• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

“Həmin gecə gözümə yuxu getmədi”

Dünya futbolu

25-01-2023, 18:0

Bugünlərdə yaşı üzündən yenidən gündəm olan Yussufa Mukoko, nəhayət, Dortmund “Borussiya”sı ilə yeni müqavilə imzaladı.

Gənc istedad 2026-ya qədər bu klubda qalacaq. Digər detallar açıqlanmasa da, “Bild”in məlumatına görə, Mukokonun illik məvacibi 6 milyon avro təşkil edəcək. Bu mövsüm 23 rəsmi oyunda 6 qol, 4 məhsuldar ötürməlik performans sərgiləyən 2004-cü il təvəllüdlü forvard bugünlərdə bundesliqanın rəsmi saytına müsahibə verib.

- DÇ-2022 üçün Almaniyanın heyətində olacağını biləndə təəccübləndin?
- Əlbəttə. Bir gün axşam Hans-Diter Flik mənə zəng vuraraq adımın heyətdə olacağını dedi. Mükəmməl hisslər yaşadım. O qədər sevindim ki, dostlarımla da bölüşdüm. Növbəti gün televizorda heyət açıqlananda adımı gördüm. Şübhəsiz, bu, mənim üçün 2022-nin ən yaddaqalan anı oldu.

- Yaponiyaya qarşı oyunda son anlarda meydana çıxdın. Hansı hissləri keçirdin? Məğlubiyyət DÇ-də debütünü korladı.
- Unudulmaz hisslər yaşadım. Ümid edirdim ki, oyunun axarını öz xeyrimizə dəyişə bilərik. Amma alınmadı. Bununla belə, əvəzsiz bir təcrübə yaşadım. O oyunçularla birlikdə mundialda olmaq mənim üçün tam yeni bir şey idi. DÇ-də oynamaq hər futbolçuya qismət olmur. Sanki irəliyə doğru mühüm bir addım atdım. Amma heyif ki, cəmi 3 oyundan sonra evə qayıtmalı olduq.

- Ötən mövsümün gedişində uzun müddət zədəli oldun. Bu hadisə seni geriyə apardı?
- İlk vaxtlar bu durumla barışmaq mənə çətin idi. Amma sonradan anladım ki, futbolda zədələr olur. Bu hər kəsin başına gələ bilər. Akademiyada oynadığım illərdə heç vaxt ağır zədə almamışdım. Üzərimdə çox çalışırdım. Zədə üzündən az oynamaq mənim üçün yeni təcrübə oldu. Yaxşı ki, bunu yaşadım. Çünki həm futbolçu, həm də şəxsiyyət kimi güclü olduğumu gördüm. Bu mövsüm isə pozitiv keçir. Çox oynamaq şansız qazanıram və qollar da vururam. Buna görə də xoşbəxtəm.

- Qollardan söz düşmüşkən, həm Rur derbisində, həm də “Der Klassiker”də qol vuran ən gənc oyunçu oldun. Öncə “Şalke-04”ə vurduğun qoldan danışaq.
- Əslində həmin matçda ehtiyatda qaldığımdan əhval-ruhiyyəm qaydasında deyildi. Bizə “Şalke-04”ə qarşı oyunun nə demək olduğunu hələ akademiyadan anladıblar. Derbi şəhərdə ilin əsas hadisəsidi. Qol vurandan sonra içimdə olan emosiya, əsəb və sevincin hamısı çölə çıxdı! Bu qolu heç vaxt unutmayacam. Bəzən boş vaxtlarımda “yutub”da qollarıma baxıram. Bu, mənə həm inam, həm də pozitiv enerji aşılayır.

- Həmin gün stadiondakı atmosferi xatırlayırsan?
- Stadion səs-küydən az qala titrəyirdi. Uzun müddət qol vura bilmirdik və hamı o qolu gözləyirdi. Top tora daxil olandan sonra stadion elə bil partladı. Komanda yoldaşlarım, oyunçular, fanatlar, televizor qarşısında oyunu izləyən dortmundlular, bir sözlə, hamı böyük sevinc yaşadı. Həmin gecə gözümə yuxu getmədi. Axşam şəhərə çıxdım. Hamı küçədə idi. İnsanlar əylənir və içirdilər. Həmin an derbinin bu şəhər üçün nə demək olduğunu bir daha anlayırsan.

- Bəs “Bavariya”ya vurduğun qol?
- Etiraf edim ki, Modestin ötürməsindən sonra topu heç də yaxşı saxlamadım. Yəni ilk toxunuşum uğurlu deyildi. Amma topu düz qapının kənarına, dirək olan tərəfə vurduqda həmişə ehtimal var ki, o, tora daxil olacaq. Qoldan sonra hamı kimi mən də düşündüm ki, geridönüş edə bilərik. Fanatlar da dəstəyini artırdı.

- Oyunu 0:2-dən 2:2-yə gətirəndə reaksiyan necə oldu?
- Sevincdən az qaldım dəli olum. O qədər yorulmuşdum ki, hər iki ayağımda qıcolma var idi. Hərçənd oyun vaxt heç nə hiss etmirdim.
4
- Məşqçilər korpusu ilə münasibətlərin necədi?
- Baş məşqçi Edin Terziç maksimum performans göstərməyimə nail olmaq istəyir. Onun köməkçisi Sebastyan Geppert isə güclü tərəflərimi gözəl tanıyır. Bəzən mənimlə bir qədər sərt davranırlar. Amma bunu anlayışla qarşılayıram. Bəlkə də mənə qarşı yumşaq olsaydılar və hər dəfə “sən əlasan”, “sən möhtəşəmsən” desəydilər, bir qədər rahatlaşardım və üzərimdə bu dərəcədə çalışmazdım. Düşünərdim ki, onsuz da məşqçilər korpusu məni sevir.

- Sənə elə gəlmir ki, bundesliqa karyeran bir qədər çətin başlayıb?
- Bəli. Düzünü desəm, bu qədər çətin olacağını gözləmirdim. Akademiyada top qovanda düşünürsən ki, “yuxarılara” çatım, hər şey öz-özünə qaydasına düşəcək. Amma peşəkar səviyyədə işlər bir qədər başqa cürdü. Uzun illərdi bu işin içində olanlar var. Heç kim də əsas heyətdəki yerini itirmək istəmir. Hər kəs mübarizə aparır. Artıq müəyyən təcrübəm var. Yüksək səviyyəyə uyğunlaşmışam. Güclü müdafiəçilərə qarşı yaxşı performans sərgiləmişəm. Boyum bir qədər balaca olsa da, vücudumdan düzgün yararlana bilirəm.

- Sebastyan Alle artıq heyətə qayıdıb və daha bir rəqibin peyda olub. Onun xəstəliklə mübarizəsini necə dəyərləndirirsən?
- Bu boyda çətinlikdən sonra yenidən meydana qayıtmağı bacardı. Ona böyük hörmətim var. Mübariz insandı və təslim olmadı. Xəstəliyi barədə özü ilə də söhbət etdim. Çox şeydən keçdiyini, fədakarlıqlar etdiyini dedi. Amma çox yaxşı formada qayıdıb. İnanıram ki, bir gün onunla irəlidə duet təşkil edəcəm.

- Səncə, meydanda bir-birinizi tamamlaya bilərsiz?
- Fikrimcə, irəlidə birlikdə oynamağımız maraqlı olardı. Terziç gərək bunun üzərində düşünsün. Qərarı nə mən verirəm, nə də Alle. Amma fərqi yoxdu, istər o oynasın, istər mən oynayım, istər birlikdə oynayaq, komanda həmişə hər şeydən öndədi.

- Uşaq vaxtı idealın kim olub?
- Futbola ilk baxdığım dönəmdə kumirim Samuel Eto”O idi. Əsil ulduz idi. İnanılmaz futbolçu və “9” nömrə idi. O vaxt hamı ona həsədlə baxırdı və oxşamağa çalışırdı.

Paylaş:
Digər xəbərlər

Dünya futbolu

10-12-2022, 10:0

Mukoko Avropa nəhənglərinin diqqət mərkəzində

DÇ 2026

11-11-2022, 18:0

Roysun yerini Mukoko tutdu

Dünya futbolu

19-01-2023, 21:0

“Borussiya”da yeni oyunçu

Dünya futbolu

13-08-2022, 14:0

“Qalatasaray”ın Yunus Akgün planı

Dünya futbolu / Manşet

18-01-2023, 15:0

Afrika futbolunda “lipa” problemi davam edir: Mukoko vunderkinddi, yoxsa saxtakar?

Dünya futbolu

28-06-2022, 17:0

''Fənər'' hansı yerli oyunçunu transfer edir?

Aktual
“Qarabağ” yoxlama oyunu keçirəcək?
“Dinamo”da kimlər var?
“Sabah” Maludanın mövqeyini onu da gətirdi!
“Sabah” “İberiya”ya vermişdi, amma “Veres”də oynayacaq
PFL rəsmisindən premyer-liqanın sponsoru ilə bağlı açıqlama – nə vaxt bilinəcək?
“Kimisə günahlandırmaq düzgün deyil” – “Qartallar” məğlubiyyətlə barışdı
Son xəbərlər
  • Dünən, 23:59
    Doğma klubuna qayıtdı
  • Dünən, 22:50
    Qapıçı ilə müqavilə yeniləndi
  • Dünən, 22:10
    “Qarabağ” yoxlama oyunu keçirəcək?
  • Dünən, 21:41
    "İmişli" "Sumqayıt"ı darmadağın etdi
  • Dünən, 21:10
    Dortmundu tərk etməyə yaxındır
  • Dünən, 20:40
    Rahid Əmirquliyev yenidən "Səbail"də
  • Dünən, 20:00
    Ramilin yeni klubu açıqlandı
  • Dünən, 19:31
    Klubu ilə yenidən anlaşdı
  • Dünən, 19:00
    "Turan Tovuz"dan böyükhesablı qələbə
  • Dünən, 18:26
    Birmingemdən Londona yollandı
  • Dünən, 17:55
    "Sumqayıt" hücumçu transfer etdi
  • Dünən, 17:25
    "Zirə" Konate ilə vidalaşdı
  • Dünən, 16:54
    Yaşıl meydana oktyabrda dönəcək
  • Dünən, 16:23
    "Qarabağ"ın potensial rəqibi məlum oldu
  • Dünən, 15:57
    İngiltərədə iş yerini dəyişə bilər
  • Dünən, 15:26
    "Sabah" "Orhus"a uduzsa, "Benfika" ilə qarşılaşa bilər
  • Dünən, 15:00
    Millimizin rəqibləri məlum oldu
  • Dünən, 14:41
    “Dinamo”da kimlər var?
  • Dünən, 14:10
    "Sabah"ın potensial rəqibi bilindi - ÇL
  • Dünən, 13:37
    “Sabah” Maludanın mövqeyini onu da gətirdi!
  • Dünən, 13:16
    "Sabah"ı Avropa Liqasında kimlər gözləyir? - "Benfika", "Beşiktaş", ÇSKA...
  • Dünən, 12:57
    Ölkəmizi Avropa Kubokunda təmsil edəcək cüdoçular - SİYAHI
  • Dünən, 12:35
    Pakistan millisinin kapitanı "Qarabağ"da - RƏSMİ
  • Dünən, 12:10
    Ehtiram Quliyev Bakıda Əziz Yıldırımla görüşdü
  • Dünən, 11:45
    "Qarabağ"ın potensial rəqibləri azaldı
  • Dünən, 11:15
    "Sabah"ın potensial rəqibi bəlli olur
  • Dünən, 10:56
    “Sabah”ı pley-offdan ayıran son maneə - “Orhus”
  • Dünən, 10:30
    AFFA yeni mövsüm üçün hakimləri açıqladı - SİYAHI
  • Dünən, 10:00
    “Sabah” “İberiya”ya vermişdi, amma “Veres”də oynayacaq
  • Dünən, 00:20
    Mahir "Rakuv"da yenə qol vurdu
  • Dünən, 00:09
    PFL rəsmisindən premyer-liqanın sponsoru ilə bağlı açıqlama – nə vaxt bilinəcək?
  • 2-08-2026, 23:0
    Ramik yeni mövsümə qolla başladı!
  • 2-08-2026, 22:0
    Belçikadan İngiltərəyə üz tutacaq
  • 2-08-2026, 22:0
    Almaniyada klubunu dəyişdi
  • 2-08-2026, 21:0
    ''Fənər''in rəsmisi portuqaliyalı ulduz üçün Milana yollandı!
Daha çox
Oxunub: 360
Qurban Qurbanovdan Sofiya səfəri ilə bağlı gözlənilməz qərar – o, qələbənin açarını tapıb?
Oxunub: 220
“Bu səbəbdən ona oyunlarda şans vermirəm” – Abbas Hüseynovun taleyi bəlli oldu
Oxunub: 176
Koxalski, sən nə etdin? – getmək istəyirsən, bəhanəsiz get!
Oxunub: 162
“Gün gələcək, bu məsələnin əsl mahiyyətini bütün ictimaiyyət biləcək” - Bayrampurla bağlı sərt açıqlama
Oxunub: 156
ÇSKA-nın stadionunda 72 saatda üç oyun keçiriləcək – ot örtüyü “Qarabağ”a problem yarada bilər!
Oxunub: 131
“Bu mövzu ilə bağlı sualları Cavid Hüseynova ünvanlamaq daha doğru olar” – “Cəbrayıl” niyə satıldı?
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə