"Aston Villa" heyətini yeni futbolçu ilə gücləndirmək niyyətindədi.
Football-plus.az xəbər verir ki, ingiltərəlilər "Betis"in müdafiəçisi Aleks Morenonu transfer etməyə hazırlaşır. Klub 29 yaşlı oyunçu üçün 13 milyon funt-sterlinq (15 milyon avro) təklif edib. Keçidin rəsmiləşməsi bu həftə açıqlana bilər.