“Borussiya” heyətini yeni futbolçu ilə gücləndirib. Almaniya klubuna qoşulan oyunçu bundesliqanın digər təmsilçisindən transfer edilib.
Dortmund klubu “Union”dan Yulian Ryuersonu alıb. Norveçli müdafiəçi ilə müddəti 2026-cı ilin yayına qədər razılaşdırılan müqavilə imzalanıb. Dortmundlular bu keçid üçün qarşı tərəfə 5 milyon avro ödəyəcəklər.
Ryuerson “Union”da 2018-i ildən oynayır. O, bu mövsüm berlinlilərin heyətində bütün turnirlərdə 21 matçda meydana çıxıb.