görə dəyişibmiş. Guya o, bu hadisəni həyat yoldaşından gizlətməyə çalışırmış...

15 dəqiqə...

Dəlillərə gəlincə, “El Taquigrafo” nəşri idda edir ki, onların əlində kamera görüntüləri var. Guya həmin görüntülərə görə Alveşlə xanım tualetdən cəmi 47 saniyə sonra çıxıblar. Amma nəşr bu görüntüləri paylaşmayıb. “El Periodico” isə iddia edir ki, bu cütlük tualetdən 15 dəqiqə sonra çıxıb. Bu versiya həm zərərçəkmişin, həm də digər şahidlərin ifadələri ilə üst-üstə düşür. Məhkəmənin həkimi zərərçəkmişin diz nahiyəsində yaralar aşkarlayıb və bu da ikilinin arasında dava-dalaşın olduğunu təsdiqləyir. Ən vacib sübut hələ ki ortada yoxdu. Xanımın üzərindən götürülən spermanın Alveşin DNA-sı ilə üst-üstə düşüb-düşmədiyi də yoxlanılacaq. Polisin tualetdən götürdüyü izlər də onu göstərir ki, orda həqiqətən də iki insan arasında münaqişə yaşanıb. Alveşdən fərqli zərərçəkmiş xanım heç vaxt ifadəsini dəyişməyib və onun ilk gündə dediyi söz 20-ci gündən sonra dediyi sözlə üst-üstə düşür! Xanımın vəkili Ester Qarsiya Lopesin sözlərinə görə Alveş qoruyucudan istifadə etmədiyi üçün zərərçəkmiş müxtəlif xəstəliklərə qarşı dərmanlar atmaq məcburiyyətində qalıb. Bundan başqa, hadisədən sonra bir neçə gecə yata bilməyib.

Onu hansı cəza gözləyir?

Ötən ilin yayında İspaniyada seks ilə bağlı yeni qanun qəbul edildi. Həmin qanunun loru dildə açması belədi ki, yalnız xanım “bəli” dedikdə kişinin ona toxunmaq haqqı var. Bu yenilikdən sonra adicə sataşmağa görə 1 ildən 4 ilə qədər, zorlamaya görə isə minimum 4, maksimum 12 illik həbs nəzərdə tutulub! Alveşin məsələsində yekun qərarın verilməsi 2 ilə qədər uzana bilər. Alveşə qarşı məhkəmənin yekun qərarı olmadan bu cür sərt davranılması, yəni onun girov qoymasına icazə verilmədən həbs edilməsi İspaniya ilə Braziliya arasında ekstradisiya ilə bağlı anlaşmanın olmamasında irəli gəlir. Başqa sözlə desək, Alveş vətəninə yollansa, İspaniya polisi artıq onu tuta bilməyəcək. Düzdü, futbolçunun hələ də prosesin sonuna qədər azadlığa buraxılmaq ehtimalı var. Bunun üçün onun vəkilləri məhkəməyə önəmli dəlillər təqdim etməlidi ki, cinsi əlaqə həqiqətən də qarşılıqlı istəklə baş verib. Vəkillərin sözlərinə görə, onların əlində artıq belə sübutlar var. Onların versiyasına görə, kamera görüntülərindən də göründüyü kimi tualetə əvvəlcə Alveş yollanır. Xanım isə 2 dəqiqə ofisiant, eləcə də rəfiqələri ilə gülərüz şəkildə söhbət etdikdən sonra onun arxasınca ora gedir və onu heç kim buna məcbur etmir. Onların fikrincə, apellyasiyalarına bir ay ərzində müsbət cavab veriləcək. Amma hətta bu təqdirdə də Alveşin pasportu əlində alınacaq və onun İspaniyanı tərk etməsinə qadağa qoyulacaq. Məsələyə intriqa qatan daha bir məqam odu ki, zərərçəkmiş kompensasiya tələb etmir! Adətən, belə məsələlərdə məşhur bir şəxs tərəfindən zorlanan xanımın əsas dərdi böyük miqdarda pul qazanmaq olur. Amma bu məsələ tam fərqlidi. Xanımın vəkili Ester Qarsiya Lopes UOL nəşrinə verdiyi geniş müsahibədə bildirib ki, müştərisi birmənalı şəkildə puldan imtina edir. Zərərçəkmişin heç bir maddi çətinliyi yoxdu və onun yeganə tələbi Alveşin layiq olduğu cəzanı çəkərək uzun müddət həbsdə qalmasıdı!

Həbsxana həyatı necə keçir?

“La Vanguardia”nın versiyasına görə Alveşin həbsxanadakı ilk gecəsi çox çətin keçib. Dani üzgün görünürmüş. Həmin gün o nə yemək yeyib, nə də ətrafdakılarla ünsiyyət qurub. Amma həbsxananın işçilərinə qarşı çox hörmətlə davranıb. Alveşi əvvəlcə “Brians 1” həbsxanasına yerləşdirsələr də, sonradan onun təhlükəsizliyini nəzərə alaraq “Brians 2”yə keçirdilər. “El Pais” yazır ki, yeni həbsxanada onu duş kabini olan ayrıca kameraya yerləşdirdilər. Bunun sayəsində futbolçu ümumi hamama yollanmaqdan qurtulub. Sonra həbsxananın rəhbərliyi belə qərara gəlib ki, Alveşin darıxmaması üçün ona (eyni maddə ilə günahlandırılan) otaq yoldaşı lazımdı. Nəticədə həmin kameraya Koutinyonu da gətiriblər. Söhbət heç də “Barselona” və “Liverpul”un sabiq üzvündən getmir. Amma bu Koutinyo da yetərincə maraqlı simadı. Belə ki, o, sabiq ulduz Ronaldinyonun cangüdəni olub! “El Periodico”nun yazdığına görə, Alveşin statusu həbsxanada ona heç bir əlavə üstünlük vermir. O da başqaları kimi 6 kvadrat metrlik otaqda qalır və gündəlik rejimə əməl edir (səhər oyanmaq saat 08.00-da, yatmaq isə 22.00-da). “La Vanguardia” maraqlı bir xəbər dərc edərək Alveşin ötən cümə axşamı ilk dəfə həbsdə olanlarla birlikdə futbol oynadığını iddia edib. Bu hadisə həbsxanada böyük ajiotaj doğurub. Həbsdə olanların hamısı Alveşin oyununu görmək istəyirmiş. Qəzetin iddiasına görə, Dani artıq burdakı şərtlərə uyğunlaşıb və proses gözləniləndən də uğurlu keçir. “Telecinco” kanalı iddia edir ki, Alveş həbsxanada ilk həftənin pulunu da alıb. Belə ki, bu həbsxanada hər həftə həbsdə olanlar üçün ayrılan xüsusi hesaba dövlət tərəfindən 100 avro köçürülür. Bu pulu yalnız həbsxananın ərazisində yerləşən dükanlarda xərcləmək olar. Alveş 4 banka konserva, 6 yoqurt, şampun, dezodorant və 4 enerji içkisi alıb, bütün bunlara 17,33 avro xərcləyib.

Həyat yoldaşı da ondan üz döndərdi

Keçək sonuncu məsələyə. Alveş və onun həyat yoldaşı, ispaniyalı model Joana Sans 2015-dən birlikdə idi. Onların 2017-də İbitsa adasında gizli şəkildə toyları olmuşdu. Bilindiyi kimi, Dani həbs olunandan 1-2 gün sonra Sans ictimaiyyət önündə həyat yoldaşının tərəfini tutmuş, onun xanımlara hörmətlə yanaşdığını demiş və ona güvəndiyini bildirmişdi. Amma məsələ ilə bağlı yeni detallar və sübutlar ortaya çıxandan sonra onun da fikri dəyişib. Alveş də özünü qəribə aparmağa başladı. O, bildirdi ki, həbsxanada həyat yoldaşı ilə görüşmək istəmir. Yanvarın 27-də Sans “instaqram”da Dani ilə birlikdə olan bütün şəkillərini sildi. Srağagün isə o, hər şeyi ətraflı götür-qoy etdiyini bildirərək boşanma ərizəsi verdi! Amma “sambaçı”dan heç də bütün yaxınları üz döndərməyib. Məsələn, Alveşin qardaşı Ney bütün bunları böhtan adlandırıb və ailənin sona qədər həmin xanımla mübarizə aparacağını vurğulayıb. Maraqlıdı ki, sabiq həyat yoldaşı Dana Dinora da futbolçunu dəstəkləyib. Onlar 2008-11 aralığında evli olublar və 2 övladları var. Bu xanım Alveşi 22 ildi tanıdığını və onun belə əməl törətməsinə qətiyyən inanmadığını qeyd etdi. Bu hadisənin onların övladlarına da pis təsir etdiyini vuğuladı. Çünki yeniyetmə yaşında olan övladları ataları ilə görüşə bilmir.

Bu məsələdə kimin haqlı, kimin haqsız olduğuna özünüz qərar verin. Araşdırma isə davam edir...

ƏLİ RAUFOĞLU

Oxunub: 113
Paylaş:
Digər xəbərlər

Dünya futbolu

12-02-2022, 16:0

Daniel Alveşə güzəşt edilmədi

Dünya futbolu

18-09-2021, 23:0

Daniel Alveş bu kluba keçməyə yaxındı

Dünya futbolu

29-10-2022, 20:0

Alveş yenidən “Barselona”da

Dünya futbolu

6-02-2022, 15:0

Daniel Alveş Xavinin qərarına münasibətini bildirdi

Dünya futbolu

20-11-2021, 14:0

Daniel Alveş “Barselona”da hamıdan geridədi

Dünya futbolu

16-10-2021, 12:0

Alveş sabiq komandasına qayıtmaq istəyir

Aktual
"Türkiyə-Azərbaycan qardaşlığının daha bir nümunəsini göstərdik"
“İmarət” Tayfa” “Qalatasaray”ın dəstəklənməsini düzgün saymır
Mahir Emrelinin ailə münaqişəsinin ŞOK DETALLARI
"Qarabağ"dan "Qalatasaray"a cavab: "Yenidən bir araya gələcəyimizə ümid edirik"
Azərbaycan Triatlon Federasiyasının prezidenti istefa verdi
BOS tarixində ilk yaşanıb
Son xəbərlər
  • Bu gün, 14:00
    22-ci turun daha dörd qarşılaşması keçirilir - YENİLƏNİR
  • Bu gün, 13:51
    Mbappenin qazancı sizi şoka salacaq
  • Bu gün, 13:30
    Misli premyer-liqasında 28-ci turun hakimləri
  • Bu gün, 13:09
    Sənan Qurbanov Arif Əsədovun fikrini absurd sayır – AÇIQLAMA
  • Bu gün, 12:48
    Joze Alesio Da Silva: “8 ildi eyni problemlərdən danışırıq”
  • Bu gün, 12:27
    Modriç türkiyəli fanatlara təşəkkür etdi - FOTO
  • Bu gün, 12:06
    Günün canlı yayınlanacaq oyunları - TV AFİŞA
  • Bu gün, 11:45
    Yığmamızın AÇ-nin seçmə mərhələsi üçün heyəti açıqlandı
  • Bu gün, 11:24
    Şamaxıda 6 qol - VİDEO
  • Bu gün, 11:03
    “Kəpəz”in yeni məşq mərkəzi istifadəyə verildi - FOTO
  • Bu gün, 10:42
    Dünya çempionatına ev sahibliyi hüququ bu ölkədən alındı
  • Bu gün, 10:21
    Şahmatçılarımız Avropa çempionatında çıxışlarını başa vurublar
  • Bu gün, 10:00
    "Türkiyə-Azərbaycan qardaşlığının daha bir nümunəsini göstərdik"
  • Dünən, 23:49
    Argentina 6 ildən sonra ilk dəfə
  • Dünən, 23:30
    "Mançester Yunayted"in Reşford planı
  • Dünən, 23:10
    Azərbaycan cüdoçuları Antalya Böyük Dəbilqə turnirində iştirak edəcək
  • Dünən, 22:51
    "Vaşinqton"un yay planı
  • Dünən, 22:30
    Mahir məşqlərə başladı
  • Dünən, 22:15
    Messi "Barselona"ya dönməyi planlaşdırır?
  • Dünən, 21:51
    "Barselona" üçün daha bir problem
  • Dünən, 21:30
    Nikita Zadorovun hərəkəti rusiyalı jurnalistləri təəccübləndirib
  • Dünən, 21:15
    Rus mütəxəssis “milyonçu” olacaq
  • Dünən, 20:50
    Kuçerov 13-cü pilləyə yüksəldi
  • Dünən, 20:30
    “Admiral”da yeni müqavilə
  • Dünən, 20:15
    Rusiyalı tennisçi 28 görüşdə 26-cı qələbəsini qazandı
  • Dünən, 19:52
    Gənclərin Azərbaycan çempionatında daha 7 çəkidə qaliblər müəyyənləşib
  • Dünən, 19:30
    Amerikalı tennisçinin karyerasında ilk
  • Dünən, 19:10
    “Güzəştli kart”ın sahibləri bəlli oldu
  • Dünən, 18:52
    Zirədə 2 qol - VİDEO
  • Dünən, 18:21
    “Monreal” yenə pley-offdan kənarda qaldı
  • Dünən, 17:55
    “İmarət” Tayfa” “Qalatasaray”ın dəstəklənməsini düzgün saymır
  • Dünən, 17:34
    Mahir Emrelinin ailə münaqişəsinin ŞOK DETALLARI
  • Dünən, 17:23
    O olmasın, bu olsun!
  • Dünən, 17:02
    Birinci divizionda 22-ci turun 3 oyunu keçirildi - YENİLƏNİB
  • Dünən, 16:51
    “Fənərbaxça” növbəti mərhələyə adlamağa yaxındı
Daha çox
Oxunub: 5 558
"Qalatasaray"la oyun üçün Qurban Qurbanov bu futbolçulara dəvət göndərdi
Oxunub: 2 939
"Qalatasaray" Bakıda bu məkanı seçdi
Oxunub: 1 863
“Bavariya”nın “elçi” düşdüyü, AFFA-nın maraqlanmadığı Renat - KÖŞƏ
Oxunub: 1 715
Mahir Emrelinin ailə münaqişəsinin ŞOK DETALLARI
Oxunub: 1 014
"Qarabağ" "Qalatasaray"la oyun üçün dövlət qurumlarına müraciət edib
Oxunub: 835
Avropa və dünya çempionu Türkiyə ilə oyunda erməniləri dəstəkləmək üçün İrəvana gəldi
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə