AFFA rəhbərliyi Ağasəlim Mircavadovu təbrik etdi

21.10.2022 14:10 384
Ölkə futbolu
Oktyabrın 22-də Azərbaycanın əməkdar məşqçisi, “Şöhrət” ordeni laureatı, hazırda fəaliyyətini AFFA-nın Məşqçilər Komitəsinin üzvü olaraq davam etdirən Ağasəlim Mircavadovun 75 yaşı tamam olur.

"Football-plus.az" xəbər verir ki, bu münasibətlə AFFA-nın inzibati binasında baş katib Sərxan Hacıyev yubilyarla görüşüb. O, AFFA rəhbərliyi adından əlamətdar yubileyi münasibətilə Ağasəlim Mircavadovu təbrik edib, ona xoş arzularını çatdırıb.

Ağasəlim Mircavadov təbrikə və səmimi sözlərə görə AFFA rəhbərliyinə minnətdarlığını bildirib.