Roysun yerini Mukoko tutdu

11.11.2022 18:10 321
DÇ 2026
Almaniya millisi DÇ-2022 ərəfəsində itki ilə üzləşib. Komandanın təcübəli futbolçusu Marko Roys qarşıdakı turniri buraxacaq.

Yarmmüdafiəçi zədə səbəbindən mundialda oynamayacaq. Qeyd edək ki, Dortmund “Borussiya”sının oyunçusu zədəsini yenicə sağaltmışdı. Bundesliqada noyabrın 5-də keçirilən “Bohum”la matçda (3:0) yenidən sıradan çıxan Markonun zədəsinin ciddi olduğuna aydınlıq gəlib.

Yığmanın baş məşqçisi Hans-Diter Flik onun yerinə klubdakı oyundaşı Yussufa Mukokonu mundiala aparmaq qərarına gəlib.