• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Teymur Rəcəbov Ələkbər Məmmədovu ən yaxşı sayır - MÜSAHİBƏ

MÜSAHİBƏ

2-02-2023, 15:0

Teymur Rəcəbov Rusiya mətbuatına müsahibə verib. Şahmat millimizin üzvü “R-Sport”un əməkdaşı ilə söhbətdə maraqlı məqamlara toxunub.

Football-plus.az müsahibəni müəyyən ixtisarla diqqətinizə çatdırır:

- Necə düşünürsüz, Maqnus Karlsen fəal şahmata qayıdacaq?

- Fəal dedikdə dünya çempionluğu uğrunda mübarizəni nəzərdə tutursuz? Fikrimcə, şahmat tacı uğrunda duelin formatı dəyişməsə, yəqin
ki, qayıtmayacaq. Çünki Karlsen zirvədə olarkən getməyi üstün tutanlardandı. Ona hazırkı sistemdə oynamaq maraqlı deyil. Klassik
format olduğu kimi saxlanılsa, qayıtmayacaq. Əks halda Maqnus heç yerə getməzdi. Fikrimcə, hazırkı formatda geri qayıtmaq onun
maraqlarına uyğun deyil.

- Onunla yaxınsız?

- Yox. Amma ailəsi, həmçinin atası ilə yaxşı münasibətimiz var. Mənim atam onunla yaxşı ünsiyyət qurmuşdu. Bu münasibətlər uşaq
vaxtlarından, eyni turnirlərdə çıxış edərkən formalaşıb. Onlar bizdən uğurlu mərhələyə qədər necə gəldiyimizi, hansı məşqçiləri seçdiyimizi
soruşurdu. Bu, həmin vaxt onlar üçün yenilik idi. Maqnusla dostluq münasibətim olmasa da, ortadı. Axı biz onunla vaxtilə çox oynamışıq: Maqnus çempionluq olimpinə doğru irəliləyirdi, mən isə həmişə ilk “10-luq”daydım. Biz saysız-hesabsız oyunlar keçirmişik. Ümumiyyətlə, Maqnusla dostluq münasibəti formalaşan elit şahmatçı tanımıram.

- Hətta belə?

- Bəli, onun heç kimlə yaxın münasibəti yoxdu. Bəlkə də öz komandasında olanlar, ona titul uğrunda görüşə hazırlaşmaqda kömək
edənlər – Daniil Dubov, Yorden van Forest, Loran Fressine, Yan Qustaffson – istisnadı. Onun belə qapalı həyat tərzi var. Norveç tərzi. Yüksək səviyyəli şahmatçıların dostluğu, ümumiyyətlə, nadir hadisədi. Hərçənd bu da vaxtilə SSRİ və ABŞ təmsilçiləri arasında olan məlum münasibətlərdən daha yaxşıdı. Və ya götürək Anatoli Karpovla Harri Kasparovun münasibətlərini. Hazırda daha dostyana ab-hava var. Karlsenin kiməsə nifrət etdiyini təsəvvür etmək çətindi. Hətta “top-10”da yer alanlar arasında belə münaqişə yoxdu. Əvvəlki çempionlardan isə Vladimir Kramniklə Vişvanatan Anand hamı ilə yaxşı münasibət saxlayır. Böyük ehtimalla bu istilik məhz onlardan başladı.

- Karlsen ötən il ABŞ-da keçirilən turnirdən yerli şahmatçı Hans Nimann saxtakarlığa yol verdiyinə görə uzaqlaşdı. Buna inanırsız, yoxsa bu səviyyədə belə şey mümkün deyil?

- Karlsen onda dəqiq səbəb açıqlamadı. Amma onun bəzi ciddi əsasları var idi. Bunu Nimannın şikayətini araşdıran məhkəmə aydınlaşdıracaq. Təbii ki, qalmaqal şahmatın xeyrinə deyil. Amma istənilən halda bu məsələyə böyük diqqət yönəlib. Saxtakarlığa qarşı ciddi tədbirlər görülməlidi. Nimannla bağlı da ciddi dəlil bazası təqdim etmək lazımdı.

Mən ixtisasca vəkiləm və dəqiq bilirəm ki, bunsuz bütün ittihamlar şayiə və şübhə səviyyəsinə enəcək. Dəlilsiz ittiham qorxunc şeydi.

- Hazırda həmişəlik Moskvada yaşayırsız?

- Yox, bəzən burda, bəzən Bakıda. Onsuz da turnirlər klassik formatda keçirilərkən istənilən halda yarım il evdə olmursan. İndi Moskvada bir az çox yubandım. Amma həmişə Bakıya gedərək tanışlarımla əlaqə saxlayıram.

- Özünüzü bakılı kimi hiss edirsiz? Hələ moskvalı olmamısız?

- Əlbəttə, mən özümü bakılı hiss edirəm. Bakı doğma şəhərdi, onun hər tinini tanıyıram. Moskvanı da uşaqlıqdan yaxşı tanıyıram. Axı hazırda burda çox sayda bakılı, KVN komandasının üzvləri Timur Vaynşteyn, Yusif Eyvazov, Elçin Əzizov yaşayır. Hətta insanlarla danışarkən Bakı ləhcəmi tuturlar. Sözün düzü, özümü hər yerdə rahat hiss edirəm. Məsələn, İspaniya şəhərləri. Linaresdə Harri Kasparova qalib gəlmişdim. Ya da dünya çempionu olduğum Yunanıstanın bölgələri. Şübhəsiz, bu sırada 2009-cu ildə Azərbaycan millisiylə Avropa çempionu olduğumuz Serbiyanın da adını çəkə bilərəm. Hər yerdə özümü fəxrlə azərbaycanlı kimi hiss edirəm. Diaspor nümayəndələri Rusiya, Türkiyə və başqa ölkələrdə mənə yaxşı münasibət göstərir.

- Atanız Kasparovla eyni şahmat dərnəyinə gedib. Onun dünya çempionu olacağı onda görünürdü?

- Atam ondan böyükdü. Bir yerdə məşğul olduqlarına görə onu yaxşı tanıyır. Artıq onda hamı Harrinin parladığını görürdü. Şübhəsiz, şahmat dahisidi. Heydər Əliyev də ona çox şeydə kömək etdi. Amma təəssüf ki, Kasparov bunu qiymətləndirmədi. İnanılmaz istedada, gedişlərə, ideyalara malik idi. Həmçinin yaxşı yaddaşı vardı. Harri səhərdən axşama qədər şahmatla yaşayırdı.

- Bakı həmçinin futbol şəhəridi. Sizin seçiminiz olub?

- Yox, dərhal şahmat olub. Atam idman ustalığına namizəd idi və başqa heç nə haqda düşünmürdü. Onun arzularını həyata keçirməyimi istəyirdi. Uşaqlıqdan bu arzu ilə yaşayırdım ki, dahi şahmatçılar kimi böyük səhnələrdə oynayacam və hamı mənim partiyalarımı öyrənəcək. 2001-ci ildə Buenos Ayresdə keçirilən turnirə Karpov da qatılmışdı. Özündənrazı şəkildə ayağa durub “mən bura birinci olmaq üçün gəlmişəm” dedim. Karpovla Viktor Korçnoy təəccüblü şəkildə mənə elə baxırdılar ki... Atam dərhal şahmatı seçdi. İlk vaxtlar həvəsli deyildim, amma atam tələbkar və sərt müəllim idi. Onun mənimlə bağlı konkret hədəfi var idi və bu özünü doğrultdu. Ona həddən artıq münnətdaram.

- Dünya çempionluğu uğrunda görüşdə Yan Nepomnyaşini, yoxsa Dinq Lireni şanslı sayırsız?

- Bərabər görüş olacaq. Amma fikrimcə, Liren qələbəyə daha yaxındı. Şansları 55-in 45-ə onun xeyrinə qiymətləndirirəm. Çünki Lirenin sinir sistemi daha sabitdi, fərqli vəziyyətlərə soyuqqanlı yanaşır. Eyni zamanda, Nepomnyaşiyə aqressivlikdə uduzur. Öz oyununu tutsa, uzunməsafəli mübarizədə çinliyə üstünlük verərdim. Bu olmasa, fəlakət qaçılmazdı. Necə ki, İddiaçıların turnirində bu baş verdi. Hansısa məqamda oyunun “ip”i əlindən çıxsa, yəqin ki, “töküləcək”. Açığı, bu Nepomnyaşinin də başına gələ bilər.

- Tarixin ən güclü üç şahmatçısının adını çəkərdiz?

- Robert Fişer, Mixail Tal, Anatoli Karpov.

- Elə bir şahmatçı var ki, dünya çempionu olmasına hansısa səbəblər mane olub?

- David Bronşteyn. Dünya çempionu ola bilərdi, olmalıydı. Onun qeyri-adi oyun üslubu var idi. Şahmatı dəhşət sevirdi. Onun kitabını oxusaz, hətta hər fiqura sevginin olduğunu görərsiz. Hər şey canlı orqanizm, orkestr kimi qəbul olunur. Hətta fiqurlarla danışır. David dahi şahmatçıdı və dünya çempionu olmağa layiq idi.

- SSRİ və Rusiya çempionatında Azərbaycandan olan çox futbolçu oynayıb. Onlardan hansını ən yaxşı sayırsız?

- Ələkbər Məmmədovun adını çəkərdim. Vaxtilə Moskva “Dinamo”sunda oynayarkən, “Milan”a səfər oyununda 4 qol vurub. Anatoli Banişevski də “Neftçi”də parlaq çıxış edib. Futboldan daha bir nəfərin – Tofiq Bəhramovun da adını çəkmək olar. 1966-cı ilin dünya çempionatında yan xətt hakimi kimi verdiyi qərar İngiltərəni dünya çempionu edib. İngilislər indiyə kimi ona sitayiş edir və Azərbaycana ziyarətə gəlir. Ələkbər Məmmədovla danışmaq imkanım da olmuşdu. Onda biz prezident təyyarəsində Naxçıvana, Olimpiya Kompleksinin açılışına gedirdik. Bizi bir otaqda yerləşdirdilər. Mən onda futbolu tam fərqli səviyyədə bilən dahi ilə üzləşdim. Qeyri-adi və məzəli sözləri... İndi hərdən tanınmış şərhçiləri izləyirəm. Və dərk edirəm ki, onlar Məmmədovun yanında duracaq səviyyədə deyil. Bu, futbolu tam fərqli dərketmə idi. Anladım ki, futbolda da, şahmatda olduğu kimi, səni oyunla tanış edən pedaqoq oyunun özündən heç də az vacib deyil. Məmmədov futboldan danışanda mən özümü hansısa tamaşanın bir hissəsi hiss edirdim. Bronşteynin kitabında olduğu kimi. Sənə hansısa epizodu savadlı təqdim və təhlil edirlərsə, futbola tam fərqli baxırsan. Bundan sonra futbol daha “yeməli” olur. Təəssüf ki, həmin vaxtdan sonra bir daha belə şey görmədim.

- Düzdü ki, ciddi uğur qazanmaq üçün elit şahmatçı eqoist olmalıdı?

- Dünya çempionu olmaq üçün – bəli. Ümumilikdə isə buna o qədər də ehtiyac yoxdu.

- Şahmat karyeranızın alındığını düşünürsüz, yoxsa hansısa uğur çatmır?

- Alındığını demək olar. Çünki uşaqlıqda arzuladıqlarımın, demək olar ki, hamısını həyata keçirdim. Yalnız ən lazımlı titul – dünya çempionluğu çatmır. 2019-cu ildə dünya kubokunu qazandım. Fikrimcə, bu, dünya çempionluğundan sonra ikincidi. Turnir, demək olar ki, 1 ay davam edir, çox ağır sınaqdı. Və bir səhv gediş istənilən vaxt mübarizəni dayandırmağınla nəticələnə bilər. Finalda Lireni məğlub etməyi bacardım. Amma dünya çempionu da olmaq istərdim. Hərçənd yaş artdıqca bunu etmək çətinləşir.

Oxunub: 186
Paylaş:
Digər xəbərlər

İdman

26-11-2021, 13:0

Teymur Rəcəbov ciddi problemlə üzləşib – FOTOLAR

İdman

29-04-2022, 10:0

Teymur Rəcəbovun İddiaçılar turnirində görüşlərinin təqvimi açıqlandı

İdman

4-12-2021, 10:0

Karlsendan rekord göstərici

İdman

15-12-2021, 18:0

Karlsendən maraqlı açıqlama

İdman

4-07-2022, 22:0

Teymur Rəcəbov son görüşdə qələbə qazandı

İdman

6-12-2021, 10:0

Karlsendən inamlı qələbə

Aktual
"Türkiyə-Azərbaycan qardaşlığının daha bir nümunəsini göstərdik"
“İmarət” Tayfa” “Qalatasaray”ın dəstəklənməsini düzgün saymır
Mahir Emrelinin ailə münaqişəsinin ŞOK DETALLARI
"Qarabağ"dan "Qalatasaray"a cavab: "Yenidən bir araya gələcəyimizə ümid edirik"
Azərbaycan Triatlon Federasiyasının prezidenti istefa verdi
BOS tarixində ilk yaşanıb
Son xəbərlər
  • Bu gün, 14:00
    22-ci turun daha dörd qarşılaşması keçirilir - YENİLƏNİR
  • Bu gün, 13:51
    Mbappenin qazancı sizi şoka salacaq
  • Bu gün, 13:30
    Misli premyer-liqasında 28-ci turun hakimləri
  • Bu gün, 13:09
    Sənan Qurbanov Arif Əsədovun fikrini absurd sayır – AÇIQLAMA
  • Bu gün, 12:48
    Joze Alesio Da Silva: “8 ildi eyni problemlərdən danışırıq”
  • Bu gün, 12:27
    Modriç türkiyəli fanatlara təşəkkür etdi - FOTO
  • Bu gün, 12:06
    Günün canlı yayınlanacaq oyunları - TV AFİŞA
  • Bu gün, 11:45
    Yığmamızın AÇ-nin seçmə mərhələsi üçün heyəti açıqlandı
  • Bu gün, 11:24
    Şamaxıda 6 qol - VİDEO
  • Bu gün, 11:03
    “Kəpəz”in yeni məşq mərkəzi istifadəyə verildi - FOTO
  • Bu gün, 10:42
    Dünya çempionatına ev sahibliyi hüququ bu ölkədən alındı
  • Bu gün, 10:21
    Şahmatçılarımız Avropa çempionatında çıxışlarını başa vurublar
  • Bu gün, 10:00
    "Türkiyə-Azərbaycan qardaşlığının daha bir nümunəsini göstərdik"
  • Dünən, 23:49
    Argentina 6 ildən sonra ilk dəfə
  • Dünən, 23:30
    "Mançester Yunayted"in Reşford planı
  • Dünən, 23:10
    Azərbaycan cüdoçuları Antalya Böyük Dəbilqə turnirində iştirak edəcək
  • Dünən, 22:51
    "Vaşinqton"un yay planı
  • Dünən, 22:30
    Mahir məşqlərə başladı
  • Dünən, 22:15
    Messi "Barselona"ya dönməyi planlaşdırır?
  • Dünən, 21:51
    "Barselona" üçün daha bir problem
  • Dünən, 21:30
    Nikita Zadorovun hərəkəti rusiyalı jurnalistləri təəccübləndirib
  • Dünən, 21:15
    Rus mütəxəssis “milyonçu” olacaq
  • Dünən, 20:50
    Kuçerov 13-cü pilləyə yüksəldi
  • Dünən, 20:30
    “Admiral”da yeni müqavilə
  • Dünən, 20:15
    Rusiyalı tennisçi 28 görüşdə 26-cı qələbəsini qazandı
  • Dünən, 19:52
    Gənclərin Azərbaycan çempionatında daha 7 çəkidə qaliblər müəyyənləşib
  • Dünən, 19:30
    Amerikalı tennisçinin karyerasında ilk
  • Dünən, 19:10
    “Güzəştli kart”ın sahibləri bəlli oldu
  • Dünən, 18:52
    Zirədə 2 qol - VİDEO
  • Dünən, 18:21
    “Monreal” yenə pley-offdan kənarda qaldı
  • Dünən, 17:55
    “İmarət” Tayfa” “Qalatasaray”ın dəstəklənməsini düzgün saymır
  • Dünən, 17:34
    Mahir Emrelinin ailə münaqişəsinin ŞOK DETALLARI
  • Dünən, 17:23
    O olmasın, bu olsun!
  • Dünən, 17:02
    Birinci divizionda 22-ci turun 3 oyunu keçirildi - YENİLƏNİB
  • Dünən, 16:51
    “Fənərbaxça” növbəti mərhələyə adlamağa yaxındı
Daha çox
Oxunub: 5 558
"Qalatasaray"la oyun üçün Qurban Qurbanov bu futbolçulara dəvət göndərdi
Oxunub: 2 939
"Qalatasaray" Bakıda bu məkanı seçdi
Oxunub: 1 858
“Bavariya”nın “elçi” düşdüyü, AFFA-nın maraqlanmadığı Renat - KÖŞƏ
Oxunub: 1 678
Mahir Emrelinin ailə münaqişəsinin ŞOK DETALLARI
Oxunub: 1 014
"Qarabağ" "Qalatasaray"la oyun üçün dövlət qurumlarına müraciət edib
Oxunub: 835
Avropa və dünya çempionu Türkiyə ilə oyunda erməniləri dəstəkləmək üçün İrəvana gəldi
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə