• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Postsovet məkanının ən bahalı rəmzi “11-liy”i

Dünya futbolu

20-01-2023, 20:0

Məlum olduğu kimi, Mixail Mudrik bugünlərdə astronomik məbləğə “Şaxtyor”dan “Çelsi”yə transfer olundu.

Donetsk təmsilçisi bu satışdan nə az, nə çox – düz 70 milyon avro qazandı. Daha 30 milyon avro isə onlara bonus şəklində ödənilə bilər. Amma bu bonusun qüvvəyə minməsi üçün londonlular ya premyer-liqanın, ya da Çempionlar Liqasının qalibi olmalıdı. Postsovet məkanından heç də hər gün bu qiymətə oyunçu satılmır. Ona görə də gəlin, indiyə qədər postsovet məkanından ən baha qiymətə satılan oyunçuların “11-liy”inə diqqət yetirək.

Qapıçı: Andrey Lunin – 8,5 milyon avro
(“Zarya”dan “Real”a)
Ukraynalı qapıçı Madridə 2018-in yayında təşrif buyurdu. “Real” istedadlı və perspektivli qapıçıya görə elə də çox xərcə düşmədi. 4,5 il ərzində Lunin Madrid nəhəngində cəmi 12 rəsmi oyun keçirib. 23 yaşlı qapıçı bu qarşılaşmalarda 10 top buraxıb və 3 oyunda qapısını toxunulmaz saxlayıb. Andrey müxtəlif mövsümlərdə “Leqanes”, “Valyadolid” və “Ovyedo”ya icarəyə verilib. Amma onlardan yalnız birində - “Ovyedo”da əsas qapıçı statusunda olub. Bu mövsüm Lunin 7 rəsmi oyun keçirib və əsasən Tibo Kurtuanın əvəzləyicisi rolunu icra edir. Onun müqaviləsinin müddəti 2024-ün yayında başa çatacaq. Hər nə qədər ehtiyatda qalsa da, Lunin indiyə qədər “Real”la İspaniya çempionluğunu, ölkə superkubokunu, eləcə də ÇL və Avropa superkubokunu qazanıb.

Müdafiəçi: Vitali Mikolenko – 23,5 milyon avro
(Kiyev “Dinamo”sundan “Everton”a)
Mikolenko ötən il yanvarın 1-də rəsmən “Everton”un oyunçusuna çevrilərək 4,5 illik müqaviləyə imza atdı. Müdafiəçi “Hall Siti” ilə kubok matçında debüt edərək 120 dəqiqənin hamısını meydanda keçirdi. Dərhal əsas heyət üzvünə çevrilən 23 yaşlı solaxay futbolçu indiyə qədər “Everton”da 36 rəsmi oyun keçirib və 1 qol vurub. 2021/22-də “Everton”un son anda premyer-liqada qalmasında onun da əməyi az olmadı. Mikolenko “Everton” tarixinin ən bahalı 20 transferindən biridi!

Müdafiəçi: Dmitri Çiqrinski – 25 milyon avro
(“Şaxtyor”dan “Barselona”ya)
Xosep Qvardiolanın rəqib tanımayan əsrarəngiz “Barselona”sı 2009-cu ildə gözlənilmədən Çiqrinskini transfer etmək qərarına gəldi və heç də az məbləğ ödəmədi. Amma ukraynalı müdafiəçi ümidləri və ona xərclənən pulları doğrultmadı. Çiqrinski Kataloniya nəhəngində cəmi 1 mövsüm forma geyə bildi. O, bütün turnirlərdə yalnız 14 rəsmi oyunda meydana çıxdı və qol, məhsuldar ötürmə ilə fərqlənə bilmədi. Bir ay diz zədəsindən də əziyyət çəkən Çiqrinski Klublararası ÇL-in və İspaniya çempionatının qalibi oldu. Hazırda 36 yaşı olan Çiqrinski hələ də karyerasını davam etdirir. O, Yunanistan çempionatının autsayderi “İonikos”un şərəfini qoruyur və bu klubla 2024-ə qədər müqaviləsi var.

Müdafiəçi: Aleksandr Zinçenko - 35 milyon avro
(“Mançester Siti”dən “Arsenal”a)
Zinçenko hazırda postsovet məkanından olub Avropada top qovan ən məşhur oyunçulardan biridi. 2017-də PSV-dən “Siti”yə gələn 26 yaşlı futbolçu bu klubda keçirdiyi 5 mövsüm ərzində 4 premyer-liqa çempionluğu daxil olmaqla 10 titul qazandı! Düzdü, Zinçenko heç vaxt əsas heyət üzvü sayılmayıb və bu illər ərzində 128 rəsmi oyuna çıxaraq 2 qol, 12 məhsuldar ötürmə ilə yadda qalıb. Onun ayağı hələ ki “Arsenal”a düşərlidi. London təmsilçisi 2004-dən bu yana birinci, Zinçenko isə karyerasındakı 5-ci premyer-liqa çempionluğuna doğru şığıyır. Bu mövsüm o, dizindəki problem üzündən iki dəfə sıradan çıxıb və yalnız 13 rəsmi oyun keçirib. “Arsenal”la müqaviləsinin müddəti 2026-ya qədər nəzərdə tutulub.

Yarımmüdafiəçi: Henrix Mxitaryan – 42 milyon avro
(Dortmund “Borussiya”sından “Mançester Yunayted”ə)
Bizim üçün üzücü reallıq olsa da, bu siyahıda bədnam qonşularımızın da oyunçusu var. Mxitaryan siyahıda əslən Ukrayna və Rusiyadan olmayan cəmi iki futbolçudan biridi. O, 2016-da transfer olunduğu “Yunayted”də keçirdiyi iki mövsüm ərzində İngiltərə Liqa kuboku və İngiltərə superkuboku ilə yanaşı, Avropa Liqasının da qalibi oldu. Bu 2 mövsümdə 63 rəsmi oyuna çıxaraq 13 qol, 11 məhsuldar ötürmə ilə fərqləndi. 13 qoldan 6-nı AL-də vurdu. 2018-də 34 milyon avro qarşılığında “Arsenal”a yollandı. Ötən ildən bu yana “İnter”də çıxış edir. Bütün karyerası ərzində Mxitaryana görə müxtəlif klublar ümumilikdə 100 milyon avrodan çox pul xərcləyib. Müqayisə üçün bildirək ki, indiyə qədər ən baha qiymətə satılan azərbaycanlı futbolçu 2010-da 1 milyon avroya “Qarabağ”dan “Tvente”yə yollanan Vaqif Cavadovdu. İşin daha bir üzücü tərəfi odu ki, Cavadovla Mxitaryan həmyaşıddı. Erməni balası hazırda İtaliyanın ən güclü klublarından birində top qovur. Bizim balamız isə...

Yarımmüdafiəçi: Aleksandr Qolovin – 30 milyon avro
(ÇSKA-dan “Monako”ya)
Bu yay Qolovinin “Monako”dakı 5-ci mövsümü tamam olacaq. Bu müddət ərzində onun heç bir titulu yoxdu. “Dişə vurulası” uğurlardan yalnız 2 dəfə qazanılan Liqa-1-in bürünc medallarını qeyd etmək olar. Rusiya yığmasının üzvü indiyə qədər “knyazlar”ın heyətində keçirdiyi 157 rəsmi oyunda 21 qol, 30 məhsuldar ötürmə ilə fərqlənib. 26 yaşlı futbolçunun ən uğurlu mövsümü 2020/21-di. Həmin vaxt o, Liqa-1-də 21 oyuna 5 qol, 9 məhsuldar ötürməlik performans ortaya qoymuşdu.

Yarımmüdafiəçi: Yuri Jirkov – 21 milyon avro
(ÇSKA-dan “Çelsi”yə)
Rusiyanın tanınmış futbolçularından olan Jirkovun “Çelsi”yə yolu 2009-cu ildə düşmüşdü. Onun İngiltərə karyerasının mükəmməl alındığını söyləmək çətindi. Jirkov 2 il ərzində “zadəganlar”ın heyətində 49 rəsmi oyun keçirə bildi və bunların yalnız 50 faizində start heyətində meydana çıxdı. Jirkov bu qarşılaşmalarda 1 qol və 11 məhsuldar ötürmə ilə fərqlənə bildi. Maraqlıdı ki, o, yeganə qolu ÇL-də Rusiya təmsilçisi “Spartak”a vurdu. Amma ən əsası Jirkov “Çelsi” ilə ölkə çempionluğunu qazandı, bundan başqa, İngiltərənin daxilində daha 2 turnirin qalibi oldu. Bəlkə də zədə olmasaydı, onun “Dumanlı albion”da karyerası daha uğurlu alınardı. Baldır sümüyünün zədəsi üzündən o, 125 gün (24 oyun) komandadan ayrı keçirməli oldu. Maraqlıdı ki, 39 yaşlı Jirkov hələ də karyerasını bitirməyib. Amma o, hazırda klubsuzdu.

Yarımmüdafiəçi: Andrey Yarmolenko – 25 milyon avro
(Kiyev “Dinamo”sundan Dortmund “Borussiya”sına)
Ukraynalı vingerin 2017-də baş tutan bu transferini uğurlu saymaq çətindi. Yarmolenkonun Dortmund karyerası cəmi bir mövsüm davam etdi. Bunun da 2 ayını o, zədəli oldu. Andrey ümumilikdə “Borussiya”nın heyətində 26 rəsmi oyun keçirərək 6 qol və eyni sayda məhsuldar ötürmə ilə yadda qaldı. Ümumiyyətlə, Yarmolenkonun legioner həyatı istənilən effekti vermədi. Onun yalnız “Dinamo”dakı karyerasını parlaq saymaq olar. 2018-də “Borussiya” ukraynalını 20 milyon avroya “Vest Hem”ə satdı. Londonda keçirdiyi 4 mövsüm ərzində də Yarmolenko özünü yaxşı tərəfdən göstərə bilmədi. Hazırda 33 yaşlı futbolçu BƏƏ təmsilçisi “Əl-Əyn”də forma geyir.

Hücumçu: Mixail Mudrik – 70 milyon avro
(“Şaxtyor”dan “Çelsi”yə)
Göründüyü kimi, 22 yaşlı hücumçu bu siyahıda həm ən gənc, həm də ən bahalı oyunçudu. 70 milyon avro, ümumiyyətlə, indiyə qədər postsovet məkanından olan bir futbolçu üçün ödənilmiş ən böyük məbləğdi! Londonlularla 8,5 illik müqavilə imzalayan Mudrik “17” nömrəli formanı geyəcək. Qeyri-rəsmi mənbələrə görə, futbolçunun illik qazancı 7,5 milyon avroya bərabər olacaq.

Hücumçu: Eldor Şomurodov – 18 milyon avro
(“Cenoa”dan “Roma”ya)
Özbəkistan yığmasının üzvünün İtaliyada yaşadıqlarına diqqət yetirdikdə “çox istəyən azdan da olar” misalı yada düşür. “Rostov”da özünü yaxşı tərəfdən göstərən forvard 2020-də 7,5 milyon avroya “Cenoa”ya transfer olundu. A seriyasının bu ortabab klubunda Şomurodov heç də pis təsir bağışlamayaraq 31 çempionat oyununda 8 qol vurdu. Amma 1 ildən sonra onun Joze Mourinyonun çalışdırdığı “Roma”ya transferi nə futbolçunun özünə, nə də sabiq klubuna fayda verdi. “Cenoa” 2021/22-də aşağı liqaya yuvarlandı. Şomurodov isə indiyə qədər “Roma”da 48 rəsmi oyun keçirib və bunların böyük əksəriyyətində sonradan meydana çıxıb. Onun hesabında cəmi 6 qol və 6 məhsuldar ötürmə var. “Canavarlar”la 2026-ya qədər müqaviləsi olmasına rəğmən, 27 yaşlı futbolçunun bu qış “Torino”ya yollanacağı gözlənilir. Mourinyo onun ayrılmasının əleyhinə deyil.

Hücumçu: Andrey Şevçenko – 43,88 milyon avro
(“Milan”dan “Çelsi”yə)
Postsovet məkanının bəlkə də ən tanınmış və uğurlu futbolçusu olan Şevçenko “Çelsi”yə böyük ümidlərlə - ÇL-in və “Qızıl top”un qalibi statusunda yollanmışdı. Amma İngiltərəyə o, öz istəyi ilə yox, Londonda yaşamaq arzusunda olan həyat yoldaşının istəyi ilə yollanmışdı. Bəlkə də bu üzdən onun İngiltərə karyerası istənilən səviyyədə alınmadı. Hətta Roman Abramoviçin böyük şəxsi simpatiyasının da ona bir faydası dəymədi. 77 rəsmi oyuna 22 qol, 10 məhsuldar ötürmə. Bəlkə də başqa futbolçu üçün bu göstəricilər qənaətbəxş sayılardı. Amma “Milan”da etdiklərindən sonra hamı bilirdi ki, Şevanın potensialı bu göstəricilərdən daha artığına nail olmağa imkan verir. 2 illik macəradan sonra o, icarə əsasında “Milan”a qayıtsa da, “qatar artıq getmişdi”. Futbol dünyası əvvəlki Şevanı bir daha heç vaxt görə bilmədi. O, 2009-da doğma Kiyev “Dinamo”suna qayıdaraq 3 ildən sonra karyerasını başa vurdu. Bir müddət Ukrayna yığması və “Cenoa”nı çalışdıran 46 yaşlı Şevçeno hazırda Ukrayna Milli Olimpiya Komitəsinin vitse-prezidentidi.

Paylaş:
Digər xəbərlər

Dünya futbolu

17-01-2023, 14:0

Mudrik Ukraynanın yeni rekordçusudu!

Aktual

2-04-2022, 20:0

“Qarabağ” SSRİ məkanında altıncıdı

Dünya futbolu

9-05-2022, 12:0

La Liqada “Real”ın formasında ilk oyununu keçirdi

Dünya futbolu

24-03-2022, 22:0

Ən varlı klublar hansılardı? - SİYAHI

Ölkə futbolu / Manşet

5-04-2022, 15:0

Mahir ən bahalılar siyahısında

Aktual
Sıfır, sıfır, sıfır - buna görə Rəşad Sadıqov onu göndərdi
“Yeni oyunçuların onlardan tələb olunanı artıq ortaya qoymaları lazımdı” - “Qarabağ” transfer dönəmini boşa verib?
“Abbas artıq məşqlərə qoşulub, bizlə məşq edir” – bəs sonra?
“Orhus” Masazırda öyrəşmədiyi havada oynayacaq – 8 dərəcə fərq var!
Masazıra “Orhus”un 425 azarkeşi gələ bilər – istidən qorxurlar!
“Təftişin nəticəsi məxfidi” dedi və dayandı
Son xəbərlər
  • Dünən, 23:07
    Belçikadan İngiltərəyə üz tutacaq
  • Dünən, 22:45
    Romadan Milana üz tuta bilər
  • Dünən, 22:04
    "Səbail" 4 legioner transfer etdi
  • Dünən, 21:39
    Klubu ilə yenidən anlaşdı
  • Dünən, 21:18
    Elvin Cəfərquliyevin durumu bəlli oldu
  • Dünən, 20:58
    Rahil Məmmədov "Turan Tovuz"da
  • Dünən, 20:29
    ''Fənər'' belçikalı ulduza yönəlib
  • Dünən, 20:08
    Millimizdən iki qələbə
  • Dünən, 19:40
    İtaliyadan Belçikaya üz tutdu
  • Dünən, 19:05
    Sıfır, sıfır, sıfır - buna görə Rəşad Sadıqov onu göndərdi
  • Dünən, 18:30
    Almaniyaya qayıtdı
  • Dünən, 17:26
    Mançesterdən Milana üz tutacaq
  • Dünən, 16:37
    Klubu ilə yenidən anlaşdı
  • Dünən, 15:52
    Dortmundu tərk etməyə yaxındır
  • Dünən, 15:07
    Klubuna sadiq qaldı
  • Dünən, 14:30
    Məşhur fransalı Maltada oynayacaq
  • Dünən, 14:11
    “Yeni oyunçuların onlardan tələb olunanı artıq ortaya qoymaları lazımdı” - “Qarabağ” transfer dönəmini boşa verib?
  • Dünən, 13:43
    Nuriyevin komandası uduzdu
  • Dünən, 13:20
    İspaniya klubunu tərk etdi
  • Dünən, 12:50
    Fransaya qayıtmayacaq
  • Dünən, 12:30
    Klubu ilə yenidən anlaşdı
  • Dünən, 11:02
    “Avrokuboklara vəsiqə qazanmasaq, uğursuzluq sayılmamalıdı” – Cavid Hüseynov
  • Dünən, 10:31
    “Malişevo” ilə müqavilə bağlamağa gəldiyim gün belə Azərbaycandan təkliflərim var idi” – Vüsal zədələnib...
  • Dünən, 10:00
    "Nyukasl”ı o da tərk edə bilər
  • 8-08-2026, 23:0
    Gözlənilən transfer rəsmiləşdi
  • 8-08-2026, 23:0
    “Valensiya”nın tarixinə düşdü
  • 8-08-2026, 22:0
    Amsterdamda qərar tutdu
  • 8-08-2026, 22:0
    Gözlənilən transfer rəsmən açıqlandı
  • 8-08-2026, 21:0
    “Abbas artıq məşqlərə qoşulub, bizlə məşq edir” – bəs sonra?
  • 8-08-2026, 21:0
    Uelbek İngiltərə iş yerini dəyişdi
  • 8-08-2026, 20:0
    Turini tərk etdi
  • 8-08-2026, 20:0
    Madriddən Londona yollandı
  • 8-08-2026, 20:0
    "Şəmkir"də yeni vitse-prezident
  • 8-08-2026, 19:0
    Tezliklə “Arsenal”a qoşulacaq
  • 8-08-2026, 19:0
    Qapıçı ilə müqavilə yeniləndi
Daha çox
Oxunub: 198
“Abbas artıq məşqlərə qoşulub, bizlə məşq edir” – bəs sonra?
Oxunub: 128
“Qurban Qurbanov meydana çıxmaq üçün hazırlaşmasını istəmişdi, lakin...” – Bəhlulun qayıdışına nə mane olub?
Oxunub: 126
“Elə bayaq da Musa Qurbanlı ilə bir yerdəydik” – FİF-in direktoru
Oxunub: 114
Sıfır, sıfır, sıfır - buna görə Rəşad Sadıqov onu göndərdi
Oxunub: 98
"Neftçi" seçim qarşısındadı: ağ, yoxsa qara?
Oxunub: 98
“Stadionun möhtəşəmliyini sözlə ifadə etmək mümkünsüzdü” - “Xəmsə” tərif yağdırdı
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə